Tehranda qalıram, – Aşqabaddakı dostu Zülfüqara yazırdı, –
Şiraza gedə bilmərik, çünki ora təhlükəlidi. Yollar quldurlarla do-
ludu...”
Haşım bəy nəşr işlərini çətinliklə yoluna qoyurdu, buna
görə də Yusifə lazımi yardım eləyə bilmirdi. “Tazə həyat”
bağlanandan sonra “İttifaq” qəzetini nəşr etdirməyə başla-
mış, o da cəmi bir neçə ay çıxmışdı, indi “Səda” qəzetini üzə
çıxarmağa çalışırdı. Ürəyində qabiliyyətli cavanın Bakıda qa-
lıb ona kömək eləməsini istəyirdi, amma Yusifin oxumaq ar-
zusunun qarşısına sədd çəkmək fikrində də deyildi.
Hərdənbir Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət”
məktəbində dərs deyən Ceyhunla görüşürdü. Gimnaziya
təhsili artıq onu təmin eləmirdi, Peterburqa getmək fikri-
ndəydi. Murtuza Muxtarovun sayəsində arzusuna çatdı, Pe-
terburqa gedib universitetin hüquq fakültəsinə qəbul olundu.
Yazdığı məktublarda onu da həvəsləndirir, yanına çağırırdı.
Elə o vaxt da Əli bəy Hüseynzadə qurduğu “Tərəqqi”
qəzetini Üzeyir bəyə əmanət eləyib İstanbula köçdü. Əhməd
bəyin gedişindən sonra bu Bakı cəmiyyəti üçün ikinci ağır it-
kiydi...
Gündəliklərindən sonra ən sevimli işi dostlarıyla məktub-
laşmaq idi. Peterburqa – Ceyhun bəy Hacıbəyliyə, Mirmöv-
süm Mirtağıyevə, Kiyevə – Hüseyn bəy Mirzə camalova,
Aşqabada – Mir Abdullaya, dostu Jevgeni Bartinə yazdığı
məktublarda arzularının bitib-tükənməzliyi ifadə olunurdu.
Hüseynə nəzmlə məktub yazır, ondan da eyni üslubda cavab-
lar alırdı.
Bir də gələcəkdə yazacağı əsərlərin planını tuturdu: o pla-
na görə Bertaya sevgisi haqqında “Səadət” adlı roman yaza-
337
caqdı; sonra “Naməhrəm və səliqəli dəllək” pyesini qələmə ala-
caqdı; şərti adı “Qoçular” olan faciə də öz növbəsini gözləyirdi;
üstəlik, beynində onlarla hekayə mövzusu vardı, nə vaxtsa
kağıza köçürüləcəkdi...
...Məktəbi bitirəndə “Dəftəri-gülşəni cavanlıq” adlandırdığı
gündəliyində sonsuz sevinc, bir qədər də kədər hissilə yazır-
dı: “Realnı məktəbi bitirdim! “Saqqallı uşaq oldum”. “Saqqallı
uşağ”a – tələbəyə ehtiram hədsizdi. Bizim əsrimiz ağlı yox, xarici
görünüşü qiymətləndirir...” Cəmiyyətdən aldığı yüz manat yol-
puluyla imreriyanın paytaxtına, Peterburqa, Vətəndaşlıq
Hüquqları İnstitutuna imtahan verməyə getdiyini yaxşı xatır-
layırdı. Mirmövsüm Mirtağıyev həmin insitutda oxuyurdu,
məktublarında onu da həmin ali məktəbə imtahan verməyi o
həvəsləndirmişdi. Amma nəhəng şəhər yaddaşında üç
xoşagəlmız məqamla qaldı: Ceyhun bəyin gedişi, riyaziyyat-
dan çəkdiyi bəlalar və Nevski prospektində rastlaşdığı
fahişələr.
Birinci məqama görə əməlli-başlı dilxor olmuşdu: bu uzaq
və yad şəhərdə güvəndiyi adam təkcə Ceyhun bəy idi, o da
qəfildən çıxıb Parisə getmişdi ki, təhsilini Sorbonn univer-
sitetində davam etdirsin.
İkinci məqama görə həmin instituta qəbul olunmaq
fikrindən daşındı: “Mənim rəsm çəkməyə və yazmağa böyük
həvəsim var, – həmin günlərdə dərdini gündəliyinə tökürdü.
– Lakin heç boş zamanım yoxdu. Mən ədəbiyyatla bağlı kitab
gördükdə qəlbim sevgilisini görmüş aşiqin qəlbindən daha sürətlə
çırpınır. Və mən əlimə fırçanı götürdükdə özümü elə hiss edirəm ki,
sanki qayğılardan azad olan başqa bir dünyaya daxil olmuşam. La-
kin mən bu acgöz təxəyyülümü qidalandırmıram və istedadımın
Dostları ilə paylaş: |