III FƏSİL
CÜMHURİYYƏTİN XİDMƏTİNDƏ
Yusif Vəzir
İstanbul
Oktyabr 1919-yanvar 1920-ci illər
...Cümhuriyyət asanlıqla qurulmurdu, dağılan imperiya-
nın bir guşəsində araya-ərsəyə gəlirdi. Yusif Vəzir yenicə
ayaq üstə qalxmağa çalışan dövlətin çətinliklərini başa dü-
şürdü. Ölkənin qərbində narahatlıq vardı, erməni-daşnak
dəstələri Osmanlı dövlətinin düşdüşü vəziyyətdən, yaran-
mış qarmaqarışıqlıqdan istifadə eləməyə, ərazilər qoparma-
ğa can atırdılar, yenicə yaranmış ordu o səmtdə ağır
döyüşlər aparmaq məcburiyyətində qalmışdı. Amma bu
çətinliklər Cümhuriyyətin xarici siyasətini gözardı eləmək
üçün səbəb ola bilməzdi. Bir çox vacib məsələlər burda, İs-
tanbulda həll olunurdu, o da altına girdiyi yükün ağır oldu-
ğunu dərk eləyir, üzərinə düşənləri vicdanla yerinə
yetirməyə can atırdı...
...O payız günlərinin birində etimadnaməsini hələ ki,
xariciyyə naziri kreslosunda oturan Mustafa Rəşid Paşaya
56
təqdim elədi. Təqdimat mərasiminə Cahangir bəylə getmiş-
di, Mustafa Rəşid Paşayla görüşü də cəmi on beş dəqiqə
çəkdi. Xariciyyə naziri şıq Avropa qiyafəsi geymiş otuz yaş-
larındakı cavana təəccüb, bir qədər də qibtəylə baxdı, proto-
kol qaydalarına uyğun nəzakətli sözlər deyəndən sonra fik-
rini gizlətmədi.
“Gənc dövlətin gənc diplomatını görmək məni sevindir-
di. Ümidvaram ki, gələcəkdə daha uca məqamlarda
əyləşəcəksiniz...”
“Məndən ötrü dövlətimi və millətimi təmsil eləməkdən
uca məqam yoxdu”, – Yusif Vəzir hiss elədi ki, səsi vüqarlı,
bir qədər də təntənəli çıxdı, narahat olub havanı yumşalt-
maq istədi.
Amma xariciyyə nazirinin fikri uzaqlardaydı, yəqin ki,
tənəni heç duymamışdı. Basılmış, küncə sıxışdırılmış, gün-
doğandan-günbatanacan təhdid altında olan, yabançıların at
oynatdığı məmləkətin xariciyyə naziri olmaq ondan ötrü də
asan deyildi. Vidalaşanda vəziyyətindən utanmış halda əlini
uzadıb müsahibinin gözlərinin içinə baxmadan dilləndi:
“Gəlişiniz məmləkətlərimiz üçün xeyirli olsun, Yusif bəy.
İnşallah, asudə vaxtda sizi geniş söhbətə dəvət elərik”.
“Var gücümlə çalışacağam ki, dövlətlərimiz və hökumət-
lərimiz arasında möhkəm əlaqələr qurulsun, – dedi. – Hələ
ki, hər şeydən vacibi məmləkətlərimizdə əmin-amanlığın
bərqərar olmasıdı”.
Əlbəttə, məcburən də olsa, Britaniyanın İstanbuldakı ali
komissarıyla da görüşməlidi. Con de Rebek onu təkəbbür
və vüqarla qarşıladı, Azərbaycan elçiliyinin fəaliyyətinə
mane olmayacaqlarını söylədi. O qısamüddətli görüşdən
yaddaşında boz çalarlı gözlərin soyuq, anlaşılmaz parıltısı
qaldı.
...Payız günlərində belə yorğun, qaşqabaqlı, kədərli
görünən İstanbulun ab-havasına alışmaq çətin idi. Adamlar
düşündüklərini dillərinə gətirə bilməməyin əzabını çəkir,
57
Boğazdakı əcnəbi bayraqlı hərb gəmilərinə, küçələrdəki ya-
bançı əsgərlərə aşkar nifrətlə baxırdılar.
Elə o günlərin birində eşitdi ki, Sultan əlaltından koman-
danlarını Anadoluya göndərib qəsbkarlara qarşı müharibə
başlamaq istəyirmiş, amma onlar boyun qaçırıblar ki, dün-
yaya qarşı hərbə girmək olmaz. Hətta, özü də Anadoluya
keçmək niyyətindəymiş, ingilislər xəbərdarlıq eləyiblər – İs-
tanbulu yunanlara işğal etdirər, daş üstdə daş qoymazlar.
İşi belə görəndə Sultan Mustafa Kamal Paşanı saraya çağı-
rıb “Paşa, – deyib, – indiyə qədər dövlətə çox xidmət elədin.
Bunları unut. Əslində, indi yerinə yetirəcəyin xidmət hamı-
sından mühüm ola bilər. Dövləti qurtara bilərsən”. Sonra
Mustafa Kamalı Doqquzuncu Orduya müfəttiş göndərib,
onun bu addını da müttəfiq qüvvələri komandanlığının
bərk narazılığına səbəb olub; Sultan təzyiqlər qarşısında Pa-
şanı geri çağırsa da, razılaşdıqları kimi, Mustafa Kamal ça-
ğırışları qulaqardına vurur, güneydə yunanlara, günbatan-
da ermənilərə qarşı müqavimət hazırlamaqla məşğuldu.
Az sonra Ankara heyətinin də Paris konfransına dəvət
olunması barədə xəbər çıxdı. Belə görünürdü ki, böyük
dövlətlər əldən düşmüş imperiyanı bölüşdürmək planlarını
gerçəkləşdirməkdə qərarlı olsalar da, bunu Sultanın əlilə
həyata keçirməyə çalışırlar.
***
...Səfarətin işləri az-çox yoluna düşmüşdü. Bakıdan
təlimat gözləmək, digər dövlətlərin elçilərilə əlaqələr qur-
maq, Parisə yollanan heyətdən xəbət tutmaq, taleyin ucba-
tından bura gəlib çıxan, köməyə ehtiyacı olan adamlara
əllərindən gələn yardımı göstərmək lazım idi. Sıxıntısı yal-
nız maddiyyətlə bağlıydı, nə qədər qənaət eləsə də, ayrılmış
vəsait sürətlə azalırdı, belə getsəydi, il başa çatanacan Bakı-
dan pul istəməli olacaqdı. Kuryer Məmmədağayla göndər-
diyi məktubda vəziyyəti xariciyyə nazirinə müfəssəl yaz-
58
mış, üstüörtülü də olsa, buna işarə vurmuşdu, ancaq ətraflı,
əsaslandırılmış məktub da lazım idi ki, xariciyyə nazirini
də, hökumət başçısını da inandıra bilsin.
Gələndə qardaşı Mir Abdulladan nigaran qalmışdı. On
beş il əvvəl Mir Əbülhəsəni itirəndən sonra bütün mehrini
Miri çağırdıqları qardaşına salmışdı. Səhhətcə zəif, amma
ağıllı, tərbiyəli, sakit xasiyyətli Mirinin təhsil alması, layiqli
həyat qurması bəlkə də ən böyük arzusuydu. Yola düşmə
ərəfəsində xəbər tutmuşdu ki, hökumət Rusiyada, Almani-
yada, Fransada, İtaliyada, Osmanlıda təhsil almaq üçün yüz
nəfər gənc göndərmək barədə qərar qəbul eləyib. Mirini
həmin tələbələrin sırasında görmək sonsuz xoşbəxtlik olar-
dı. Görünür, kuryeri Bakıya bir də göndərməli olacaqdı,
həm maddi məsələlərə aydınlıq gətirərdi, həm də Mirinin
təhsililə bağlı məsələni yoluna qoyardı.
Xərcləri nəzərə alıb səfarətdəkilərin mümkün qədər
yaxında yerləşmələrini tövsiyə eləmişdi ki, faytonsuz gəlib-
gedə bilsinlər. Özü də yüz franka mənzil kirayələmişdi.
Mənzil sahibi qadın yeniyetmə oğluyla birgə xidmətində
dururdular: silib-süpürür, yeməyini hazırlayır, paltarını
təmizləyir, xırda-para buyruqlarını yerinə yetirirdilər. Qo-
naq otağının bir küncündə üzü pəncərəyə yazı masası qo-
yub özüylə gətirdiyi kitablarını, yazı dəstini üstünə yığmış-
dı. Hər gün yatmazdan qabaq masaya həsrət-həsrət baxır,
yazmaq üçün əli gicişirdi. Amma hələ ki, səfarətdə iş başın-
dan aşırdı, vacib məsələləri yoluna qoymamış yaza bilmə-
yəcəkdi.
Səfarətə bircə xidmətçi götürə bilmişdi: Qamət Əfəndi
sakit, abırlı adam idi, təmizlik işlərinə də baxırdı, qəhvə də
dəmləyirdi, xırda-para buyruqları da yerinə yetirirdi,
üstəlik, kuryer olmayanda onun işlərini də görürdü. Əslən
Qafqaz çərkəzlərindən olan Qamət Əfəndinin aradabir
zümzümə eləməyi də vardı, amma zümzüməsində elə dö-
zül məz nisgil duyulurdu ki, ürəyi, az qala, parça-parça
59
olurdu. Nədənsə həmin məqamda Şuşanı, doğmalarını, sev-
diyi qadınları, illah da Asiyanı xatırlayırdı.
Asiya... O vaxt özündə cəsarət tapsaydı, bəlkə, İstanbula
ailəsilə gələcəkdi, məktəb yaşlı oğulları da olacaqdı...
...Kuryer Məmmədağa noyabrın axırında qayıdıb
xariciyyə nazirindən təlimat, Mir Abdulladan məktub, Bakı-
dakı vəziyyətdən xəbər gətirdi. Bakıdakı vəziyyətdən xəbər
tuturdular, demək olar, hər həftə gəmiylə kimsə gəlirdi,
Mirzə Qədir adəti üzrə Batum-İstanbul gəmilərini qarşıla-
mağa çıxır, kimlərləsə rastlaşır, öyrəndiklərini danışırdı.
Xariciyyə naziri təlimatında millətçilərin fəaliyyətini izlə-
məyi, mümkün olanda onlarla təmas qurmağı tövsiyə
eləyirdi, görünür, artıq gerçəkliyi onlar da başa düşürdülər.
Bakıya gələn Miri hələ avqustda göndərdiyi məktubunda
yazmışdı ki, sağ-salamatdı: hökumət xaricdə təhsil almaq
üçün tələbə seçmək məqsədilə komissiya yaradıb; komissi-
yanın sədri Məmməd Əmin Rəsulzadə, üzvləri Əhməd bəy
Pepinov, Qarabəy Qarabəyov, Mehdi bəy Hacınski, Abdulla
bəy Əfəndizadədi, bəlkə, birinə məktub yazasan, məni də
siyahıya salsınlar, çox oxumaq istəyirəm; sonra əlavə
eləmişdi ki, Aslan da oxumaq arzusundadı, kimyanı gözəl
bilir, ona görə də saqqal tərpət.
Əlbəttə, saqqalı yox idi, amma iki cavanın arzusunu
yerinə yetirmək üçün ağız açardı. İnanırdı ki, Mirinin də,
Haşım bəyin nəvəsi Aslanın da savadı Berlin, Paris, elə İs-
tanbulda, Peterburqda, Romada oxumalarına imkan verir.
Aslan bəy Peterburq Dağ-Mədən Akademiyasında oxuyur-
du, fevral çevrilişindən sonra atasının məsləhətilə təhsilini
yarımçıq qoyub Bakıya qayıtmalı olmuşdu. İkisi də fransız
dilinə meyilliydilər, bəzən öz aralarında fransızca şeir
söyləyirdilər. Komissiya üzvlərinin hamısını tanıyırdı, kimə
məktub göndərsəydi, cavanları diqqətdən kənarda qoymaz-
dı, amma Məmməd Əmin bəyə üz tutsaydı, daha məntiqli
olardı, əvvəla, firqə rəisiydi, ikincisi, onu digərlərindən
60
daha yaxşı tanıyırdı. Son seçimə az qalırdı, gecikmək ol-
mazdı...
Onda məktub yazıb Məmməd Əmin bəydən Mir Abdul-
la Vəzirov və Aslan bəy Vəzirovla diqqət göstərmələrini,
digər iddiaçıların haqqını tapdalamadan onların savadını
dəyərləndirməyi xahiş eləmişdi; Mir Abdullaya da yazmışdı
ki, işdi-şayəd, komissiyadan keçsən, yəqin, yolunuz İstan-
buldan düşəcək, onda şübhəsiz, görüşərik, sən özünə fikir
ver, xəstələnmə, yoxsa Parisə gedə bilməzsən. Miridən aldı-
ğı son məktubda da komissiyadan keçdiyini oxuyub əməlli-
başlı sevinmişdi, axır ki, qardaşının taleyinə əhəmiyyətli
təsir göstərə bilmişdi.
Bir həftədən sonra kuryer Bakıya üç məktubunu aparır-
dı. Xariciyyə nazirinə səfarətin maddi vəziyyətilə bağlı
ətraflı hesabat yazmış, ili başa vurmaq üçün ən azı iyirmi
beş min franka ehtiyac olduğunu bildirmişdi; həm də yaz-
mışdı ki, tarixən Vatikanla məmləkətimiz arasında xoş
münasibətlər olub, indi həmin münasibətləri daha da
dirçəltmək lazımdı. Buna görə də hökumət dünya savaşını
dayandırmaq üçün çox çalışmış, türklərin dostu kimi tanı-
nan Papa XV Benediktə İstanbulda heykəl ucaltmaq üçün
maliyyə ayırsa, bunun çox faydası dəyər; Məmməd Əmin
Rəsulzadəyə cavanların arzusunu nəzərə aldıqlarına görə,
təşəkkürünü çatdırmışdı; Mir Abdullayasa səfərə və təhsilə
ciddi hazırlaşmağı məsləhət görmüş, tezliklə görüşəcəklərinə
ümidvar olduğunu yazmışdı.
Həmin məqamda hadisələr o qədər sürətlə cərəyan
eləyirdi ki, camaat həyacana gəlirdi. Fransızlar Adananı,
ingilislər Kilis, Urfa, Maraş, Antepi, italyanlar Antaliyanı
tutmuş, yunanlar İzmirə çıxmışdılar, yenə Aya Sofya
ətrafında mübahisələr qızışmışdı. Mustafa Kamal Paşa
Ərzu rumda və Sivasda millət vəkillərini yığıb məmləkəti iş-
ğaldan qurtarmağın yollarını arayırdı.
O günlərdə kimsə səfarətxanada oturmurdu. Cahangir
bəy də, Zeynal bəy də, Mirzə Qədir də limana, qəhvəxanalara,
61
çarşı-bazara üz tutub camaatın arasında dolaşır, səfarət-
xanaya bir yığın xəbərlə qayıdırdılar. Özü də axşamlar pay-
piyada Sultanəhməd Camesi tərəfdə dolaşmağı, Boğazın
mənzərəsinə baxmağı, At Meydanı tərəfdəki qəhvəxanaların
birində əyləşib danışılanlara qulaq verməyi adətə çevirmiş-
di. Axşamlar ev sahibəsi Xeyriyyə xanım oğlu Sübhini
göndərib kirayənişinini yeməyə çağırır, ya da qəhvə istəyib-
istəmədiyini öyrənirdi. Belə vaxtlarda qəhvə içə-içə yazı
masasının üstündə qalaqlanmış kitabları vərəqləyir, yazmaq
məqamının nə vaxt yetişəcəyi barədə düşünürdü.
Bu gedişlə kuryer Bakıda xeyli ləngidi. Payız köçünü
çəkib getdi, qış girdi. O günlərin birində yazmaq ovqatının
qarşısıalınmaz duyğuya çevrildiyini dərk elədi...
Nədənsə o axşamlarda realnı məktəbdə oxuyan vaxt yaz-
dığı “Sonuncu busə” hekayəsinin əlyazmasını tez-tez götü-
rüb göz gəzdirir, fikrində hadisələrin miqyasını artırır, ro-
mana çevirirdi. Qardaşı Mir Əbülhəsəni, beş il sonra atası
Mir Babanı itirəndə Şuşada erməni qətlləri başlamışdı, o
vaxtda anası Mir Abdullanı və dörd qızını götürüb Aşqaba-
da qaçmalı olmuşdu. Həmin ilin yay tətilində ailəsinə baş
çəkmək üçün getdiyi şəhər könlündə vəlvələ yaratmışdı.
Qızlar məktəbində oxuyan zərif, gözəl, xəyalpərvər yəhudi
qızı Berta Moiseyevayla tanışlığını, hələ tamam dərk eləyə
bilmədiyi duyğularını gündəliklərində təsvir eləmişdi.
O yazını da gürcü Boris Seretelinin Naniyə sevgisindən
söhbət açan gündəlik kimi qələmə almışdı. Amma Bakıda
qaldığı müddətdə şahidi olduğu hadisələr hekayədə təsvir
elədiklərinin miqyasını genişləndirməyə təhrik eləyirdi. Bir
də neçə illər əvvəl “Qurban” adlı hekayəsinin qeydlərini
aparmışdı. Yolsuz oğul barədə yazacaqdı; ata öz ailəsinin
şərəfini xilas eləmək üçün oğlunu öldürəcəkdi. Belə bir
hadisə İçərişəhərdə baş vermişdi, olub-keçənlər xeyli bey-
nində dolaşdı, amma sonra ortaya Peterburq, Kiyev, yeni
təəssüratlar, yeni mövzular düşdü.
62
***
Kuryer Bakıdan yaxşı xəbərlərlə, amma az məbləğlə dön-
müşdü. Yaxşı xəbər bu idi ki, Mir Abdullayla görüşmüşdülər,
Məmməd Əmin bəydən çox razılıq eləyirdi. Mirini Abdulla
bəy Əfəndizadə imtahana çəkmiş, hazırlığından çox razı
qalmışdı. Belə çıxırdı, bir neçə aya qardaşıyla İstanbulda gö-
rüşə cəkdi. Əlbəttə, Mirini burda saxlaya, həyan ola bilərdi;
amma indi İstanbulun halı hal deyildi, yaxşısı buydu, qar-
daşı çaxnaşmalardan uzaq Avropada təhsil görəydi. İstan-
bulla eyni vaxtda Bakıya da girən müttəfiq qoşunları,
deyəsən, çəkilib gedəcəkdi; Mirinin yazdığına görə, hər
şeydən belə məlum olur ki, bu tezliklə başa çatacaq.
Xariciyyə nazirliyi də cəmi-cümlətanı on beş min frank-
lıq çek göndərmişdi, əlli min frank da yeni ilin əvvəlində
ayrılacaqdı. Gerçəklik bundan ibarət idi, ayağını yorğanına
görə uzadıb yaşamalıydı. Qışın gəlməsilə səfarət binasını
qızdırmağa da bir qədər xərc gərək olmuşdu, gərək qənaəti
son həddə çatdıraydılar.
Əslində, o günlərdə hər şey müttəfiq qüvvələrin koman-
danı admiral Kaltropun hökmündəydi – bunu xariciyyə na-
zirinin məqamına gedəndə daha aydın hiss eləyirdi. Belə
məlum olurdu ki, Sultanın bütün cəfalara dözüb diqqəti
Anadoludakı millətçilərdən yayındırmaq siyasəti bəhrə ver-
mişdi. Küçədə, meyxanada, qəhvəxanada gördüyü adamla-
rın qaşqabağı yavaş-yavaş açılır, gündoğana ümidlə baxma-
ğa başlayırdılar. Cahangir bəyin qənaətinə görə, daha impe-
riyanın fatihəsi oxunmuşdu, bu xarabalığın altından başqa
məmləkət doğulacaqdı. Zeynal bəy hələ ki, böyük dövlətlərin
erməni, yunan və kürd sevdasından əl çəkəcəklərinə şüb-
həylə yanaşırdı. Mirzə Qədir, ümumiyyətlə, belə söhbət lərə
qarışmırdı, ancaq bunu deyirdi:
“Qismət, görək başımıza nə gələcək...”
Xariciyyə nazirindən aldığı təlimatla dövləti tanıtmaq
üçün yollar aramalıydı. Elə o günlərin birində bu məqsədlə
63
kitab yazmaq fikrinə düşdü. Əlinin altındakı Peterburqda,
Kiyevdə, Simferopolda, Tiflisdə, Batumda, Bakıda rastlaş-
dıqca aldığı kitablardı, əsasən ruscaydı, bir neçəsi fransızca
və almancaydı. Batumda elə limandaca yəhudi alverçidən
Nitsşenin bircildliyini almışdı, Xeyriyyə xanımın evində də
nə vaxtdansa Teofil Qotyenin kitabı tapılmışdı. Hərdən oxu-
yurdu ki, dil duyğusu kütləşməsin. Yazacağı kitabın biri
Azərbaycan ədəbiyyatından, digəri Qafqazdan, Azərbay-
canın tarixindən, coğrafiyasından, iqtisadiyyatından bəhs
eləməliydi.
Hərdən yazışmalardan, üz tutanların dərdilə maraqlan-
maqdan, gündəlik çətinliklərin öhdəsindən gəlmək üçün
əlləşməkdən yorulurdu. Fikirləşirdi ki, bir də səhv elədi,
Kiyevdə və Krımda olanda maddi təminatsızlıq ucbatından
çəkdiyi əzablardan dərs almadı. Hökumət səfarətə pul çat-
dıra bilmirdi, bu səbəbdən ən zəruri xərcləri ödəmək
məqsədilə özünü oda-közə vurmalı olurdu; abırlı geyim-ke-
çim bir yana, səfarətə gələn qonağa hörmət göstərmək, üz
tutana yardım eləmək üçün qəpik-quruş belə tapılmırdı.
Bura, İstanbula göndəriləndə o cür səhvlərin olmayacağını
düşünürdü, elə Nəsib bəy də əmin eləmişdi ki, imkan da-
xilində hər şey nəzərə alınacaq. Amma görünür, o “imkan”
müəmmalı şeymiş. Gəldiyi beş ay ərzində maddi məsələlərlə
bağlı çox şeyin dəyişmədiyini dərk elədi. Səhərdən-axşamacan
oturub xərclərə qənaət barədə düşün mək onu bezdirirdi. Axır
vaxtlar Bakıya qayıtmaq, hökumətdə bir vəzifə tutmasa da,
yenicə açılan darülfünunda dərs deyib öz yazı-pozusuyla
məşğul olmaq barədə tez-tez düşünürdü. Səfarətin işinin,
üstəlik, tabeliyində olan adamların məsuliyyətini çəkmək on-
dan ötrü ağır yükə çevrilmişdi...
İlin axırında Bakıdan kabinet dəyişikliyi barədə xəbər
gəldi: xariciyyə naziri vəzifəsinə Fətəli xan Xoyski
gətirilmişdi. Dərhal kuryeri Bakıya yola saldı: on beş min
frank ikicə aya tükənmiş, artıq borclar yığılmağa başlamış-
64
dı, heç olmasa, vəd olunan əlli min frank tezliklə göndə-
rilməsəydi, heyətin maaşları bir yana, səfarət binasının
kirayə haqqını belə ödəyə bilməyəcəkdi. Əlbəttə, hökuməti
də başa düşürdü, ayaq üstdə durmağa çalışırdılar, ilyarım-
da bundan böyük işlər görmək olmazdı. Bununla belə,
dövlətin elçisini yeddi nəfərlə taleyin ixtiyarına buraxa
bilməzdilər.
Bir il əvvəl hökumət İstanbul konfransına Azərbaycan
hökumət Əlimərdan bəyin başçılığıyla heyət göndərmişdi,
burda çoxlu görüşlər keçirmişdi. Əlbəttə, o konfransda
müstəqil erməni dövlətinin yaranmasına imkan verməmək
lazım idi, çünki təkcə Qafqazın yox, bütün dünyanın başağ-
rısına çevriləcəkdilər. Bunu hələ Bakıda olanda demişdi,
üstəlik, kağıza qeyd eləmişdi; o qeydi hələ də dururdu:
Dostları ilə paylaş: |