“Qafqazlı müəllif Əsəd bəy”in kitabı heyrətamiz sürətlə çapa
hazırlandı və... qısa müddətdə 1929-cu ilin bestsellərinə
çevrildi.
Əsəd bəy qırmızı cildli, ağ şriftlərlə üzərində imzası, qara
şriftlərlə “Şərqdə neft və qan” yazılmış, neft buruqlarının şəkli
olan, hələ qurğuşun və rəng qoxusu verən kitabı əlində tutan-
da baş verənlərin həqiqət olduğuna inanmaq istəmirdi: cəmi
iyirmi dörd yaşı var, amma, ən azı, Veymar Respublikasının
ən populyar yazıçılarından biridi!
İlk nüsxələri verəndə Verner Şendel çoxmənalı təbəssümlə
dilləndi:
“Bu hələ başlanğıcdı, Əsəd bəy, bizi irəlidə daha böyük
işlər gözləyir!”
...Abram Nussimbaum kitabın cildində yazılanları ağır-
ağır oxuyub yarısevinc-yarıtəəssüflə başını yırğaladı:
“Heyif ki, alman dilini lazımi səviyyədə öyrənə bilmədim,
amma gündə bir neçə səhifə oxuyaram, görüm yenə nələr uy-
durmusan!”
306
“Ay səni, Leo, – frau Şulte bərk heyrətləndi, o təxəyyüllə
sənin yazmamağın daha təəccüblü olardı!”
Villi Haas “Şərq müxbiri”nin uğuruna ürəkdən şad idi:
“Ümidvaram ki, kitablar səni işdən soyutmayacaq, oxucu-
larımız sənin imzana çox alışıblar”.
Merinqin başı pyesinin tamaşaya qoyulmasına qarışmışdı,
amma arada vaxt tapıb fikrini çatdırdı:
“Hə, dostum, çox sevindim... Təbii ki, oxuyacağam, hələ
fikrimi bildirməyə də borcluyam...”
Kitab barədə heyrət və təəccüb dolu rəylərsə özünü çox
gözləmədi. Dövrün məşhur tarixi romanlar müəllifi Kurt
Aram “Şərqdə neft və qan”ı “zəmanəsinin ən maraqlı, əyləncəli
və məlumatlarla zəngin kitablarından biri” adlandırdı. Daha bir
tanınmış yazıçı Karl Hoffmannsa xatirələrdəki “siyasi romanti-
kanı çox bəyəndiyini” bildirdi. “Bu torpaqların yerli şairi, – icmal-
çılardan biri yazırdı, – həmin ərazilər və oranın insanları haqqın-
da elə ətraflı məlumat verir ki, hətta fotojurnalistin kamerası belə
onu Avropaya bu cür dəqiq çatdıra bilməz...”
Əsəd bəyin kitabı bir neçə ay ərzində Avropanı da fəth
elədi, Fransada, Hollandiyada, İspaniyada, İtaliyada yayıldı.
Romada nəşr olunan jurnallardan biri onu “çox istedadlı,
hekayəçiliyilə oxucunu cəlb eləyən, yaxşı yumor hissi olan yazıçı”
adlandırdı...
***
Dərhal opponentlər də tapıldı: bəzi tənqidçilər oxucuları
inandırırdılar ki, “bu kitabı almamaq müəllifdən uzaq durmaq
daha yaxşı olardı”.
Ən ciddi zərbəsə “Der nas osten” məcmuəsindən gəldi.
Sən demə, bu kitab son illərin ən miskin nəşrlərindənmiş.
Əslində, özünü Muhamməd Əsəd bəy adlandıran müəllif ta-
tar, bakılı neft maqnatının oğlu deyil, Leo (Leyb) Nussimba-
um adlı əcdadlarının dinindən imtina eləmiş yəhudidi; həm
də 1905-ci ildə Kiyevdə doğulub, atası da Abram Nussimba-
307
um adlı Tiflis yəhudisidi, on yaşında Rusiya nazirinə hədə-
qorxu gəlir, özünü Buxara əmirinin qohumu, müsəlman adət-
ənənələri sahəsində ekspert sayır, buna görə də kitabda yazı-
lanların qeyri-ciddi səfehləmə olduğunu dərk eləmək çətin
deyil, şübhəsiz, bu böhtanlar cavabsız qalmayacaq.
Bu tənqidlərdən Verner Şendel də öz payını aldı: kitaba ön
söz yazmışdı, bu “iyrənc əsərin” nəşrinə mane olmamış,
üstəlik, “Şərqin ünvanına hücumlara” rəvac vermişdi. Berlin İs-
lam İnstitutunun “Berliner Tribun” qəzetində dərc etdirdiyi
etiraz daha sərt idi. Cavad bəy Vəziri, Hilal bəy Münşi, Zahid
Əfəndi, Gürcüstanın Almaniyadakı sabiq səfiri doktor Axme-
teli, farslar Əbdül Şakir, Mirzə Həsən, Şeyx Seyf Həsən, tür-
küstanlı Əhməd Haim, buxaralı Səncərin imzaladıqları eti-
razda Ştutqart, Berlin və Leypsiqdəki “Alman mətbəəçiliyi”
nəşriyyatı tərəfindən nəşr olunan qəribə adlı kitabda müəllifin
özünü Məhəmməd Əsəd bəy, müsəlman, azərbaycanlı, neft quyula-
rı sahibi, feodal və sairə kimi qələmə verdiyi, onun həm özü, həm
almanların Qafqazda törətdikləri vəhşiliklər haqqında məlumatın
doktor Verner Şendel tərəfindən əsərə əlavə edilən müqəddimədə
göstərlilməsi şiddətlə qınanırdı. Üstəlik, Şərq xalqlarının adət-
ənənə, mədəniyyət, milli əxlaq, hətta dini mərasimlərinin
əxlaqsızcasına təhqir və təhrif olunması, Kress fon Kressenş-
teynin komandanlığı altındakı Alman Qafqaz Ordusunun
1918-ci ilin sentyabrında altmış min nəfəri qətlə yetirməsinin
böhtan olduğu bildirilirdi.
Fevralın əvvəllərində “Berliner Tribun”da Hilal Münşinin
Nussimbaumlarla bağlı hekayəti üzə çıxaran ““Şərqdə neft və
qan” əsərinin əsl müəllifi kimdir?” adlı böyük yazısı dərc olun-
du. Hilal bəy ata-oğulla iki görüşünü yerli-yataqlı təsvir
eləmiş, “hələ iyirmi beş yaşına belə çatmamış fantazyorun o
hadisələri necə yadda saxladığına” heyrətini bildirmiş, onu “pis
təhsil və pis tərbiyə almış adam” adlandırmışdı. Həmin yazı
martın ortalarında “Odlu yurd” jurnalında da çap olundu.
Etirazlarsa bununla bitmirdi, heç bitməyəcəkdi də. Berlin
İslam İnstitutunun və Hilal Münşinin yazdıqları Əsəd bəyin
308
həyəcanına səbəb oldu – bəzən fantaziyalarını cilovlaya
bilmədiyindən “həddən artıq uzağa getdiyini” onda dərk elədi.
Amma Verner Şendel Əsəd bəyin və özünün ünvanına
deyilənlərdən zərrə qədər də narahat deyildi: yaxşı, ya pis,
fərqi yoxdu, adları nə qədər çox hallansa, kitaba maraq da o
qədər artacaq, təbii ki, daha çox satılıb, daha çox gəlir gətirəcək
– qalanlarsa, tezliklə unudulacaq.
“Ürəyinə salma, dostum, – hərdən zəng vurub ürək-dirək
verirdi, – kitabın satışı ağlagəlməz dərəcədə yaxşı gedir,
üstəlik, təzə təkliflər almışam. Ümidvaram ki, tezliklə görü-
şəcəyik”.
“Yazdıqların heç mənim ağlıma gəlməzdi, – görünür, frau
Şultenin oxuyub-danışdıqlarından heyrətlənən atası məəttəl
görkəmlə onu süzürdü...
Əsəd bəy ancaq müəmmalı tərzdə gülümsünür, elə bil de-
yirdi: “Hələ irəlidə nələr baş verəcək, nələr!”
|