“YALQIZ”.
Roman. 2006.
80-ci illər ədəbi nəslinə elegiya olan
«Yalqız» roman-assosiasiyasında obraz-
ların adı yoxdur. Roman bütün insan-
lardan uzaq qaçan, öz aləmi, dünyası
olan yaradıcı insanın üçgünlük yaşantı-
larından ibarətdir. Gen dünyada tək-
tənha olan həmin insanın, əslində,
ətrafdakı insanlardan cidd-cəhdlə
gizlətdiyi, qoruduğu, kimsəni kanda-
rından içəri buraxmadığı şəxsi həyatı
var imiş. Bu həyatda ancaq öz qanunları ilə yaşayarmış.
Roman 2010-cu il Milli Kitab Mükafatının onluğuna düşüb.
«YOLSUZ”.
Roman. 2011
“Yolsuz” özünəməxsus psixoloji araş-
dırmadır. Müəllif bu romanında da son
illərdə qələmə aldığı hekayələrində ol-
duğu kimi qəhrəmanlarının mürəkkəb
mənəvi yaşantılarını təsvir edib.
Mənəvi özünəqəsddən cismani
özünəqəsdə aparan yol hansı
mərhələlərdən keçir? İnsan ömür ad-
landırdığı yolun hara apardığını bilir-
mi? Əsərin qəhrəmanı psixoloq-yazıçı
bu suallara cavab axtara-axtara... roman yazır. O, əslində
“mənəvi qətl”i araşdıran detektivdir.
“Yolsuz” romanı psixoloji situasiyaların gərginliyi və
təfərrüatın dolğunluğu ilə diqqət çəkir.
Roman 2011-ci ildə Milli Kitab Mükafatını qazanıb.
603
“YOLÇU”.
Roman. 2013.
O yeddi yaşınacan çarvadar
Nüsrəddinin oğlu Yusif, on dörd yaşınacan
özündən ixtiyarsız İosif Eliqulaşvili, otuz
yaşınacan Jozef Qrenyö, qırx doqquz yaşı-
nacan Cozef Tiflisi, ondan bəri Mirzə Yusif
Tiflisi olan Allahın həqir bəndəsi, Dar-üs-
sürurlu, yəni Tiflis-ül-əsl kimsədir...
O Güney Batı məmləkətlərindən,
Firəngistandan, Venesiyadan, İstanbuldan,
Anadolu çöllərindən, Konyadan, Bağdad-
dan, Ərzurumdan, Qarsdan, Nəqşivandan, Rəvandan, Ərdəbildən,
Təbrizdən, Qəzvindən, İsfahandan, Muğandan… keçən yolçudur...
“Yolçu” romanı oxucunu tariximizin fırtınalı bir dövrünə –
XVIII yüzilin birinci yarısına aparır, onu sevgi, nifrət, xoşbəxtlik,
fəlakət, işıq, zülmət qarşıdurmasının dolanbaclarına salır.