bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin
ruhu ucalır... Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ru-
humuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır”.
Həmin vaxt Vətənindən gələn xəbərləri həyəcanla izlə-
yirdi. Bakıda sular durulmur, milli zəmində nifaqın ilk
əlamətləri görünürdü. Artıq bolşeviklərin qırmızı qvardiya-
sı, erməni milli daşnak qvardiyası, rus-slavyanların, men-
şevik-eserlərin silahlı dəstələri üz-üzə dayanmışdılar, müsəl-
man könüllüləri Lənkəranda “Dikaya diviziya” yaradırdılar,
hərəsinin sıralarında da dörd-beş min döyüşçü vardı.
Müsəlmanlar Caparidzedən tədbir görməyi tələb eləyirdilər,
Nərimanovun mənzilində qarşıdurmaya yol verməməklə
bağlı Rəsulzadənin və Şaumyanın da iştirak elədiyi yığın-
caq olmuş, yığıncaqdan sonra Nəriman Nərimanov məscidə
gedib camaatın qarşısında çıxış eləmişdi ki, fitnələrə uyma-
sınlar.
23
Amma Androniklə gizli əlaqə saxlayan, “Daşnaksü-
tyun”un “Böyük Ermənistan” planının gerçəkləşməsinə ça-
lışan, yerli türklərin qalib gəlib Bakını Azərbaycanın pay-
taxtına çevirəcəklərindən qorxan Şaumyan mart qırğınına
xeyir-dua vermişdi. Guya, şəhərdə müsəlmanların bütün
rusları qırdıqları barədə şayiələr ehtirasları qızışdırmış,
şəhər gəmilərdən top atəşinə tutulmuş, fürsət gözləyən daş-
naklar dərhal kütləvi qətllərə, talanlara başlamış, evlərə od
vurmuşdular. Stepan Lalayan və Tatevos Əmirov Şamaxıda,
Hamazasp Qubada və ətraf rayonlarda amansız qırğınlar
törətmişdilər. On minlərlə adamın həyatı bahasına başa
gələn qırğın, nəhayət, səngiyəndən sonra Müsəlman Sosia-
list Bürosu yaranmış, Nərimanov sədr, bir müddət müəl-
limlik eləyəndən sonra inqilabçılara qoşulub gizli tapşırıqla
Şuşaya göndərilmiş, Bakıya qayıdıb qızğın siyasi fəaliyyətə
başlamış Mir Həsən Vəzirov katib seçilmişdi.
Sonra “Daşnaksütyun” partiyası Bakı komitəsinin üzvü
Stepan Şaumyanın başçılıq elədiyi Bakı Xalq Komissarları
Soveti yaradılmış, ermənilərin əsl niyyətindən xəbərsiz olan
Mir Həsən də torpaq komissarı olmuşdu. Bakı Sovetinin
“Daşnaksütyun”un dörd minlik hərbi qüvvələrinin də qo-
şulduğu erməni və ruslardan ibarət dəstələri Nuru Paşanın
komandanlıq elədiyi Qafqaz İslam Ordusunun Bakıya doğ-
ru irəliləməsinin qarşısını almağa can atırdı. Yerli türkləri
də müqavimətə cəlb eləmək üçün təbliğat aparılması Mir
Həsənə həvalə olunmuşdu, o da iyulun əvvəllərində Bakı
Şəhər Dumasının binasında müsəlmanlarla görüşüb kömək
istəmiş, üstəlik, Qafqaz İslam ordusuna yardım fikrində
olanları da təhdid eləmişdi.
Amma bütün bunlar fayda vermədi. Hərbi və dəniz ko-
missarı Qriqori Korqanov Lazar Biçeraxovun İrandakı ka-
zak dəstələrini türklərə qarşı vuruşmaqdan ötrü Bakıya
dəvət eləməsi də işə yaramamışdı. Hətta, şəhərin müdafiəsi
üçün ingilislərə müraciət olunması barədə də qızğın müza-
kirələr getmişdi. Daşnak-menşevik və eserlər ingilis konsu-
24
lu Ronald Mak Donellin rəhbərliyi altında “Sentrokaspi dik-
taturası” adlanan hakimiyyət yaradıb şəhəri ələ keçirmişdilər,
komissarların ixtiyarındasa yalnız Petrov meydanı qalmışdı.
İngilislər general-mayor Lionel Denstervillin komandanlığı
altında şəhərə girəndən sonra Həştərxana yola düşmək
istəyən komissarları Jiloy adası yaxınlığında həbs eləyib Ba-
kıya qaytarmış, sonra Qızılsuya aparmışdılar. Amma Qafqaz
İslam Ordusu “Sentrokaspi diktaturası” qüvvələrinin də,
ingilislərin də müqavimətini qırıb sentyabırın 15-də şəhərə
girmişdi.
Mayın 28-də istiqlalın elanını göz yaşları içində eşidəndə
də, hələlik türklərin azad elədiyi Gəncədə fəaliyyət göstərən
Milli hökumətin Kiyev nümayəndəsi olmaq barədə təklif
alanda da siyasətin içində olduğu barədə düşünmürdü,
təkcə onu düşünürdü ki, hər kəs bacardığı qədər istiqlala
dayaq olmalıdı. Onda qəlbindəki dözülməz ağrı yalnız Mir
Həsənin acınacaqlı aqibətilə bağlıydı. Sol eser olan Mir
Həsən, vaxtilə Məmməd Əmin Rəsulzadənin yanında olan
Məşədi bəy Əzizbəyov bolşevik-daşnak toruna necə
düşmüşdülər, nəyə ümid eləyirdilər? O ilin payız günlərinin
birində komissarların Qızılsu limanına aparılıb Ağcaqum
çölündə güllələndiyini eşidəndə Mir Həsənin taleyinə ağla-
dı. Amma eşitdiyinə görə, bir neçə nəfər, o cümlədən, Anas-
tas Mikoyan və Stepan Şaumyan güllələnənlər arasında ol-
mayıblar, sonra gizlicə həbsxanadan buraxılıblar...
Ukraynadasa ortalıq durulmurdu, artıq vətəndaş
müharibəsi gedirdi. Bakıyla rabitə kəsilmişdi. Onda işləri
müavininə tapşırıb Ağməscidə – Simferopola getmişdi ki,
müəyyən dairələrlə əlaqə yaratsın. Amma Krımda da
vəziyyət həddən artıq böhranlıydı. Fevral inqilabından
dərhal sonra Numan Çələbiçi xan – Çələbi Çələbiyev və
Cəfər Seyidəhməd Bağçasaraydakı xan sarayında birinci
Ümumkrım müsəlman qurultayı keçirib qurduqları
Müvəqqəti Krım-Müsəlman İcraiyyə Komitəsi və hökumət
25
bolşeviklərin təzyiqinə cəmi bir neçə ay davam gətirmişdi.
Yanvarda matroslar Ağməscidə soxulub dəhşətli qırğın
törətmiş, Komitənin sədri və müfti Çələbiçi xanı qətlə yetir-
miş, meyitini dənizə atmışdılar, Cəfər Seyidhmədsə Osman-
lıya qaça bilmişdi.
Apreldə almanların tərk-silah elədiyi Birinci Müsəlman
Korpusunun komandiri Belorus-Litva tatarlarından olan ge-
neral-leytenant Maşey Sulkeviç bir dəstə Polşa və Krım ta-
tarıyla Ağməscidə gəlib çıxdı, görünür, elə almanların razı-
lığıyla da iyunun 25-də elan edilmiş birinci hökumətin baş-
çısı oldu. Qrafdan, knyazdan, kolonistdən, hərbçidən,
mülkədardan ibarət olan hökumətdə camaatın Süleyman
bəy adlandırdığı Sulkeviç həm də hərbi və daxili işlər nazi-
riydi, İstanbuldan qayıtmış Cəfər Seyid Əhmədsə xarici
işlər naziri təyin edildi.
Yusif Vəzir Ağməsciddə ağır günlər yaşayırdı. İşləri yo-
luna qoymaq üçün nə əlindən tutan bir kəs vardı, nə vəsait,
nə də yaşamaq imkanı. Hətta, səfir təyin olunması barədə
etimadnamə belə ona gəlib çatmamışdı, Bakıdan Xarici İşlər
Nazirliyinin diplomatik kuryeri onun Kiyevdə olduğunu
güman eləyib etimadnaməylə birgə səkkiz min rubl pulu
ora aparmışdı. Kiyevsə od içindəydi, kuryerin arxasınca
getmək açıq-aşkar ölüm demək idi. Bu səbəbdən heç onun
öldü-qaldısından da xəbər tuta bilmədi. Dostu Həsən Səbri
Ayvazovun köməyilə mümkün işləri görür, amma mənzil
və maliyyə problemləri üzündən olmazın əziyyətlər çəkirdi.
Hökumət hələ də ondan ötrü diplomatik nümayəndə maaşı
nəzərdə tutmamışdı, buna görə, hətta, kirayə qaldığı evin
pulunu belə verə bilmirdi.
İyunda İstanbulda təhsil almış, İsmayıl bəy Qaspıralının
“Tərcüman” qəzetində yetişmiş, indi “Milliyyət” qəzetinin
redaktoru olan Həsən Səbri Ayvazovdan türk-tatar dilində
çıxan “Millət” qəzetilə əməkdaşlıq eləmək təklifi aldı. Bu
ondan ötrü zamanın burulğanında az qala xilas yolu idi.
26
Qəzetin ilk sayı ötən il iyunun 27-də çıxmış, onda Cəfər Se-
yid Əhmədin, Həsən Səbri Ayvazovun, Məhəmməd
Kirmənciklinin, Məhəmməd Rüfətovun yazılarını həyəcanla
oxumuşdu. Teatr döngəsindəki redaksiyaya gedib-gəlməyə,
gündəlik nəşr olunan qəzetə “Yusif Vəzirov”, “Yusif bəy
Vəzirov”, “Y.V.” imzalarıyla “Millətə doğru”, “Millət üçün”
silsilə yazılar, felyetonlar qələmə almağa başladı. Həsən
Səbri Yusif Vəzirin yazılarını səxavətlə çap eləyir, gündəlik
ehtiyaclarını ödəməyə yardım göstərirdi.
Cəfər Seyid Əhmədlə də onu Həsən Səbri tanış eləmişdi.
Xarici işlər naziri əhaliyə pulsuz hüquq məsləhətləri verən
ədliyyə direktorluğunda məsləhətçi işləməyi təklifi irəli
sürəndə boyun qaçırmadı ki, hər halda, yeni qurulan
dövlətə əlindən gələn köməyi göstərər. Az sonra ədliyyə di-
rektorluğunun rəhbərliyi ona həvalə edildi, amma bu da
diplomatik nümayəndəsi olduğu dövlətə lazımınca xidmət
göstərmək imkanı yaratmırdı: əlinə gələn cüzi vəsait birtəhər
yaşamağa ancaq yetirdi.
Osmanlı dövləti Ənvər Paşa vasitəsilə kömək vəd eləsə
də, almanların məğlubiyyəti Krımdakı vəziyyəti tamam
dəyişdi: artıq qırmızıların qarşısında duruş gətirmək müş-
kül idi. Sulkeviç yardım üçün general Denikinə üz tutdu,
ondan rədd cavabı alandan sonra, noyabrın ortalarında
hakimiyyəti Solomon Krıma verdi. Hökumət cəmi on
gündən sonra limana girən müttəfiq donanmasının admiralı
Koltropun yanına gedib loyallığını bildirdi, bununla da
məsələ həll olundu.
Yeni ədliyyə naziri kadet Vladimir Nabokovun Yusif
Vəzirə münasibəti yaxşıydı, qalıb işləməyini istəyirdi, lakin
o artıq Bakıya getməyi qət eləmişdi: daha yollar bir qədər
təhlükəsiz idi, Odessadan İstanbula gedən gəmilərin birinə
minə bilərdi. Bir neçə həftə sonra general Sulkeviçin yaxın
adamlarıyla birgə Bakıya yola düşdüyünü eşidib çox
təəssüfləndi: vaxtında onunla təmasa girsəydi, indi yola
düşənlər arasında olardı. Sonra da eşitdi ki, Sulkeviç
27
Azərbaycan vətəndaşlığı və Məmməd adı qəbul eləyib,
əvvəlcə Gəncədəki Birinci Müsəlman Korpusunun koman-
diri, sonra isə ordunun Baş Qərargah rəisi təyin olunub.
Azərbaycan hökuməti oktyabrın 23-də Krım hökuməti
yanında diplomatik nümayəndəlik təsis etməyi qərara al-
mışdı. Noyabrın 1-dən bu vəzifə Azərbaycanın Ukraynada-
kı diplomatik nümayəndəsi Mir Yusif Vəzirova həvalə edil-
di, ona Azərbaycan dövlətini Krımda da təmsil etmək tapşı-
rılmışdı. Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq,
Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdı-
rılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nüma-
yəndəsi Ali Aleksandroviçi Bakıya göndərmişdi. Amma
hələ işlər yoluna düşmək bilmirdi, Yusif Vəzirin özünün
səfir təyin olunduğundan belə xəbəri yox idi.
Rusiyadakı vətəndaş müharibəsi üzündən Bakıyla əla-
qənin kəsildiyi o həyəcanlı günlərdə özünə yer tapa bilmədi.
Artıq ölkənin Məslisi-məbusanı – parlamenti fəaliyyətə başla-
mış, Milli Hökumət bütün çətinliklərə baxmayaraq, qurucu-
luq işlərinə girişdi. Belə vaxtda Yusif Vəzir Feodosiyada çıxış
yolu axtarmış, normal fəaliyyəti üçün şərait yaradılacağına
ümid bəslədi, Ağməsciddə “Millət” qəzetinə məqalələr yazdı,
bütün gücünü Azərbaycanın tanıdılmasına sərf elədi, millətin
kimliyindən, istəyindən, muxtariyyətindən yazmışdı, hamını
ayağa qalxmağa çağırdı: «Ey ziyalılar!.. Cürət ediniz, iş görü-
Dostları ilə paylaş: |