Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə170/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   167   168   169   170   171   172   173   174   175
ayrıcında  İslam”  kitabını  qələmə  aldı,  İslam  haqqında 

düşüncələrini ortaya qoydu. Ardınca “İslam da idarəetmə for-



ması” kitabını araya-ərsəyə gətirdi, illər boyu araşdırdıqlarını 

oxucuya çatdırdı...

 Bu kitabların sayəsində də Qahirə universitetinin profes-

soru seçildi...

 

***


 ...Bütün bunlar həyatının başlıca missiyasına hazırlıq idi: 

Muhəmməd  Əsəd  Qurani-Kərimin  təfsirinə  girişmək 

istəyirdi;  Müqəddəs  Kitabdakı  yəhudilərlə  bağlı  ayələri 

təzədən şərh eləmək fikrindəydi. Sanballı “Quranın ismarışı” 

tədqiqatı onun bu aləmə son sözü olacaqdı...

 “Quran bütün yaşlardan olan adamlar üçün yaradıldığına görə 

hər yaşda olanlar üçün ona yeni münasibət zərurəti doğurur. Bilik 

və dünyagörüşümüzü artırmaq üçün Quranda yeni mənalar axtar-

maq bizim vəzifəmizdi. Quran da ağlın həmişə fəal və Allahın isma-

rışına münasibətlə fəaliyyət göstərməsini tələb eləyir. Allah bu kita-

bı özünü düşünən insanlar üçün göndərib”, – təfsirin yazılması-

nın məqsədini belə izah elədi... 

  Təfsirin  sifarişçisini  də  tapdı:  Məkkədəki  “Rabitatül-

Aləmil-İslam”  mərkəzi  əsərin  yazılmasına  və  nəşrinə  pul 

ayırdı,  kitab  yüz  min  nüsxəylə  nəşr  edilib  Avropadakı 

müsəlmanlara paylanacaqdı. Amma ilk cildi Cenevrədə çap 

olunandan sonra Mərkəz səkkiz nəfərdən ibarət səriştəli ko-

missiya yaratdı ki, əsərə rəy versin.




596

 Heyətin qərarısa gözlənilməz oldu: kitabı yaymaq olmaz, 

zərərlidi,  nəşr  olunmuş  yüz  min  nüsxə  məhv  edilməli, 

Muhamməd Əsəd aldığı məbləği geri qaytarmalıdı. 

 Bu da azmış kimi, elə həmin günlərdə təfsirin bir vaxtlar 

tabeliyində çalışdığı şəxsin – Pakistanın sabiq xarici işlər nazi-

ri Zərifulla Xanın araşdırmalarına həddən artıq çox bənzədiyi, 

Muhamməd Əsədin Həzrəti Peyğəmbərin ilahi mözcüzələrinə 

şəkk  gətirdiyi,  bir  çox  ayələri  şərhində  “Tövrat”a  istinad 

elədiyi,  qəsdən  xristianlar  və  yəhudilərlə  bağlı  ayələrin 

mənasını  dəyişdirdiyi,  mələklərlə  cinləri  eyniləşdirdiyi 

barədə şayiələr dolaşmağa başladı...

 Amma Muhamməd Əsəd komissiya üzvlərini eşitməkdən, 

şayiələri diqqətə almaqdan boyun qaçırdı, üstəlik, kitabı Dar-

ül-Əndəlüsdə çap etdirib yaydı. Sonra onun kitabı möminlərin 

və  ilahiyyatçıların  daimi  mübahisə  hədəfinə  çevrildi. 

Muhamməd Əsədsə uzaq İspaniyada könül rahatlığı içində 

öz həyatını yaşayırdı...

***

 ...Bütün bunlar çox-çox əvvəllər olmuşdu, amma hələ də 



qocanın yadındaydı...

  ...Boz  pencək,  tünd  rəngli  şalvar,  qəhvəyi  köynək  geyib 

qara qalstuk bağlamış, qara çərçivəli eynək taxmış, arxaya da-

radığı,  irəlidən  seyrəlmiş  saçı,  çənəsində  qısa  tüklü  saqqalı 

olan  qocanı  tez-tez  şəhərciyin  küçələrində  görmək  olardı. 

Gündə  bir  neçə  saat  işləyəndən  sonra  gəzintiyə  çıxıb  ötən 

günlərini xatırlamağı xoşlayırdı...

 Axır vaxtlar xatirələrinin davamını yazırdı. “Qəlbin qayıt-



ması”  adlandırdığı  kitabında  indiyəcən  gizli  saxladığı  çox 

şeyləri qələmə alacaqdı...

 İki sirrini – İslamı qəbul eləməsinin, bir də İkinci Dünya 

müharibəsinin başlanmasının əsl səbəbini indiyəcən arvadla-

rına belə deməmişdi. Haim Veysman çoxdan vəfat elədiyindən 

birinci sirr yalnız özünə məxsus idi. 




597

 İkinci sirrisə dayısı Dorian elə həmin doktor Veysmandan 

öyrənib kimsəyə açmamaq şərtilə ona söyləmişdi. Sadəlövh 

adamlar  belə  güman  eləyirdilər  ki,  Hitlerin  hakimiyyətə 

gəlməsi yəhudilər üçün fəlakətdi. Amma onu bu addımı at-

mağa yəhudi masonların vadar elədiklərini bilənlər olduqca 

az  idi.  İsrail  dövləti  qurmaq  naminə  Fələstin  torpaqları 

tədricən satın alınmışdı, say çoxluğunu təmin eləmək üçünsə 

başqa  yerlərdəki,  xüsusilə  də  Avropadakı  yəhudilər  həmin 

torpaqlara  köçmək  istəmirdilər.  Buna  görə  də  Avropada 

müharibə  başlatmaq,  qəzəbi  əsasən  yəhudilərə  yönəltmək, 

onları köçməyə məcbur eləmək zərurəti yaranmışdı. Beləcə, 

müharibənin  nəticələrindən  asılı  olmayaraq,  məqsədlərinə 

çatacaqdılar.

 Masonların bu planı Fransa və Amerikanı da təmin elə-

yirdi.  Fransa  farmasonları  artıq  ölkənin  siyasətini  müəy-

yənləşdirir,  “Böyük  İsrail  layihəsi”ni  həyata  keçirmək  üçün 

əllərindən  gələni  eləyirdilər.  Namizədləri  də  vardı:  ana 

tərəfdən yəhudi olan Adolf Hitler və səkkiz nəfər ehtiyat şəxs, 

şayiələrə  görə, Adolfun  Birinci  Dünya  müharibəsi  illərində 

tanış olduğu fransız qız Şarlotta Lobjoydan Jan-Mari adlı oğlu 

vardı,  Fürer  daim  onlardan  xəbər  tutur,  müntəzəm  pul 

göndərirdi. Sionistlərlə əlbir olan farmazonlar da bunu bilir, 

onunla təmasa keçmək üçün fürsət axtarırdılar. 

  Belə  bir  fürsət  də  yarandı:  1936-cı  ildə  Fransaya  gələn 

Adolf diş ağrısı üzündən klinikaya getməli oldu və... “Ayaqqa-



bı” adlandırılan əməliyyata məruz qaldı. Ali dərəcəli mason 

olan  məşhur  cərrah  dişini  müalicə  eləmək  bəhanəsilə  onun 

beyninə yüksək dərəcəli radiasiya yeritdi. Nəticədə Fürer kli-

nikadan çıxanda tamam başqa adama çevrildi, yarıdəli oldu, 

yaddaşı zəiflədi, daimi ağrılardan əziyyət çəkməyə başladı. 

Ağrılarının  dərmanı  da  sionistlərin  əlindəydi,  ondan 

iradələrini qəbul etdirmək üçün istifadə eləyirdilər...

 Sonra Almaniyadan və Avropadan qaçan yəhudilər ağla-

gəlməz  mütəşəkkilliklə  satın  alınmış  torpaqlarda  yerləşdi-

rildilər... 




598

  ...Uzandığı  çarpayının  üzbəüz  tərəfindəki  pəncərədən 

dağların şahanə mənzərəsi görünürdü.

  Arvadı  kresloda  yarıuzanıb  mürgüləyirdi,  bütün  gecəni 

ərinin  yatağı  yanında  keçirdiyindən  yuxusuzluq  ona  güc 

gəlmişdi...

 Qoca altmış beş il əvvəl Müqəddəs torpaqda beləcə oturub 

Elzanın həyatdan necə ayrıldığına baxmışdı...

 Münirə, yəqin, qocalıb, hərdən yaddaşında onun görkəmini 

tapıb çıxarmağa çalışır – aradan, az qala, qırx il ötüb...

  Sonra  yuxu  əhvalatını  xatırladı:  “Günbatanın  ən  axırıncı 

şəhəri...”

 “Hər halda, yaxşı əfsanədi. Əfsanələr elə bu cür yaranır-

mış”, – qoca beynindən keçirdi.

 Qəfildən aləm qaranlığa büründü, qışqırmaq istədi, amma 

səsi çıxmadı...

 Arvadısa hələ yatırdı...

 Bir neçə gündən sonra onu kiçik Marbella qəbiristanlığında 

dəfn  elədilər.  Başdaşında  da  öz  arzusuyla  Qurani-Kərimin 

“Fəcr” surəsinin son ayəsini yazıldı: “Cənnətinə qayıt”... 

 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin