Neriman Qurban indd


XX FƏSİL NEFT VƏ QAN QOXUSU  Muhamməd Əsəd bəy



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə66/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   62   63   64   65   66   67   68   69   ...   175
XX FƏSİL

NEFT VƏ QAN QOXUSU

 Muhamməd Əsəd bəy

 Berlin, noyabr 1926-cı-sentyabr 1929-cu illər

 O günlərin birində Muhamməd Əsəd bəy Villi Haasla Le-

opold  Veys  –  Muhamməd  Əsəd  arasındakı  bağlantı  tapdı. 

Təəccüblü  də  olsa,  həmin  bağlantı  kinorejissor  Fridrix  Vil-

helm Murnau idi...

 Leopold Veys Vyanadan yenicə Berlinə qaçıb gəldiyi, ana-

sından yadigar üzüyü satıb günlərini yola verdiyi vaxtlarda 

təsadüf  üzündən  Murnaunun  assistenti  olmuşdu.  Onda  o 

Brem  Stokerin  “Drakula”  romanını  ekranlaşdırırdı.  Daha 

doğrusu, Stokerin arvadı Florens əsərin ekranlaşdırılmasına 

icazə verməmişdi, Fridrix də romanın adını dəyişmiş, hadi-

sələri Londona köçürmüş, Qraf Orloku Maks Şrek eləmişdi. 

Villi Haas isə Tea Harbou ilə birgə Murnau üçün “Yanan çöl” 

ssenarisini yazmışdı, aralarında yaxın münasibət vardı. Əsəd 

bəyə  görə,  Villi  kinoda  daha  böyük  uğur  qazanırdı:  vaxtilə 

“Film-kuryer”də  onun  filmlərə  yazdığı  ressenziyaları  oxu-

muşdu.  Amma  Villi  sonralar  ədəbiyyat  və  teatr  tənqidilə 



297

məşğul oldu, nəhayət, Abraham Reyzenlə birgə “Di literarişe 

velt” həftəliyini yaratdı.

 Leopold Veys – Muhamməd Əsəd indi çox uzaqlarda İsla-

mın qəlbindədi... 

 Valter Merinqsə başqa adam idi: tərcüməçi-publisistlə ope-

ra  müğənnisinin  ailəsində  böyümüşdü,  məzəli  şeirləri 

kabarelərdə oxunur, satirik romanları ədəbi aləmi dolaşırdı. 

Əsəd  bəy  müğənni  Yadviqa  Lyövenşteynin  adını  əvvəllər 

eşitmişdi,  onun  anası  olduğunusa  sonralar  bildi.  Valter  o 

vaxtlar Parislə Berlin arasında yaşayırdı. Həftəliyi yenicə ya-

ratmış dostu Villi Haasa kömək eləmək üçün tez-tez Berlinə 

gəlir,  qatarda,  kafelərdə,  otellərdə  yazılmış  yazılarını  verir, 

bir  neçə  gün  ərzində  işlərini  yoluna  qoyur,  sonra  yenə  yox 

olurdu.  Əsəd  bəy  onun  kabarelərdə  məzəli  kupletlər  ifa 

elədiyini də görmüşdü: Valter bunu çox gözəl bacarırdı. 

 Merinq arada Əlcəzairə də səfər eləmişdi, qayıdanda Əsəd 

bəyin  təklifilə  təəssüratlarını  qələmə  alıb  “Əlcəzair,  yaxud 

vahənin on üçüncü möcüzəsi” adlı kitab çap etdirdi. Əlbəttə, 

Əsəd bəy kitab haqqında ressenziya yazdı, dostunun yazdıq-

larının bir çoxlarının qələmindən çıxmış səfər təəssüratlarından 

fərqli  və  səmimi  olduğunu,  oxucunu  inandırdığını  iddia 

elədi. Fikrincə, Merinq Şərqin ruhunu duymağı, poeziyasını 

eşitməyi bacarmışdı.

  Şübhəsiz,  bütün  bunlar  “Əsəd  bəy”  imzasıyla  birgə  çox 

maraqlıydı,  Merinq  cavan  dostuna,  Villi  Haas  da  bu  cür 

müəllif kəşf elədiyinə görə, dostu Merinqə minnətdarlıq du-

yurdu,  Əsəd  bəysə  yazmaq  imkanı  yaratdıqlarına  görə  hər 

ikisindən  hədsiz  dərəcədə  razıydı.  Bunun  sayəsində,  hətta, 

Haasın  sevimli  müəllifi  olan  Valter  Benyamini  də  kölgədə 

qoymuşdu: yazmaq ehtirasına qapılıb naqolay ifadələr, ağla-

sığmaz  mülahizələr,  bəzən  açıq-aşkar  fantaziyalar  yazırdı, 

amma oxucuya öz marağını təmin eləmək lazım idi, bu “xır-

dalıqları” nəzərə almırdı.

  “Hə,  Leo,  –  Abram  Nussimbaum  oğlunun  yazdıqlarını 

oxuyub deyirdi, – get-gedə püxtələşirsən. Amma ehtiyatlı ol, 




298

oxucuların  etibarını  itirməmək  üçün  fantaziyalarını  cilovla-

mağı bacar, oğlum. Bəzən atını çox uzaqlara sürürsən, ordan 

qayıtmaq barədəsə düşünmürsən”.

 Atasının nə demək istədiyini başa düşürdü. Bununla belə, 

iyirmi bir-iyirmi iki yaşlarında Abramın təmkinli olub-olma-

dığını  bilmirdi,  Leo-Əsəd  bəyinsə  ağır-ağır  düşünüb-daşın-

mağa vaxtı yoxdu, nə qədər ki şöhrəti Veymar Respublikası-

nın hər yerinə yayılmayıb, sərhədləri aşmayıb, dayanmaqdan 

söhbət gedə bilməz!

 Elə o vaxtlar da Fazanenştrasse küçəsindəki yetmiş iki say-

lı binada münasib şəraiti olan yeni mənzil kirayələdilər, frau 

Şulteni gətirmək məsələsi də, əlbəttə ki, ciddi müzakirə möv-

zusu olmadı: hər ikisinin üstündə haqqı-sayı vardı, üstəlik, 

get-gedə  xəstəhal  görkəm  alan  Abrama  həyan  olardı. 

Şübhəsiz, bu məqamda Əsəd bəy Berlindən çıxa bilməz, işləri 

çoxdu, frau Şultenin arxasınca atası getməlidi.

  “Frau  Şultenin  yanında  özümü  daha  rahat,  daha  inamlı 

hiss eləyirəm, – Əsəd bəy ilk dəfə etiraf elədi. – İndiki vaxtda 

ona çox ehtiyacım var”.

 “Haqlısan, – Abram dərhal razılaşdı. – O dayə ola-ola qul-

luqçu  kimi  çalışmağı  da  özünə  əskiklik  bilmədi.  Biz  bunu 

dəyərləndirməliyik”.

  ...Cəmi  üç  gündən  sonra  frau  Şulte  onların  yanındaydı, 

ağır  gövdəsini  heyrətamiz  yüngüllüklə  oğlanın  üstünə  atıb 

göz yaşı tökdü:

 “Ay səni, Leo, gör nə qədər böyümüsən! – Gonbul əllərilə 

onun sifətini qamarlayıb doya-doya üzünə baxdı. – Beş il səni 

görmədim, amma hər gün yadımdaydın”.

 “Daha heç vaxt ayrılmayacağıq, frau Şulte, – oğlan onu qu-

caqladı. – Çox şadam ki, yenə bir yerdəyik”.

 Abram məmnun halda onlara göz qoyurdu: nə olar, axır 

ki, hər şey yoluna düşür, oğlunun əli gətirməyə başlayıb, frau 

Şulte qayıtdı, daha qayğılar da azalacaq...




299

***


 Frau Şultenin gəlişindən sonra sevincinə səbıb olan daha 

bir  hadisə  baş  verdi:  qəzetdə  Sovet  dövlətinin  ticarət  və 

sənaye  xalq  komissarı,  eyni  zamanda  Londondakı  ticarət 

nümayəndəsi Leonid Krasin vəfat eləmiş, nəşi yandırılıb külü 

Kreml divarlarında dəfn olunmuşdu. Onun bu qədər böyük 

şərəfə layiq görüldüyü könlünə yatmasa da, həyati vəzifəsinin 

birinin  artıq  başa  çatdığını  sevinclə  qeyd  elədi:  o  “inqilab 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin