Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə82/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   78   79   80   81   82   83   84   85   ...   175
inkişafı üçün heç bir şərait yaratmıram. Mən onu itələyirəm və o 

yoxa çıxır...”

  Üçüncü  məqama  görə  də  ikrah  hissilə  yazmışdı:  “Bu 



dəhşətləri görən şairin lirası kədərlə səslənirdi!”

 Onda imperiyanın paytaxtında Dağıstanın ram edilməsinin 

əlliillik  yubiley  tədbirləri  keçirilirdi.  Yusif  Şeyx  Şamil  haq-



338

qında  “Sərsəm”  imzasıyla  məqalə  yazdı,  üstəlik,  məqaləni 

Şamilə  həsr  elədiyi  vidadisayağı  şerilə  bitirdi:  “Ya  Şamil, 

mübarək məqbərəndən qaldır başını dövranə bax...”

 Bir ay sonra da yüz manatı nahaq xərclədiyinə təəssüflənə-

təəssüflənə  Aşqabada,  anasıgilin  yanına  getmişdi.  Mir 

Həsənsə ondan diribaş çıxıb Novoçerkassk Poltexnik İnstitu-

tuna qəbul olunmuşdu. Gələn məktublarından belə çıxırdı ki, 

vəziyyəti çox pisdi, həddən artıq maddi korluq çəkir, həm də 

qovulmaq  təhlükəsi  var.  Hətta  yazdığına  görə,  noyabrda 

Malıbəyli kənd məktəbində Sultan Məcid Qənizadənin “Ax-

şam səbri xeyir olar” vodevilini tamaşaya qoyub, yığılan əlli 

manatı  ona  göndəriblər,  o  da  qəzet  vasitəsilə  malıbəylilərə 

minnətdarlığını bildirib, amma bütün bunlar bəs eləmir, bun-

dan sonra necə yaşayacağınısa bilmir.

  O  payız  Haşım  bəyin  Aşqabada  gəlməsi  ondan  ötrü 

əlçatmaz xoşbəxtlik idi. Həm başsız ailə bir qədər toxtaqlıq 

tapmışdı, həm də Haşım bəy, Peterburqdakı uğursuzluğun-

dan  sonsa  könlü  sınıq  gəzən  cavandan  məsləhətlərini 

əsirgəməmişdi. Üstəlik, Haşım bəy onun tay-tuşlarını başına 

yığıb “Firudini” məktəbinin nəfinə Əbdürrəhim bəyin “Kim-

dir müqəssir?” pyesini də tamaşaya qoymuşdu. O quruluşda 

Mir Yusifin payına Mahmud rolu düşmüşdü. İllər keçəndən 

sonra həmin məqamın təkrarolunmaz duyğusunu tez-tez xa-

tırlayırdı. 

 Haşım bəy Bakıya qayıdandan sonra Yusif Vəzir də boş 

oturmadı:  latın  dilini  öyrəndi,  əlinə  keçən  kitabları  oxudu, 

könlündə qövr eləyən duyğuları kağıza köçürdü, üstəlik, no-

yabrda Daşkəndə gedib altı aylıq kursu bitirdi, universitetə 

girməyə haqq qazandı. Amma həmim il də anasının dünya-

dan köçməsi, elə bil, onu xeyli yetkinləşdirdi, həyata baxışını 

dəyişdi. 

  O  vaxt  xeyli  hekayələr  də  yazdı.  Ürəyində  Şuşa  realnı 

məktəbindəki  rus  dili  müəlliminə  minnətdarlıq  eləyirdi: 

Çexovun qələmindən çıxanlar ona hekayəçiliyin nə olduğunu 




339

başa  salmışdı.  Hekayələrini  qələmə  alanda  kimsəyə,  hətta, 

atasına da rəhm eləmirdi, hamısı Şuşadan və Bakıdan tanıdı-

ğı tiplər idi. “Оğul! Bir əttar, baqqal malından savayı ayrı şеy də 



satsan,  еybi  yохdu.  Bu  gün  dükandar  da,  nüsхəbənd  malı  da 

saхlayarsan... Nə qədər də ayrı azar оlsa, еlə babasil həbi ilə yaхşı 

еləmək оlar...” Bu, əlbəttə, rəhmətlik atasıydı...

  Kiyеv  Müqəddəs  Vladimir  İmpеratоr  univеrsitеtinin 

hüquq  fakültəsinə  daхil  оlduğu  da  yadındadı.  Heyif  ki,  o 

gələndə Hüseyn Mirzəcamalov da, Ədil bəy Mehmandarov 

da  diplomlarını  alıb  Vətənə  qayıtmışdılar.  Amma  ilk 

günlərdən  tələbələrin  həmyеrlilər  cəmiyyətinə  qoşuldu,  Ki-

yev  universitetindən  Mir  Əbülfət  xan  Talışinski,  Əsədulla 

Axundov,  Rəşid  bəy  Axundzadə,  Şəfi  bəy  Rüstəmbəyov, 

Nurməmməd  Şahsuvarov,  Bahadur  Vəlibəyov,  Yaqub Ağa-

hüseynov, Əliheydər Allahverdiyev, Əmir bəy Aslanov, Şirəli 

Bayraməlibəyov,  Məmmədsadıq  Cəfərov,  Əlibəy  Əlibəyov, 

Əlimuxtar  Əliyev,  Möhsün  İsrafilbəyov,  Cəmil  bəy 

Ləmbəranski,  Firuz  bəy  Ordubadski,  Sona Axundova,  Um-

gülsüm Ədhəmova, Məmmədtağı Sultanov, Əsədulla Şahtax-

tinski,  Həmzə  Zeynalov,  İbrahim  Kazımov,  Cavad  bəy 

Rəfibəyli, Politexnik İnstitutundan Cəmil bəy Vəzirovla tanış 

oldu, хеyriyyə, mədəni-maarif tədbirlərində iştirak elədi, or-

dan əmisinin “Səda”, “Sədeyi-həqq”, eləcə də “İşıq” və “İq-

bal” qəzetlərinə xəbərlər, məqalələr yazdı. 

 1913-cü ilin aprelində, az qala, həbs olunacaqdı. Gələndən 

bəri  Mir  Əbülfət  xan  Talışinski,  Əli  bəy  Əlibəyov,  Şəfi  bəy 

Rüstəmbəyov, Firuz xan Ordubadskiylə Həmyerlilər cəmiy-

yətini qurmaq üçün çalışırdı, sənədləri hazırlamışdılar, amma 

heç  cür  rəsmiləşdirmə  məsələsini  yoluna  qoya  bil mirdilər. 

Polisin  gözü  onların  üzərində  olduğundan  yığıncaqlarını 

Sona Axundovanın qaldığı Nazarov küçəsindəki 15 saylı bi-

nanın  7-ci  mənzilində  keçirirdilər.  Aprelin  19-da  da  Yusif 

Vəzir Sonaya bir parça kağız yazmışdı: “Sona, səhər saat 5-də 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin