nitqindən mən belə bir qənaətə gəldim ki, – sonra yazacaqdı, –
Hacı öz var-dövlətini müsəlmanların savadlanması yolunda qurban
verməyə hazır olan qatı millətçidi. Var-dövlətini üfunət və çirkab
içində qazanan, həmin var-dövləti kasıb uşaqların tərbiyəsinə
xərcləyən insan təmiz şəxsiyyətdi...”
O qış günlərinin birində də heç gözləmədiyi zərbə aldı:
bədxahlarından kimsə İsrafil bəyə çatdırmışdı ki, Yusif
Vəzirov imkanlı ailənin uşağıdı, təqaüdə ehtiyacı yoxdu.
Aydəmirov də məsələni araşdırmamış onun təqaüdünü
kəsmişdi.
Belə vəziyyətdə son çarəyə əl atdı – Şuşadakı kimi
dərslərində axsayan uşaqlara dərs verməyi sınaqdan keçirdi.
Xoşbəxtlikdən bu arzuda olanlar tapıldı, əlinə ayda iyirmi
manat gəlməyə başladı. Bu pulla bir qarnı ac, bir qarnı tox
yaşamaq olardı, amma qorxurdu ki, imtahanlaracan tamam
zəifləyib əldən düşsün.
Elə bu vaxt da yadına “Leyli və Məcnun”un premyerasın-
da Ceyhun bəyin tanış elədiyi Bəşir bəy Aşurbəyov düşdü.
Bəxtini çağırıb yanına getdi, vəziyyətini danışıb gömək istədi.
Bəşir bəy comərd adammış, Aydəmirovun əməlindən xəbər
tutub ona ayda iyirmi beş manat təqaüd kəsdi. Bunu eşidəndə
sevincindən göz yaşlarını saxlaya bilmədi.
Amma nə sirdisə, uğursuzluq yaxasından əl çəkmirdi. 9
Yanvar Qanlı Bazar Gününün üçilliyini bəhanə gətirən
333
şagirdlər bir gün dərsə getməkdən boyun qaçırmış,
müdiriyyət də bundan qəzəblənib altıncı və yeddinci siniflərin
bağlanması barədə qərar vermişdi. Əlbəttə, həmişəki kimi,
Mir Həsən etirazın əsas təşkilatçılarından biriydi, tutduğu
işdən də vəcdə gəlmişdi. Belə bir vaxtda məktəbin nəzdindəki
axşam kursuna yazılıb imtahanlara ekstern yoluyla hazırlaş-
maqdan başqa əlacı qalmamışdı.
Bununla belə, Allah üzünə baxdı, martın əvvəllərində
sinifləri təzədən açdılar. O günün sevincini ilk sevgi duyğusu
kimi xatırlayırdı.
İki ay sonra imtahanlara hazırlaşmaq üçün buraxılanda
Aşqabada getmək fikrindən daşındı: indi ora od tutub yanır-
dı; yəqin yeznəsigil Füruzə yaylağına gedə bilməyəcəkdilər
– imkanları yox idi. Şuşaya getmək ondan ötrü ağrıdan başqa
bir şey gətirməyəcəkdi – yiyəsiz yurd yerinin vəziyyətini gö-
rüb könlü qubar eləyəcəkdi. Ona görə də Bakıda qalıb hazır-
laşmaqdan başqa əlac yox idi.
Həyatın ağrı-acılarıyla rastlaşdıqca yaşam haqqında
düşüncələri də nizama düşürdü. Rəhmətlik atası da mövhu-
matçı olmamışdı, namaz qılmır, məscidə getmir, mollalarla
oturub-durmurdu, hətta bəzi söz-söhbətlərinə görə camaat
onu allahsız kimi tanıyırdı. Yusif də xasiyyətdə ona oxşama-
ğa başlayırdı. Atası Ağdamda olan vaxtlar onun əvəzinə
xeyrə-şərə gedir, savadsız mollayla rastlaşanda mütləq
mübahisəyə girişirdi. Bu səbəbdən Aşqabada gedəndə anası
bərk-bərk tapşırmışdı ki, bax, qıraq ölkəyə gedirsən, orda
dinə qarşı bir şey danışıb özünü çətinliyə salma, mənə yazı-
ğın gəlsin.
Elə o vaxt da dünya və mövcudluq haqqında düşüncələrini
kağıza köçürürdü: “Allah elə varlıqdı ki, ona izah və ad vermək
olmaz. O bədən deyil, şəxsiyyət deyil, əşya deyil, hamıdan fərqlənən
bir şey də deyil, O – sonsuzluqdu...” Bu inamla da ibadətə başla-
mışdı. Səhər obaşdan qalxır, həyətdəki buzlu suyla dəstəmaz
alır, çat-çat olmuş qollarından qan axa-axa namaz qılırdı.
334
Onda həyatdakı çətinliklərin öhdəsindən ibadət zamanı axıt-
dığı göz yaşlarıyla gəlməyə çalışırdı. İki il beləcə davam elədi,
sonra yeni fəlsəfəylə rastlaşdı, başqa yol tutdu.
Haşım bəy Hacı Zeynalabdinin köməyilə 1907-ci il aprelin
1-dən “Tazə həyat” qəzetini nəşr eləməyə başlamışdı. Milli
dəyərlərə üstünlük verən yazılar çap elədiyinə görə Mirzə
Ələkbər Sabir, Məhəmməd Hadi, Süleyman Sani Axundov,
Tağı Şahbazi, Məmməd Səid Ordubadi, Əliabbas Müznib...
onunla əməkdaşlıq eləyirdilər. Yusif Vəzir hər dəfə qəzetin
redaksiyasına baş çəkəndə o məşhurlardan kiminləsə rastla-
şır, qəlbindən gələcəkdə qəzetçi olmaq istəyi də keçirdi...
“Molla Nəsrəddin” məcmuəsində Şuşa pirlərini tənqid
eləyib başına iş açdığı yadındadı. Onda Şuşada, Aşqabadda
və Bakının Hacıağa karvansarasında yaşayan qarabağlılar
qəzəblənib dalbadal söyüş, təhqir, hədəylə dolu məktublar
göndərdilər, ondan məcmuə vasitəsilə üzr istəməyi tələb
elədilər, əks halda öldürəcəklərini bildirdilər. Yusif də bərk
qorxuya düşüb Haşım bəydən kömək umdu: “İndi mən böyük
Dostları ilə paylaş: |