gecədə taleyi dəyişmək mümkün deyil, amma bütün həyatını başqa
səmtə yönəldəcək fikirləri dəyişmək olar...
***
Məktubu hökumətin başçısı – Xalq Komissarları Sovetinin
sədri Qəzənfər Musabəyova yazdı. Onu tələbəlik illərindən
tanıyırdı, aralarında haqq-salam vardı. Yusif Vəzir Kiyev uni-
versitetinin hüquq fakültəsində oxuyanda Qəzənfər bəy
həmin universitetin tibb fakültəsində təhsil alırdı. Düzü, bu
həlim xasiyyətli, ziyalı görkəmli adamın necə bolşevik ola
biləcəyini təsəvvürümə gətirməyə çətinlik çəkirdi. Əks
cəbhələrdə olsalar da, Qəzənfər bəy onun Vətən sevgisinə
şübhə eləməzdi. Yazdı ki, mən qurbanam, siyasətin qurbanıyam,
Vətənimə qayıdıb çalışmaq, xalqıma xeyir vermək istəyirəm,
mənim Vətənimə qayıtmağıma izin verin.
İntizar və üzüntüylə dolu günləri doldurmaq üçün bir yol
tapmışdı. Milli Kitabxanaya gedir, Şərq bölməsindəki kata-
291
loqları nəzərdən keçirir, diqqətini çəkən kitabları sifariş verib
oxuyur, qeydlər götürürdü. Kitabxananın səssizliyində tez-
tez xəyal onu çəkib uzaqlara aparır, Ağdamda və Şuşada oxu-
duğu günləri xatırlayırdı. Haşım bəy Vəzirovun kitabxana-
sında gördüyü kitabları, qardaşı Mir Əbülhəsənin kitablarını
yada salır, elə bil, atasının səsini eşidirdi:
“Yusif, köpəyoğlu, yenə bu nə kağızdı yazmısan?”
Atasının onun məktub yazıb göndərməsindən xoşu gəlirdi.
Amma həmişə istəyirdi ki, məktub səliqəli yazılsın, oğlunun
gələcəkdə böyük, savadlı adam olacağından xəbər versin.
Yusifdən pis kağızda, səliqəsiz yazılmış məktub alanda acığı
tuturdu.
Sonra anasının həmişə qayğılı, üzgün simasını görürdü.
Yeddi uşağın qayğısı, ərinin tünd xasiyyəti Seyid Əzizin
çöhrəsini tez soldurmuşdu, Mir Əbülhəsənin ölümü də
biçarəni cavanca yaşında qocaltdı, ondan sonra heç on il yaşa-
madı.
Hər səhər oyananda şalvarını – işığa tutur, süzülən yeri
olub-olmadığını yoxlayırdı. Bakıya getməyini də iyirmi illik
məhbus həyatından qurtulmaq sayırdı. Gündəliyində beləcə
də yazmışdı: “İyirmi illik məhbus həyatı. Gəncliyin ən şehli və
təravətli vaxtlarını müsəlmanların qorxusundan damın altında
keçirmişəm... Mən qız deyiləm ki, mənə həsrətlə baxırsınız. Qoy qız-
lar baxsınlar, pak ürəkləri də döyünsün... Gedirəm”.
O gedən getdi. İndi iyirmi ildi Şuşaya həsrət qalıb. “Bu
şəhər mənimdi” dediyi günlər hanı?
...“Paris xəbərləri” qəzetinə Şərqlə bağlı məqalələr yaz maq
da o vaxt ağlına gəldi. Düzdü, keçmiş əqidədaşları
fi kir ləşəcəklər ki, kommunistlərlə yaxınlaşıb, onların “dəyir-
manına su tökür”, amma indi bunun ondan ötrü bir elə
əhəmiyyəti yoxdu, qardaşının faciəvi ölümünü, özünün mis-
kin vəziyyətini heç kəsə bağışlamayacaq. O da insandı, rahat
yaşayıb-işləmək istəyir. Ömrü yarıdan ötüb, amma hələ də
əlində-ovcunda yel vurub yengələr oynayır.
292
Gözlədiyi oldu: Fariz bəy “Qafqasiyyə” məcmuəsini
verəndə içində daha bir telin qırıldığını duydu: “Kommu-
nist” qəzetində dərc olan məktubu cavabsız qala bilməzdi.
“Müsavatçı”nın şərəfsiz aqibəti” başlıqlı yazısını gözləri torla-
na-torlana oxudu: deməli, aradan keçən iki il yarım müddət
ondan ötrü tərəddüd dövrü imiş, həmin müddətdə Müsavat
firqəsindən çıxıb-çıxmamaq barədə düşünürmüş, Rəsulza-
dənin məktubunu alandan sonra qəti qərara gəlib; deməli,
səfir olduğu vaxt siyasətində sərbəstlik göstərirmiş, Azər-
baycan hökuməti onun işdən çıxarılması barədə qərar verdiyi
halda buna əməl eləyib vəzifəsində qalıbmış.
Əlbəttə, vəziyyətin bu cür şəkil almasını heç istəməzdi,
amma özünü müdafiə eləməlidi, öz həqiqətini hamıya çatdır-
malıdı. Səfirlik vaxtı hansı əzablara düçar olmasından, im-
kansızlıq ucbatından nə zillətlər çəkməsindən, səkkiz ay pul-
suz-parasız oturmasından, “Müsavatın rüknü” Xəlil bəyin
əməllərindən Məmməd Əmin bəyin xəbəri yoxdu, bununla
belə, Parisdə əlacsız qalıb ən çirkli işlərdə çalışmasından,
xəstə qardaşını qurtarmaq üçün çəkdiyi zülmlərdən xəbəri
var. Bu məşəqqətlərə görə “şərəfsiz aqibət”də günahlandırıl-
maq haqsızlıq deyilmi? O buna layiqdimi?
Elə o axşam da “Müsavatçıya cavab”ı yazdı. Dörd il əvvəl
Xəlil bəy Xasməmmədovla aralarında baş verən ixtilaf, müsa-
vatçılardan başqa həmin vaxt mühacirətdə olan məhbuslar,
səfirlər, generalların da o ixtilaflarda iştirak elədikləri, “Mü-
savat” rəhbərlərinin sui-istifadələrinə imkan verilmədiyi,
hətta bununla bağlı qrup da yaradıldığı, Parisdə Rəsulzadəylə
görüşü barədə yazdı: qardaşının xəstəliyi, onun müalicəsi
üçün Əlimərdan bəyə və Məmməd Əmin bəyə məktub
göndərdiyi barədə söz açdı. İçində duyduğu ağrının
şiddətindən artıq kağıza köçürdüyü sözlərin qədərindən ar-
tıq kəskin olduğunu da sezmirdi.
Vəssalam.
293
Hər şey bitdi. Onu “Müsavat”la, müsavatçılarla birləşdirən
körpünün son dayağı da yıxıldı, həyatının daha bir
mərhələsinə son qoyuldu...
***
O ilin qışı sıxıntılı keçdi. Milli Kitabxanada iç dünyasına
çəkilməsi, “Paris xəbərləri”nə məqalələr yazması, arada Mir
Abdullanın qəbri üstünə getməsi qəlbini bürümüş sıxıntını
azaltmaq iqtidarında deyildi, əksinə, daha da artırırdı. Ara-
dabir yadına Ümmülbanu düşürdü, həyatın amansız üzüylə
rastlaşan zərif qızcığazın indi hardasa güzəran qayğılarıyla
əlbəyaxa olduğunu fikirləşib uzaqdan-uzağa ona şəfqət du-
yurdu. Şübhəsiz, səhv elədi, gərək onunla əlaqəni itirməyəydi,
heç olmasa, tənhalıqdan bağırmaq həddinə çatanda tapışıb
dərdlərini bölüşərdilər.
Ceyhun bəylə gec-gec görüşürdülər, daha doğrusu, bütün
bu olub-keçənlərdən sonra özü ünsiyyətlərini seyrəltmişdi:
Ceyhun bəy əqidə adamıdı, Məmməd Əmin bəylə də,
Əlimərdan bəylə də yaxşı münasibətləri var, yerli, qohum və
gənclik dostu olmaları gərək bütün bunları nəzərə almağa
mane olmaya. Onsuz da elə hey qayğıların əlində çırpınır –
yazır, tərcümə eləyir, zövcəsinin və iki övladının qayğısını
çəkir, dost-tanışa əl tutur – indiki imkanlarıyla bu heç də az iş
deyil.
Hərdən Fariz bəylə “Qafqaz zirzəmisi” kabaresində görü-
şür, olub-keçənlərdən xəbər tuturdu. Bir görüşdə demişdi ki,
eşitdiyinə görə, Bakıda Birinci Türkoloji qurultaya hazırlıq
gedir, İstanbuldan Əlibəy Hüseynzadəni də dəvət eləyiblər.
Onda ancaq köksünü ötürdü: əlbəttə, indi orada olmaq, neçə
illərdən bəri ayrı düşdüyü qələm dostlarını görmək istəyərdi.
Amma hələ Qəzənfər Musabəyova yazdığı məktubdan xəbər-
ətər yoxdu, heç çatıb-çatmadığı da məlum deyil.
Qışın sıxıntısı bitib-tükənmək bilmirdi. Düzdü, artıq aldığı
qonorarla oteldəki ucuz otağın haqqını verə, güzəranını bir-
294
təhər təmin eləyə bilirdi. Axşamlar yazıb-oxuyur, gündüzlər
kitabxanaya yollanır, həftədə bir-iki dəfə yazdığını redaksiya-
ya aparır, hava imkan verəndə nimdaş paltosuna bərk-bərk
bürünüb Yelisey çölünə, Ramsey bulvarına, ya Lüksemburq
bağına gəzməyə yollanırdı. Ona elə gəlirdi, bu sıxıntı, intizar
heç vaxt sona çatmayacaq, ömrü boyu uzanacaq.
Amma qış günlərinin birində portye ona məktub uzadan-
da içində sevincqarışıq anlaşılmaz həyəcan duydu. Ondan
Sovet səfirliyinə gəlməsini xahiş eləyirdilər. Deməli, həyatında
çox əhəmiyyətli hadisə baş verəcəkdi.
Səhər Sovet səfirliyinə qarşısıalınmaz həyəcanla getdi.
Onu gözləmədiyi nəzakətlə qarşılayıb dedilər, məktubunuz
yoldaş Musabəyova çatıb, o da məktubu Azərbaycan
bolşeviklər firqəsinin birinci katibi yoldaş Sergey Mironoviç
Kirova göstərib, yoldaş Kirov Azərbaycana qayıtmağınıza ra-
zılıq verib, Ümumittifaq İcraiyyə Komitəsinin 18 yanvar 1926-
cı il tarixli qərarına əsasən Sovet vətəndaşlığına qəbul olun-
musunuz, ölkəyə qayıda bilərsiniz.
Beynindən keçirdi ki, düz deyiblərmiş, heç vaxt həyatın nə
Dostları ilə paylaş: |