Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə68/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   64   65   66   67   68   69   70   71   ...   175
söyləmək vacib deyil – bu səfehlik olardı, amma söylədiklərinin ha-

mısı fikirləşdiklərinə uyğun gəlməlidi, əks təqdirdə bu bədxah yalan 

olardı. Bu əlyazmaya öz duyğularını, mülahizələrini, oxuyub-

bildiklərini görüb-görmədiklərini, fantaziyalarını əlavə eləsə, 

şübhəsiz, ədəbi aləmin diqqətini çəkəcək.

 İş özünün də gözləmədiyi sürətlə gedirdi: hər axşam, ən 

azı, on səhifə köçürür, həm də təkcə köçürmür, dilini, üslu-

bunu düzəldir, boşluq hiss elədiyi yerlərə əlavələrini yazırdı. 

Onun fikrincə, Sentrokaspi diktaturası vaxtı Bakıda baş verən 

qırğınlar da, atasıyla Türküstana qaçması da (əmisi oğlu olub-



olmadığını,  Bakı  fəhlə  deputatları  sovetinin  üzvü  olan  həmin 

əmioğlunun  bir  axşam  gəlib  komissarların  qaniçən  kapitalistləri 

güllələyəcəyi barədə xəbər gətirib-gətirmədiyini ondan kim soruşa-

caqdı?)  oxucular  üçün  maraqlı  olardı.  Bitli-sirkəli  nazirlərlə 

görüşdüyünü,  kinoteatrda  yaşadıqlarını,  nəhayət,  Qızılsu-

nun  polis  rəisi  olan  knyaz  Alanianın  atasının  köhnə  dostu 

kimi  onlara  həyan  durmasını,  Abram  Nussimbaumun  orda 

vacib  simaya  çevrildiyini,  xüsusilə,  ingilislərin  Bakı  komis-

sarlarını limana gətirmələrinin ilk dəfə ona xəbər verilməsini, 

hətta, güllələnməyə aparılmalarını şəxsən öz gözlərilə gördü-

yünü  təsvir  eləmək  də  təsirli  çıxar;  komissarların  “isti  qış 



günündə  Tacikistanda  güllələnməsi”  oxucunun  duyğularını 

tərpədə bilər; sonra Buxara əmirinin sarayında yaşamaq, ba-

zarları, məscidləri, minarələri, karvanları təsvir eləmək, İran-

dan  keçmək,  quldurlara,  köçərilərə,  şairlərə,  xanlara,  uşaq-

bazlara rast gəlmək, şübhəsiz, oxucuların təxəyyülünü alov-

landırardı.




304

 Əsəd bəy bütün bunları qələmə alanda reallıq hissini itirir, 

ancaq özünün hakim olduğu sehr və nağıl aləminə qərq olur-

du. Başlıcası, yazılanlardan oxucunun zövq almasıydı, həqiqətsə 



nisbi, dumanlı məfhumdu, hər kəsin öz həqiqəti var, baş verənlərdə 

hər kəs öz arzuladığını görmək istəyir.

 Verner Şendel Əsəd bəyin təsəvvür elədiyindən də baca-

rıqlı  ədəbi  agentmiş.  Müştərisinin  işini  peşəkarcasına  qiy-

mətləndirdi, qısa müddətdə nəşr məsələlərini yoluna qoyub 

“Deutshe Verlagsanstalt” nəşriyyatıyla dil tapdı, üstəlik, san-

ballı məbləğdə avans da verdi. Elə görünürdü ki, hər şey qay-

dasınca gedir.

 

***



 O günlərin birində Əsəd bəy Fazanenştrasse küçəsindəki 

Aleksandr  fon  Humboldt  cəmiyyətində  Hilal  bəy  Münşiyə 

rast gəldi. Bu ondan ötrü xoş təsadüf idi, vaxtilə əl tutmadığı-

nı  yadına  sala,  indisə  məşhur  adam  olduğunu  göstərib 

təşəxxüs  göstərə  bilərdi.  Görüşüb  tanışlıq  verdi,  doqquz  il 

əvvəl təhsili üçün atasıyla birgə “Eden” otelinə gəldiklərini 

xatırlatdı.  Hilal  bəy  ona  yeniyetməliyini  xatırladan,  indi 

əməlli-başlı böyümüş “həmyerlisi”ni tanıyıb vəziyyətilə ma-

raqlanmağı özünə borc bildi.

 “Təəssüf ki, Berlin universitetindəki təhsilim yaxşı nəticə 

vermədi,  –  Əsəd  bəy  gülümsədi,  –  amma  Allaha  şükür  ki, 

maddi  vəziyyətim  bir  qədər  yaxşılaşıb,  güzəranımızı  təmin 

eləməyə pul qazanıram. Həm müstəqil həftəlikdə çalışıram, 

həm də müxtəlif qəzetlərə kiçik hekayələr və novellalar yazı-

ram. Öz məqalələrimi “Əsəd bəy” imzasıyla qələmə alıram, 

çünki  əməkdaşlıq  elədiyim  sağ  təmayüllü  qəzetlər  “Leo 

Nussimbaum”un  məqalələrini  dərc  eləməkdən  boyun  qaçı-

rırlar.  Üstəlik,  almanlar  üçün  Əsəd  bəy  adı  daha  təsirli 

səslənir”.

 “Bəs təhsiliniz hansı səbəbdən baş tutmadı?” – Hilal bəy 

maraqla soruşdu.



305

  “Universitetdə  üç  fakültəyə  daxil  olmaq  istədim,  amma 

müxtəlif səbəblərdən hamısından rədd cavabı aldım. Hətta, 

türkologiya fakültəsində oxumaq üçün də təşəbbüs göstərdim, 

– Əsəd bəyin dodaqlarına istehzalı təbəssüm qondu, – türk 

dilinə lazımınca bələd olmadığımdan müəllimlər təhsil alma-

ğımı layiq bilmədilər”.

 “Belə de... – Hilal bəy eşitdiklərinə inanmayıb istehzayla 

gülümsündü. – Bəs indi nəylə məşğulsunuz?”

 “Memuar yazıram”, – Əsəd bəy sirli təbəssümlə dilləndi. 

 Hilal bəyin qaşları təəccüblə dartıldı: iyirmi üç-iyirmi dörd 

yaşlı  oğlandan  “memuar”  kəlməsini  eşitmək  ondan  ötrü 

təəccüblüydü.  Amma  dillənmədi,  başını  qeyri-müəyyən 

tərzdə tərpədib aralandı...

 ...Verner Şendel üç yüz səhifəlik kitabın nəşr məsələlərini 

qısa müddət ərzində yoluna qoydu. Deyəsən, onun dil tap-

dığı  Ştutqartdakı  “Deutsche  Verlags-Anstalt”  nəşriyyatının 

sahibi  də  əlinə  maraqlı  “şikar”  düşdüyünü  hiss  eləmişdi. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin