331
qutu qurudu: oxumasa da artıq ilk Şərq operasının tarixinə
düşmüşdü. O günlərin həyəcanını yaxşı xatırlayırdı – uzun
müddət dost-tanışlarının hamısı bu barədə danışmışdılar,
Yusif Vəzirsə gündəliyində qürurla yazmışdı: “Musiqikarımız
Üzeyir Hacıbəyov cənablarının qədrini bilməli, onun aləmi-islamda
ilk opera vücudə gətirdiyini təşviq etməlidir”.
Tamaşanın tərtibatını Əli bə Hüseynzadə veribmiş – bunu
elə o axşam Mir Həsəndən eşitdi. Bir gün teatra məşqlərə bax-
mağa gedibmiş. Məcnunun səhradakı həyatının məşqi gedir-
miş. Əli bəy bir az baxıb, sonra Ərəblinskiylə Üzeyir bəyə de-
yib ki, səhrada, kol-kos arasında yaşayan Məcnun belə səliqəli
geyimdə olmaz. Əli bəy qayçı gətirdib, Məcnunun paltarının
ətəyini ordan-burdan kəsib, Sarabskiyə deyib Hüseynqulu,
indi oldun səhrada yaşayan Məcnun. Sonra Ərəblinskiyə xey-
li faydalı məsləhətlər verib.
Opera yazmaq fikri yaranan gündən Mirzə Muxtar Üzeyir
bəyin yanında olduğunu, çayçı şagirdi Əbdürrəhimi Leyli ro-
luna razı salmaq üçün nə qədər dil tökdüklərini də Mir Həsən
danışdı: Mirzə Muxtar çoxlu qadın rolları oynamışdı, oğlansa
arvad tumanı geyib camaatın qarşısına çıxmaq istəmirmiş.
Birtəhər yola gətirəndən sonra da bığının üstünə tənzif yapış-
dırmaqdan boyun qaçırıb, onu güclə razı salıblar. Premyera-
ya iki saat qalmış da başqa ağlagəlməz vəziyyət yaranıbmış:
tarzənlərin nə üstündəsə sözləri çəp gəlib, Qurban və Şirindən
başqa hamısı çıxıb gediblərmiş; amma Üzeyir bəy özünü
itirməyib, tamaşanın təxirə salınmasına da imkan verməyib,
tez bir dəstə not kağızı gətirdib, bəzi partiyaları nota köçürüb,
ustalıqla çətinlikdən çıxıb.
Bütün bunlar maraqlıydı, amma Yusif Vəziri heyrətləndirən
Mir Həsənin diribaşlığıydı: fikrincə, hər şeylə maraqlanan,
hər şeydə də qabiliyyətini göstərən dostu gələcəkdə çox uğur-
lar qazanacaqdı...
Bir dəfə Hacı Zeynalabdin Tağıyevlə də ünsiyyətdə olmuş-
du. Təqaüdünü almaq üçün İsrafil bəy Aydəmirovun konto-
332
runa gedəndə onun yanında qara saqqallı, başı təmiz qırxıl-
mış, xırda gözlərinin ətrafında qırışlar gözə dəyən Hacını
görmüşdü. Hacı Zeynalabdin cavanı söhbətə tutub öz
qayəsini başa salmışdı:
“Biz avropalı olmaq, onlardan hər şeyi götürmək istəmirik,
– demişdi. – Yox! Çünki onlarda çox şey düz deyil... Amma
biz avropalılığın ən yaxşı hissəsini mənimsəməliyik: elmi,
incəsənəti, texnikanı və sairə. Bunları öyrənib bütün millətin
və İslamın rifahı naminə istifadə eləmək lazımdı...”
Hacının bu sözləri onu təəccübləndirmişdi. “Onun
Dostları ilə paylaş: