65
nədənsə hər şeyin yaxşı olacağına inanırdı. Sonra Parisdən
gözlədikləri xəbəri aldılar: Azərbaycanın müstəqilliyi tanın-
mışdı! Bu xəbəri Zeynal bəydən eşidəndə əzaları boşaldı,
elə bil illərin yorğunluğu bir andaca vücudunu qapladı.
Fikrincə, bu hər şeydən əvvəl, məmləkətinin qırmızı istila-
dan qoruyacaqdı.
“Təbii ki, ziyafət verməliyik, Yusif bəy, – Zeynal bəy bı-
ğaltı məmnun-məmnun gülümsəyirdi. – Məncə, belə bir
bayram üçün Bakıdan təlimat gözləməyə ehtiyac yoxdu...”
“Haqlısan, – həmişə həyəcanlananda olduğu kimi, bığı-
nın sağ ucunu burmağa başladı, – illər boyu gözlədiyimiz
gün gəldi. Sabahdan bu məsələyə məşğul olarıq...”
“Yəqin, millətimizin dostları sabahdan təbrik üçün
gəlməyə başlayacaqlar, – Cahangir bəy işgüzar görkəmlə
bildirdi, – hazırlıqlı olmalıyıq”.
“Mirzə Qədir ziyafətə dəvət olunacaq qonaqların siyahı-
sını hazırlayar...” – Heç olmasa, belə əziz gündə Mirzə
Qədirin üzündə sevinc əlaməti görmək arzusuyla dönüb
ona baxdı:
“Əlbəttə, əlbəttə, – Mirzə Qədir əl-ayağa düşdü. – Sabah
erkəndən bu işlə məşğul olaram”.
...O axşam evə getmək istəmirdi. Cahangir bəy və Zey-
nal bəylə meyxanaların birinə üz tutdular, nə vaxtdan bəri
ilk dəfə asudə oturub millətin, istiqlalın, gələcəyin sağlığına
badə qaldırdılar, sonra yüngül şaxtalı qış havasını ciyərlərinə
çəkə-çəkə uzun-uzadı küçələri dolaşdılar, dikdirə qalxıb Bo-
ğazın sularına baxdılar. Nədənsə həmin məqamda Maltada
sürgün həyatı yaşayan Əhməd bəyi xatırladı, bu xəbəri
eşidəndə necə sevinəcəyini, hətta ola bilsin, göz yaşı axıda-
cağını təsəvvüründə canlandırdı. Ötən müddət ərzində ona
iki məktub yazmış, hər məktubla da öz məvacibindən bir
qədər xərclik göndərmişdi. Məktubların və pulun ünvana
çatıb-çatmadığından xəbər tuta bilməmişdi, amma çətin
günlərdə bacardığını əsirgəmədiyinə görə təsəlli tapırdı.
66
Bir də fikrində tutdu ki, imkan tapıb Gürcüstan nümayən-
dəliyinə təbrik üçün getməlidi...
...Səfarətin iri salonunda qarşılaya biləcəkləri qədər –
otuza yaxın qonaq dəvət eləmişdilər. Heyət üç gün durub-
dincəlmədən çalışıb hər şeyin nizam olmasına çalışmışdı.
Heç olmasa, bir dəfə qənaət fikrini beynindən çıxarmışdı –
Cümhuriyyətin elanı gününədək bundan əziz bayram ol-
mayacaqdı.
Xariciyyə nazirliyinin, müttəfiq qüvvələri komandanlığı-
nın, elçiliklərin nümayəndələri, din xadimləri təbriklərini
çatdırır, arzularını bildirirdilər...
Çoxdandı belə nitq söyləməmişdi; elə həyəcanla danışdı
ki, aradabir səsinin titrədiyini də hiss elədi...
Bir neçə gün sonra “Türk ocaqları” dərnəyi də İstanbul
Universitetində mərasim keçirdi. Həmin mərasimə dəvət
alsa da getməyi məsləhət bilmədi: Osmanlı dövlətinin hələ
də Bakıda səfarət açamasına etirazını belə bildirdi...
Elə o günlərdə də əlinə ermənilərin fransızca buraxdığı
“Renesans” qəzeti keçdi. Qəzet iddia eləyirdi ki, “Arşın mal
alan”ı yazan ermənidi. Bundan çox mütəəssir oldu, götürüb
Üzeyir bəyə məktub yazdı, israr elədi ki, əsərlərinin notunu
çap etdirib ona göndərsin, səfarətin xərcinə təcili Avropada,
həm də Amerikada belə nəşrinə çalışacaq...