XXI FƏSİL
“NİCAT SAHİLİ”NƏ DOĞRU
Yusif Vəzir
Paris, Berlin, Vyana, Moskva, Bakı
Yanvar-aprel 1926-cı il
Əlbəttə, Vətənə getdiyinə görə sevinir...
Bəs niyə bu sevinc bütöv deyil, hətta, bir qədər səksəkə
qarışıb?
Daha itirdiklərini ömrünün mübarizəyə həsr elədiyi, az
qala, on ilini, o illərin əqidə dostlarını, yeganə qardaşını,
gəncliyini, arzularını itirmişdi. Bundan sonra itirəcəyi quruca
canı qalmışdı, onu da yeni hökumət əfv eləmişdi.
Bəs niyə səksəkədən qurtara bilmir?
Aslan məktub yazmadı, bunu ondan heç gözləmirdi də:
arada canının qorxusu, üstəlik, ailəsi var. Zeynalabdinsə bəy
indi qocalıb, güman ki, canında keçmişin xofu hələ qalıb, oğ-
lunu düşünülməmiş addımlardan çəkindirir.
Mustafanın vəziyyətinisə öyrəndi: Ceyhun bəy hardansa
xəbər tutmuşdu ki, Moskvada birbaşa Kremlə gedib, Nəri-
manovla görüşüb, Nərimanov da ona Kremldə qalıb işləməyi
310
məsləhət görüb, amma razı olmayıb, Bakıya gedib, indi
ədliyyə orqanlarında işləyir.
Görəsən, bu səksəkə Aslanı və Mustafanı da çulğamışdı-
mı?
Vidalaşmalı kimi vardı? Ceyhun bəylə vidalaşacaqdı,
buna şübhə ola bilməzdi – qürbətdə keçən üçillik ömründə
Ceyhun bəydən gördüyü diqqəti kimdən görmüşdü ki? Fa-
riz Vəkilovla görüşəcəkdi, bəlkə, Vətənə sözü-sovu var.
Rəşid Atamalıbəyovla çox yaxın ünsiyyətdə olmaq istəmirdi:
hər halda, o Əlimərdan bəyə yaxın adam idi, görüşəndə özü-
nü naqolay hiss eləyərdi. Keçmişdəki münasibətlərinin
xətrinə Əlimərdan bəylə görüşüb vidalaşmaq istəyirdi,
amma həyat qaralama deyil ki, istədiyini pozub təzədən yazaydı,
aradakı körpülər uçulub-dağılmışdı – görünür, bu da taleyin
oyunuydu...
Mart günləri olsa da, hələ havada qışın soyuğu vardı. Pal-
tosuna bürünüb addımlayır, tez-tez əlini sinəsinin üstünə
aparırdı: orda dörd gün sonraya “Paris-Berlin” qatarının ikin-
ci dərəcəli vaqonuna aldığı bilet vardı. Hələ bileti Moskvaya-
can almamışdı, neçə saatlığa da olsa, baş çəkəcəkdi.
“Şərq ekpressi”lə İstanbula gedər, üç il əvvəl çıxdığı o
unudulmaz şəhərdə nələrin dəyişdiyini görər, könlündə yeri
olan adamlarla görüşərdi; yəqin, Xeyriyyə xanım qayğılar-
dan bir qədər də sınıxıb, Sübhisə böyüyüb; yəqin, Qamət
Əfəndi hərdən də olsa, onu xatırlayır; yəqin, Əlibəy Hüseyn-
zadə Bakıdan, Birinci Türkoloji qurultaydan qayıdıb, doğma-
larıyla görüşdən çox təsirlənib; yəqin, Əhməd bəy Ağaoğlu
artıq İstanbuldadı, Mustafa Kamal Paşanın güvən diyi adam-
lardandı...
Ləngimədən Moskvaya gedəcək. Belə məsləhətdi, Sovet
səfirliyində də aydın dedilər: mümkün qədər tez “Paris-Mos-
kva” qatarına əyləşib Vətəninizə gedin. Arxasınca adam sal-
mayıblarsa, bir neçə saatlığa Berlində və Vyanada dayanacaq,
başqa yolu yoxdu: borclarını ödəyəndən sonra qalan pulla
311
Moskvaya çata bilməz, həm də çamadandakı yükdən,
ürəyindəki səksəkədən, az da olsa, qurtulmalıdı.
Ceyhun bəylə evində vidalaşmayacaqdı, narahatlıq
keçirməyini istəmirdi: məktub yazıb görüşə çağırar, danışıb-
halallaşarlar. Bir də Ümmülbanunu görmək istərdi: görəsən,
o zərif çiçək indi haralardadı? Yəqin, hələ də yaşam acıları
çəkir, həyat ruzigarına tab gətirməyə can atır...
...Yığıb-yığışdırmalı nəyi vardı ki? İndiyəcən nəşr olun-
muş kitablarının, yazıları çıxmış qəzet-jurnal nüsxələrini, hələ
çap olunmamış roman, hekayə və məqalələrinin əlyazmaları,
bir dəst məktub, bir dəst şəkil, Mir Abdullanın yadigarları, bir
dəst də dəyişəcəyi – vəssalam. Əlbəttə, məktubların və
şəkillərin də bəzilərini yandırmaq lazımdı, burjua həyatını
xatırladan nə varsa, sonralar başağrısına çevrilər. Əhməd bəy
Ağaoğlunun Maltadan yazdığı bir neçə məktubu, professor
Fridrix Kraelitzin Vyanadan kitabına yazdığı rəylə bağlı
məktubunu, Ceyhun bəylə kefinin kök vaxtında çəkdirdiyi
şəkli, Hans Günter və arvadı Süzanla Klişidə çəkdirdiyi şəkli,
realnı məktəbdə və Kiyevdə çəkilmiş şəkilləri yandırmağasa
əli gəlməyəcək – o fotolarda ömrünün ən gözəl anları həkk
olunub.
Otellə haqq-hesabı kəsəndən, bilet alandan sonra yüz əlli
frankı qalır. Bu məbləğə uzaqbaşı bir həftə güzəranını yola
verər. Ceyhun bəyin vəziyyəti böhranlıdı, nə vaxtdı intizar
içində Üzeyir bəyin göndərəcəyi pulu gözləyir; Fariz də elə
onun kökündədi, özü dediyi kimi, əli cibindən utanır. Deməli,
Berlində dayanmaqdan başqa yol yoxdu.
İki gün Milli Kitabxanada qeydlərini, “Paris xəbərləri”ndəki
işlərini tamamlamağa, bir gün də Parislə vidalaşmağa bəs
edər. Onsuz da xatirələrini öz içində çoxdan yerbəyer eləyib,
bu şəhərdən cəmi beş-üç xoş günü olan üçillik ömür yükü
aparır. O yük həyatının sonunacan bəs eləyəcək...
312
***
...Ceyhun bəy, əlbəttə ki, görüşə gəldi. Amma yorğun,
kədərliydi, boz paltar, boz şlyapa kədərini daha da dözülməz
eləyirdi. Dinməzcə görüşüb əyləşdi, xeyli susub pəncərədən
bayırdakı qış havasına baxdı, sonra köksünü ötürüb dilləndi:
“Deməli, gedirsən... – Gülümsəyib başını tərpətdi. – Bilir-
dim ki, qayıtmağına razılıq verəcəklər. Mənsə o quruluşa eti-
bar eləyə bilmirəm. Üzeyirin israrları məni çox düşündürdü,
axırda qərara gəldim ki, getməyim”.
“Burdakı həyatıma özün şahidsən, keçmiş əqidə dostla-
rımla münasibətlərimiz də xoşagəlməz şəkil aldı. Daha məni
qürbətlə heç nə bağlamır. Qəzənfərin vədlərinə inanıb ge-
dirəm. O mənə qarşı həmişə xeyirxah olub”. – Yusif Vəzir pa-
piros yandırıb kiçik nəfəsliyi azacıq araladı.
“Təki elə olsun, – Ceyhun bəy başını tərpətdi. – Məktubda
yazmışdın ki, mənimlə vacib bir məsələni məsləhətləşmək
istəyirsən. Nə məsələdi elə?”
“Sənə əlyazmalarım barədə danışmışdım, yadındadı?
Klişidə dostumla almancaya çevirdik. Özümlə Bakıya apar-
maq istəmirəm, öz imzamla nəşr evinə vermək də, təbii ki,
olmaz. Nə məsləhət görürsən?” – Gözlərini həmsöhbətinin
üzündən çəkmədən gözlədi.
“Başqa imzayla ya Berlində, ya yolüstü Vyanada nəşr
evlərindən birinə ver. Bəlkə, diqqətlərini çəkdi, – Ceyhun bəy
də ayağa qalxıb pəncərəyə doğru getdi. – Bunu məndən başqa
kimsəyə deməmisənsə, narahat olmaya bilərsən...”
“Sənə etibar eləməsəydim, məsləhət istəməzdim, – Yusif
Vəzir gülümsədi. – Hər iki təklifin də ağlabatandı. Onda
gedək, bir vida qəhvəsi içək”.
“Nə olar, gedək, – Ceyhun bəy paltosunu asılqandan götü-
rüb geyindi, şlyapasını başına qoydu, yenə kədərli görkəm
aldı. – Təəssüf ki, sənə kömək eləyə bilmədim”.
“Elədiyin köməklər qədərindən də artıq oldu, əzizim, Cey-
hun, – Yusif Vəzir son görüş duyğusundan təsirlənmişdi, səsi
titrəyirdi. – Təki, qismət ola, görüşək, onların əvəzini çıxım...”
313
“Unut hər şeyi, unut, – Ceyhun bəy qapıya sarı gedə-gedə
dilləndi. – Elə görüşməyi də unut, adımı çəkməyi də unut.
Bircə hara getdiyini unutma”.
Yusif Vəzir onun elədiyi yaxşılıqlarımı, Paris günlərinimi,
baş verənlərimi nəzərdə tutduğunu ayırd eləyə bilmədi,
amma daha sual da vermədi...
...Cəmi dörd gün sonra qatar tərpənəndə Farizin kədərli
fiquru perrondakı camaatın arasında itəndə hələ tək olduğu
kupedə qəfildən özünü lap tənha hiss elədi. O tənhalıq
hissində də nagahan səksəkə vardı, bunu da aşıq-aşkar
duydu.
Axşam o əlyazmaların üstünə niyə “Qurban Səid” yazdı?
Onda Şuşadan tanıdığı Qurbanmı, Seyid nəslindən olan anası
Dostları ilə paylaş: |