Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə72/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   68   69   70   71   72   73   74   75   ...   175
qəbul eləyərdik. İkisinin arasındakı koridorun (qəfəxana) bir tərəfinə 

məkulat (şey-şüy) yığılardı, o biri tərəfində iri bir su küpü vardı, 

tuluqçu  Xan  qızının  bulağından  su  gətirib  ora  tökərdi.  Kəllayı 

“bağdadi”  idi  –  taxtadan  yapılıb  üzərinə  suvaq  çəkilmişdi,  xırda 

otaqsa, çubuqdan hörülüb suvanmışdı, ikisində xırda şüşəli  enib-

qalxma pəncərə vardı. Evin qarşısında daş döşəli balaca bir meydan-

ça, sol tərəfdə təndirxana, qarşıda ətrafına cağ çəkilmiş güllü-çiçəkli, 

meyvə ağaclı gözəl bir bağça vardı... Bağça ilə küçə arasında da daş 

tağlı dörd dükanımız sallaqxana icarəsində idilər...” O tərəfdəsə 

qonşuları  Qara  Aslanın,  Kosa  Səmədin,  Lal  Sarayın,  Ları 

Muxtarın evləri sıralanmışdı.

 Evlərinin olduğu Mərdinli və Quyuluq məhəllələri arasın-

dakı  Çuxur  məhəllə,  uşaqlarının  keçdiyi  Aşağı  meydan, 

Bəylik eşiyi, Qapandibi meydançası, Urudlar, Seyidli, Culfa-

lar,  Dördlər,  Qurdu,  Hacıyusifli,  Dördçinar,  Çölqala,  Saatlı, 

Mamayi,  Köçərli,  Xocəmircanlı,  Dəmiçilər,  Hamamqabağı, 

Təzə məhəllələr, Şor bulaq, Meydan bulağı, İsa bulağı, Saxsı 

bulaq, Şahlıq körpüsü, Rastabazar, Şeytanbazar, Torpaq mey-

dan,  Ağaböyük  Xanımın  bürcü,  Kəlba  Şəhriyarın  bağı, 

Mirfəseh bağı, “Həzrət Əli” kahası, “Qızıl qaya”, Ağabəyim 

Ağanın qəsri, Bəhmən Mirzə Qacarın sarayı, Xan qızının sara-

yı,  Xan  qızının  bulağı,  Aşağı  Gövhər  Ağa  məscidi,  Yuxarı 

Gövhər  Ağa  məscidi,  Şırlan  məscidi,  karvansaralar...  gün 

kimi yadındaydı. “Şəhərimizdə on yeddi məhəllə, hər məhəllənin 



bir məscidi və xüsusi həyəti var, – illər keçəndən sonra yazırdı. 

– Bir məhəllənin çocuğu o birisinə getdimi, döyərdilər. Bu adət idi. 



Ən gözəl tərbiyə çocuğu həyət hasarından kənara buraxmamaq idi. 

Mən də belə böyüdüm... Cövlangahımızdan biri də Aşağı meydan 

idi. Burda bir hamam, yanında dəllək dükanı, iki baqqal, iki də əttar 


316

dükanı vardı. Qışda ora maraqlı olmaazdı – palçıq dizə çıxardı; xoş 

havalar başlananda bura bir aləm idi. Xoruzbazlar xoruzunu, qoç-

bazlar qoçunu gətirir, döyüş başlayırdı...”

  Sonra  atası  gördü,  Molla  Mehdinin  məktəbində  bir  şey 

öyrənməyəcək, Ağdama  apardı;  amma Ağdam  məktəbində 

də rus dili dərsi keçilmirdi, Mir Yusif də atasının çox istədiyi 

o  dili  öyrənmək  üçün  neçə  kilometr  uzaqdakı  Muradbəyli 

kəndinə getməli olurdu. Burda da bircə il tab gətirdi, sonra 

Haşım  bəyin  müdir  olduğu  rus-tatar  məktəbinə  qayıtmalı 

oldu, ardıncna realnı məktəbin şagirdi oldu. 

  Onda  Şuşa  realnı  məktəbi  bütün  Qafqazda  məşhur  idi. 

Şəhər  camaatı  1880-ci  il  iyununda  Peterburqa  –  Qafqaz 

komitəsinə müraciət eləmiş, növbəti il Şuşada altı sinifli real-

nı  məktəb  açılmışdı.  Hazırlıq  və  üç  əsas  sinifdən  ibarət 

məktəbdə  o  dövrün  tanınmış  maarifçilərindən  Mirzə  Salah 

bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyirdilər. 

Mirzə  Salah  bəy  Fransada,  sonra  Rusiyada,  Sankt-Peter-

burqda təhsil almış, Şuşaya qayıdıb öz vəsaitilə məktəb tik-

dirmiş, həmin məktəbdə rus dili dərsi demiş, “Azərbaycanlılar 

üçün  rus  dilinin  tədrisi”  vəsaitini  yazmış,  Firidun  bəy 

Köçərliylə  birgə  “Təlimati-lisani-türki”  dərsliyini  tərtib 

eləmişdi. Qori Müəllimlər Seminariyasının məzunu Yusif bəy 

Məlikhaqnəzərov riyaziyyatdan dərs deyirdi, həm də şəhər 

dumasının üzvü və həvəskar teatr truppasının aktyoruydu. 

1896-cı  ilin  payızında  ikisinifli  rus-tatar  məktəbi  açılanda 

Bəhmən  Mirzə  Qacar-Qovanlı  və  Xan  qızı  Natəvanın  oğlu 

Mehdiqulu  xan  Vəfa  bina  tikilənəcən  öz  mülklərini  dərs 

keçmək üçün verdilər. Mehdiqulu xan həm də məktəbin fəxri 

müdiri seçilmişdi. “Firəng Əhməd” ləqəbli Əhməd bəy Ağa-

yev  Fransadan  qayıdandan  sonra  ikinci  il  idi  ki,  şəhər 

məktəbində fransız dilindən dərs deyirdi, həm də Mehdiqulu 

xanın köməyilə ilk qiraətxana yaratmışdı...

 ...Atası, az qala, hər həftə Mir Əbülhəsənə yazırdı:


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin