287
yir bəy bütün bunları görəydi, amma bilirdi ki, teatrın onu
dəvət eləməyə imkanı olmayıb, Üzeyir bəy də öz xərcinə gələ
bilməyib...
Həmin günlərin birində Aslan Nansidən gəlib çıxdı.
Təhsilini tamamlayıb diplomunu almış, yır-yığışını eləmişdi.
Mirabdullanın başına gələnlərdən bərk sarsılmışdı, bəlkə elə
bu hadisə də onun Vətənə qayıtmaq əzmini artırmışdı. Asla-
na “get”, ya “getmə” deyə bilmirdi: geodeziyanı öyrənmişdi,
hər halda, yeni hökumətin ehtiyacı olduğu adamlardandı; bir
də ki, Aslan hamıya görə cavab verməli deyil ki? Nəslində
müsavatçı Yusif Vəzir olubsa, bolşevik Mirhəsən də olub,
gərək bunu da nəzərə alalar. Aslan getmək qərarına gəlibsə,
yolu açıq olsun.
Üç gündən sonra Aslanı Paris-Moskva qatarıyla yola saldı,
yenə tək qaldı: indi sağ qalmaq üçün nəsə fikirləşməliydi.
Günlərsə ümidsizlik içində keçib gedirdi...
...Avqustda qəfildən yeknəsəq həyatında ildırım çaxdı:
Şövkət Məmmədova Parisə konsert verməyə gəlmişdi. On il
idi ki, onu görməmişdi, amma uzaqdan-uzağa uğurlarından
xəbər tuturdu. Şövkətin qaldığı oteli tapdı, əziz adamlar kimi
görüşdülər, Kiyevdəki tələbəlik illərini xatırladılar. Əlbəttə,
qardaşının vəfatını dedi, amma düşdüyü çıxılmaz vəziyyətisə
dilinə gətirmədi. Şövkətin öz qayğıları vardı, konsertə görə
həyəcan keçirir, Paris tamaşaçılarının onu qəbul eləyib-
eləməyəcəkləri barədə sorğu-sual aparırdı. Yusif Vəzir öz
dərdini unudub ona ürək-dirək verdi:
“Şövkət, – dedi, – doğma incəsənətimizin vətənpərvəri ol.
Qorxma, heç kəsdən qorxma. Əgər təkcə doğma Azərbaycan
əsərlərini ifa eləsən də, heç kəs səni fitə basmaz. Qoy avropa-
lılar bizim əsərlərimizdən xəbərdar olsunlar, ona qibtə
eləsinlər...”
Şövkət Məmmədovanın “Komedi” teatrındakı konserti
doğrudan da böyük uğurla keçdi. Konsertdə Ceyhun bəy və
Fariz bəylə yanaşı oturmuşdular, Şövkətin ifasında “Arşın
288
mal alan”dan Gülçöhrənin ariyasına, xalq mahnılarına qulaq
asdıqca kövrəldiyini, yanaqlarının islandığını hiss elədi.
Bir neçə gündən sonra Şövkət Məmmədova çıxıb getdi,
Vətənə onların ovunmayan həsrətini apardı. Yusif Vəzir yenə
ağrılarıyla tək qaldı...
Mir Abdullanın taleyi belə gətirdi; Paris onu qəbul eləmək
istəmir; İstanbula qayıtmaq fikrində deyil, çünki orda artıq
aralarında dərin uçurum yaranmış adamlar var; yeni hökumət
onun məktubuna cavab vermədi; başqa üz tutmalı yer də
yoxdu. Ağlına gəldi ki, Müsavat firqəsindən çıxması barədə
qəzetə məktub göndərsin, bəlkə, nəticəsi oldu. Onsuz da beş
ildi, Müsavatla əlaqəsini itirib, istefası barədə də Məmməd
Əmin bəyin özünə deyib.
“Kommunist” qəzetinə ünvanladığı məktubu yola sa lıb
iş axtarmaqla məşğul oldu. O vaxt Mirzə Əsədullayevin ün-
vanını Ümmülbanudan almaq heç ağlına gəlməmişdi, indi
Ümmülbanunun özünü belə tapmaq çətindi; yəqin, Ceyhun
bəy onun harda yaşadığını bilər, amma ondan Mirzə
Əsədullayevi soruşmağa ar eləyirdi. Qəzetlərdəki iş elanları-
sa talesiz mühacirə heç bir vəd vermirdilər. Olub-qalanı
gündən-günə tükənir, bir qarnı ac-bir qarnı tox yemək, bir
fincan qəhvə içmək, ya bir qəzet almaq artıq müşkülə
çevrilməyə başlayırdı.
Cəmi bir il sonra Bakıda qələmə aldığı “Bir qaçqının
Dostları ilə paylaş: