yaşamadığını dərk eləmək üçün verilib. Leo belə fikirləşirdi, bu
şansı da əldən vermək fikrində deyildi. Cəmi iki gündən son-
ra “Şərqdən xəbərlər” yazısı Valter Merinqin masasının üstün-
dəydi. Merinq yazını oxuyandan sonra Villinin kabinetinə
cumdu, vərəqləri redaktorun üstünə atıb vəcdlə dilləndi:
“Villi, mənə elə gəlir, axtardığını tapdın. Əsəd bəyin az
vaxtda məşhurlaşacasına şübhəm yoxdu”.
...İlk yazısını həftəlikdə görəndə Leo Əsəd bəy, elə bil, bir
boy dikəldi: axır ki, illərlə gözlədiyi qapı açılmışdı. İlk cəhdi
təkcə onun “Şərq məsələləri üzrə mütəxəssis” olduğunu sübuta
yetirməmişdi, həm də Villi Haasın sevimlisinə çevirmiş, bu
276
da azmış kimi, əlini pula çatdırmışdı. Əlbəttə, Abram Nus-
simbaum oğlunun müstəqil addımından məmnunluq duyur,
kasıb büdcələrinə pul gəlməsinə sevinirdi, lakin ona görə bu
o qədər də ciddi iş deyildi, bundan ötrü universitetdəki
təhsilini yarımçıq qoymağa dəyməzdi, Leo özünün gələcəyini,
atasının vəziyyətini götür-qoy eləyib bir qərara gəlməliydi.
Leo Əsəd bəyisə daha yolundan döndərmək, mümkün de-
yildi – artıq uğurun, şöhrətin dadını hiss eləmişdi, fikrincə,
təhsilini tamamlamağa ehtiyacı yox idi: yazdıqlarını oxuyur,
düşüncələrinin qeyri-adiliyinə, zərif yumoruna, imzasının
cəlbediciliyinə görə, maraq göstərirdilər. İti ağlı hər dəfə də
oxucularını maraqlandıran bir şey tapırdı: sən demə, Kons-
tantinopolda Osmanlı sarayının hərəmxanasındakı xacələrin
yığıncağı keçirilibmiş; Çingiz xanın şeir yazmağı da varmış;
Qərb kinosunda əxlaqdan kənar şeylər göstərilməsi Şərqdə
“ağ irq”in nüfuzuna xələl gətirirmiş; Atatürk təbiətinə görə,
türk millətindən çox uzaqmış, Şərqə xas vasitələrlə – yalanla,
hiyləylə, qəddarlıqla ölkədə Qərb dəyərlərinin qələbə çalma-
sına səbəb olubmuş... Başlıcası odu ki, bütün bunlar çox ma-
raqlıdı, əsl həqiqəti araşdırmaq kimsənin yadına düşməyəcək,
düşsə belə, bu uzun müddətdə aşkara çıxacaq, onda da Əsəd
bəy bir yol tapıb vəziyyətdən çıxar.
Artıq Əsəd bəy Kurfyurstendammda yerləşən, “Qərb” ad-
landırdıqları “Meqalomania” kafesinə sərbəst gedib-gələ bi-
lirdi. Onu tanıyırdılar, Valter Merinq, Valeri Marqun, Eqon
Ervin Kiş kimi tanınmış qələm adamlarının yanında görüb
hörmət göstərirdilər. Üstəlik, sarısaç, donqar ofisiant Rixard
müştəriləri bir-birilə tanış eləməyi özünün qulluq borcu sa-
yırdı. Düzdü, Əsəd bəy görkəminə, üstəlik, müsəlmanlığına
xələl gətirməmək xətrinə onların yanında spirtli içkilərə əl
vurmurdu, bir fincan qəhvə, bir qədəh şirə içir, yaxud
müsəlmana haram buyrulmayan çərəzlər yeyirdi, bu da onun
xeyrinə işləyir, müştərilər “müsəlman”a dərhal maraq
göstərirdilər.
277
Hardansa eşitmişdi ki, yazmaq – pis yola düşmək kimi bir şey-
di: əvvəlcə öz mənin, sonra dostların üçün yazırsan, axırda da bu işi
pul müqabilində görməyə başlayırsan. İndi Əsəd bəy həftəliyin
Şərq müxbiriydi, sərbəst yazıb-yaratmaq imkanı qazanmış,
hər nömrədə çap olunmaq haqqı əldə eləmişdi, artıq çoxdan-
kı arzusuna əməl eləyə – Şarlottenburqdakı o miskin
mənzildən, mənzilin əyyaş, qadın dəllalı, qarayaxa sahibindən
canını qurtara, daim pulsuzluqdan şikayətlənən atasının üzü-
nü güldürə, Hamburqdakı pansionda tənhalıqdan əziyyət
çəkən frau Şulteni yanına gətirə bilərdi.
Əsəd bəyin şöhrətə belə ehtirasla can atması hamını, hətta
Valter Merinqi də heyrətləndirirdi: heç bir il keçməyib, adı
Villi Haasın “adamları”nın siyahısına düşüb, az qala, hər
nömrədə çap olunur, yazılarını da elə şövqlə yazır, sanki bu
dünyada başqa istəyi yoxdu.
“Dostum, bir az nəfəsini dər, – aradabir yarızarafat-yarı-
ciddi xəbərdalıq eləyirdi. – Hələ gediləsi uzun yolun var, çalış
təngnəfəs olma...”
“Çalışaram”, – Əsəd bəy onun iradına təbəssümlə cavab
verirdi.
Amma nəfəs dərməyə macalı yox idi: son beş ildə yaşadığı
miskin həyatdan canını qurtarmalı, həyatda layiq olduğu
mərtəbəyə qalxmalı, sevgilərə çatmalı, Allahın sevimli
bəndəsi olmalıydı.
***
Leopold Veysin əhvalatından da o ilin payız günlərinin
birində xəbər tutdu. Brailovski qəfildən səssiz-soraqsız
itəndən sonra əlaqələri kəsilmişdi, indi uzun səyahətdən qa-
yıtmış, evlənib müsəlmanlığı qəbul eləmiş, əvvəlki ətrafıyla
tamam əlaqəsini kəsib Muhamməd Əsədə çevrilmiş Leopold
Veys, görünür, həyatında daha əhəmiyyətli, daha həyə-
canlandırıcı mərhələyə qədəm qoymuşdu. Deyirdilər, Qahirə
universitetində ərəb dilini, ilahiyyatı öyrənmək, Məkkəni
278
ziyarət eləmək, Qurani-Şərifin şərhilə məşğul olmaq istəyir.
Deməli, o missiya barədə dedikləri elə-belə zarafat deyilmiş,
buna çoxdan hazırlaşırmış.
Əsəd bəy Leopold Veysin “Qeyri-romantik Şərq” kitabça-
sını oxumuş, səfərləri, görüşləri, düşüncələrilə tanış olmuş-
du. Əlbəttə, bütün bunları o da bacarar; amma hələ ayaq üstə
qalxmaq, şan-şöhrətə, maddi-sərbəstliyə çatmaq, ondan son-
ra bu barədə düşünmək lazımdı. Leo Əsəd bəy buna nail ola-
caq, mütləq nail olacaq!
Leo Əsəd bəy də iki şahidin şəhadətilə bir müsəlman ruha-
nisinin yanına getmək, onun hüzurunda “Allahdan başqa tanrı
yoxdu, Muhamməd də onun Rəsuludu” deyib həyatının daha bir
mərhələsinə qədəm qoymaq istəyirdi: artıq “Şərq məsələləri
üzrə mütəxəssis”di, hamı geyimindən, söz-söhbətindən,
hərəkətindən onu şərqli sayır, kasıblamış ərəb şahzadəsindən
aldığı çalma, ipək parçadan əba, qurşağının altına keçirdiyi,
Bakıdan yadigar qalmış gümüş xəncər, ucu dik başmaqlar –
şübhəsiz, bunlar kütlə üçün çox maraqlıdı. Amma Leo Əsəd
bəy gələcəyini taleyin ixtiyarına buraxa bilməz.
Artıq dörd il əvvəl Şarlottenburqdakı məhəllələrin də rast-
laşdığı iki müsəlmanın – keçmiş Osmanlı təbəəsi olan türk
və çərkəz tanışlarının – yanında müsəlmanlığı qəbul elədiyini
deyəndə narahatlıq duymurdu: imam Hafiz Şükrü iki il idi
ki, Haqqa qovuşmuşdu, daha kimsə bu iddiasının yalan, ya
doğru olduğunu sübut eləyə bilməyəcəkdi.
Leo Nussimbaum artıq Muhammad Əsəd bəy idi...
Muhamməd Əsəd – Leopold Veys Şərqə çıxıb gedirdi,
bəlkə də yolları heç vaxt kəsişməyəcəkdi...
|