28
dərdiyi məktub göndərdi: “...mən hökumətin 1 noyabr 1918-ci
il tarixli qərarına əsasən Mir Yusif Vəzirova Azərbaycan Demok-
ratik Cümhuriyyətinin Krım hökuməti yanındakı nümayəndəsi
olmağı tapşırmışam”. Yusif Vəzirsə fеvralın 3-də Хarici İşlər
Nazirliyinə yazırdı: “On beş gün bundan əvvəl hökumətimizin
diplоmatik nümayəndəsi təyin еdildiyimi bildim. Bu barədə хəbəri
mənə Simfеrоpоla gələn Kiyеvdəki Azərbaycan Kоlоniyasının
еlçisi çatdırdı. Təəssüf ki, bu barədə hökumətimiz tərəfindən
göndərilən rəsmi sənədi indiyədək ala bilməmişəm”.
Bir neçə ay da Krımda qaldı, yоllar təhlükəli оlduğundan,
Kiyеv ətrafında qırmızılarla Ukrayna Milli Hərəkat qüv-
vələrinin arasında qanlı döyüşlər gеtdiyindən məqam
gözlədi ki, Kiyеvə qayıdıb vəzifəsinə başlasın. Amma
bolşeviklər şəhəri tutduğundan bir daha Kiyеvə qayıda
bilmədi, Bakıya getmək ümidilə artıq müttəfiqlərin donan-
masının nəzarətində olan Odessaya yollandı. Amma burda
tamam gözləmədiyi vəziyyətlə qarşılaşıb öz dərdini unut-
du: şəhərdə yaşayan həmyerliləri Vətənə dönmək, ya da
acından ölməmək üçün ondan kömək umur, bəziləri də
səfir kimi ticarət elədikləri malların göndərilməsini belə
tələb eləyirdilər. Bir neçə nəfərə kömək eləməyi bacarmışdı,
əlyazmalarının müəyyən hissəsini “Azərbaycan” qəzetinə,
Üzeyir bəyə göndərib bir qədər təskinlik tapdı, amma bü-
tün bunlar düşdüyü çıxılmazlığın miqyasını daha da artırdı:
hökumət diplomatik nümayəndəliyin təşkili məsələsini həll
eləyə bilmirdi.
Üstəlik, Odessada hərc-mərclik başlanmışdı, həyatı hər
dəqiqə təhlükə altındaydı. Qırmızılarla ağlar atışırdılar, bu
vəziyyətdən istifadə eləyən quldurlar, soyğunçular, qatillər
özlərini şəhərdə çox rahat hiss eləyirdilər. Artıq ilk fürsət
düşən kimi, Bakıya qayıtmaqdan başqa çıxış yolu yox idi.
Vəziyyət hökumətə göndərdiyi məktubda da yazmışdı:
“Şəhərin vəziyyəti büsbütün alt-üst olub, hər zaman, xüsusən də
gecələr kefli əsgərlər güllə atır, xalqın rahatlığını pozurlar”.
29
Belə bir vaxtda – aprelin 15-də Milli Hökumətdən yeni
təyinat aldı: artıq Azərbaycan Demokratik Cümhuriyyətinin
Ukrayna, Polşa və Krım respublikalarındakı diplomatik
nümayəndəsiydi.
Amma nümayəndəliklərin işini qurmaq üçün vəsait ça-
tışmırdı, bina və avadanlıq almaq, yaxud kirayə götürmək,
əməkdaşlara maaş verməyə pul yox idi. Yenə hökumətə
məktub yazmaq məcburiyyətində qaldı: “...Odessada Azərbay-
can konsulluğunun yaradılması üçün çoxlu pul lazımdır, ondan
Dostları ilə paylaş: