Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə60/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   56   57   58   59   60   61   62   63   ...   175
nəticə görünmür. Şübhəsiz ki, bir şeylər yapmaq arzusu var, amma 

xəstələrin çoxluğundan növbə gözləmək vaxt tələb edəcək. Fransa-

nın  məşhur  vərəm  mütəxəssisi  hörmətli  profesor  Syer  Jannetə 

məktub  göndərmişəm,  o  da  cavabında  təəssüflə  bir  şey  edə 

bilməyəcəyini söyləyir. 

 İndi Mirinin ünvanı budur: Villa des Pins, allee dö Morlaas. Bu 

pansiona gündə iyirmi frank verilir. Orada yemək son dərəcə fəna 

imiş. Mirinin halı böylədir.

 Baqi ərzi-salam. Yusif” 

 Milad bayramına bir neçə gün qalmış daha bir zərbə aldı: 

zavodun ixtisara saldığı işçilər arasında onun da adı vardı...

  Bundan  sonra  Klişidə  iş  axtarmağın  mənası  yox  idi. 

Ümidlərilə vidalaşdı, olan-qalanını çamadanına yığıb dalda-

landığı daxmanı sahibinə təhvil verdi, Mir Abdullanın yanına 

getmək üçün yola çıxdı. 

 Qarşıda onu əzablı, naməlum gələcək gözləyirdi. Xəstənin 

yanında yerləşib son borcunu verməkdən başqa əlacı yox idi. 

Həftədə  bir  neçə  dəfə  şəhərə  çıxıb  dərdini  dağıtmaq  üçün 

küçələrdə uzun-uzadı, məqsədsiz-filansız gəzir, kasıb büdcə-

sindən qəzet alıb iş elanlarına baxır, vəd olunanların heç biri-

nin  ona  qismət  olmayacağını  beynindən  kədərlə  keçirirdi. 

Bəzən  də  axşamlar  Piqal  küçəsindəki  məşhur  “Qafqaz 

zirzəmisi” kabaresinə gedir, bir fincan qəhvə, yaxud bir qədəh 

ucuz şərab götürüb Aleksandr Vertinskinin, Nyura Masalska-

yanın oxuduqları kədərli rus və qaraçı romanslarını dinləyirdi. 

Sonra  Rüfətbəy  Xaçilov  Qafqazın  coşqun  rəqslərilə 

zirzəmidəkiləri cuşa gətirirdi.

 Yazın son axşamlarının birində kabaredən çıxıb dünyanı 

unutmuş  halda  addımlayırdı.  Qəfildən  qarşısında  kiminsə 

dayandığını duydu, ardınca gənc qız səsi eşitdi:

 “Müsyö, bağışlayın, səhv eləmirəmsə, siz qafqazlısınız...”

 “Bəli, – özünə gəlib heyrətlə iyirmi yaşlarındakı, fransız 

qadınları sayaq geyinmiş qısasaç qızın üzünə baxdı. – Səhv 

eləmirəmsə, siz də qafqazlısınız”.




282

 “Elədi, – qız gülümsədi, sonra Azərbaycan türkcəsinə keç-

di. – Biz Bakıda görüşməmişik ki?”

 Qalın qaşlarını dartıb zənlə qızı süzdü: bu ki, Ümmülba-

nudu,  Mirzə  Əsədullayevin  qızıdı.  İstanbula  yola  düşmə-

mişdən qabaq bir neçə dəfə evlərində olub. Onda xeyli söh-

bət ləşmişdilər,  Ümmülbanunun  ötkəmliyindən,  düşüncə-

lərinin qeyri-adiliyindən çox xoşlanmışdı.

 “Ümmülbanu? – Heyrətlə dilləndi. – Parisdə rastlaşacağı-

mız heç ağlıma gəlməzdi!”

 “Elə mənim də, – qız ərklə onun qoluna girdi. – Görün, 

həyat necə qəribədi”.

  “Atan  da  Parisdədimi?”  –  Qəlbində  ümidə  oxşar  nəsə 

oyandı. 


  Beynindən  keçirdi  ki,  hər  halda,  Mirzə  bəy  Şəmsi 

Əsədullayevin oğludu, üstəlik, əqidə yoldaşı olublar, kömək 

əli uzadar. Ümmülbanunun üzü dərhal kölgələndi.

 “Gedək qəhvə içək, – dedi, – işdən çıxmışam, dincəlməyə 

ehtiyacım var”.

 Cəmi on dəqiqə sonra kafedə oturmuşdular, Ümmülba-

nu  macəralarını  danışırdı:  bolşeviklər  Milli  Hökumətin 

ticarət  və  sənaye  nazirini  həbs  eləyiblərmiş;  Ümmülbanu-

nun  əli  heç  yana  çatmır,  atasını  qurtarmaq  üçün  çoxdan 

onda  gözü  olan,  yeni  hökumətdə  vəzifə  tutan  Balabəy 

Qocayevə ərə getməyə razı olur; Mirzə bəy həbsdən çıxan-

dan sonra icazə alıb yeni arvadı Əminə, qızları Züleyxa və 

Məryəmlə  Parisə  gedir;  Ümmülbanusa  Balabəyin  köməyilə 

xarici  pasport  alır,  birgə  Konstantinopola  yola  düşürlər; 

orda  Balabəydən  ayrılıb  Parisə  gəlir,  amma  analığıyla  yola 

getmədiyindən  evdən  çıxıb,  kirayə  mənzil  tutub,  indi 

manekenliklə  –  son  dəbli  geyimləri  nümayiş  etdirməklə 

məşğuldu, sabah nə olacağını bilmir.

  “Atamla  əlaqəm  yoxdu,  –  Ümmülbanu  laqeyd  halda 

dilləndi.  –  Mən  onun  naminə  həyatımla  oynadım,  amma  o 

bunu qiymətləndirmədi, yeni arvadını haqlı saydı. Bəs sizin 

vəziyyətiniz necədi?”




283

  “Vəziyyətim  ovqatımdan  bəllidi,  –  Yusif  Vəzir  başına 

gələni  qısaca  danışdı.  –  Qardaşıma  heç  cür  yardım  göstərə 

bilmirəm”.

  “Çox  kədərləndim,  –  Ümmülbanu  təəssüfünü  köks 

ötürməklə  bildirdi.  –  Təəssüf  ki,  indi  sizə  kömək  eləyəsi 

vəziyyətdə deyiləm. Səbirdən başqa yol yoxdu...”

 Susdular. İkisi də papiros yandırdılar. Həmin məqamda 

tale rüzgarının ağuşundakı payız yarpağına oxşayırdılar. Bir-

birinə vəd də vermədilər, görüşüb-görüşməyəcəkləri sabahkı 

gün kimi naməlum idi...

 Elə o günlərin birində də yeni hökumətin “Reno” zavo-

dunda təcrübə keçməyə göndərdiyi Fariz bəy Vəkilov Vətən-

dən  özüylə  Nəriman  Nərimanovun  ölüm  xəbərini  gətirib 

gəldi: Moskvada ictimai-ədəbi fəaliyyətinin otuz illiyini qeyd 

eləyiblər, sonra adi diş ağrısıyla Kremlin xəstəxanasına gedib, 

dişinə erməni həkim baxıb, az sonra da qəflətən vəfat eləyib; 

hətta, kimsə onun təyyarə qəzasında öldüyünü də danışmış-

dı. Şübhəsiz, ikicə il əvvəl “Mikoyandan sonra Bakı Komitəsinin 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin