“Kurban Said... Ali und Nino”... “Kurban Caid. Das Magc-
hen vom goldenen Horm...” Hmmm... Çox maraqlıdı, – sonra
yəqin müəllifə əsərini tərifləməyin düşər-düşməzi olduğu-
nu fikirləşib heyrət çalarını bir qədər azaltdı. – Maraqlıdı...
Ümidvaram ki, yaxın müddətdə əlyazmalarla tanış olmaq
imkanı yaranacaq. Bəs nəticəni hansı ünvana bildirməyi
arzu edərdiniz?”
Sual onu fikirləşməyə məcbur elədi. Ceyhun bəyin ünva-
nını verə bilərdi, amma bundan sonra onunla əlaqə saxla-
maq imkanı olacağına ümid bəsləmirdi: Məhəmməd Ağa-
oğlunu məsələdən agah eləyə bilərdi, xəstə, imkansız,
Vətənə qayıtmaq ovqatında olmayan cavanın da gələcəyi
sual altındaydı, bu vəziyyətdə onu qoymaq istəmirdi.
“Herr Tal, – nəhayət, qəti qərara gəlib dilləndi, – düzü,
məni nəticədən çox indi məsələnin maddi tərəfi maraqlan-
dırır. Yol xərclərimi ödəmək, bir xəstə tələbənin müalicəsinə
müəyyən məbləğ vermək üçün qələmhaqqına ehtiyacım
16
var. Ümidvaram ki, əlyazmalar sizi təmin eləyəcək, nəşrin-
dən qat-qat artıq mənfəət götürəcəksiniz”.
Naşirin gözlərindəki işıq artdı. Qarşısında oturan bu ca-
van, naməlum adam qəribə tipdi: əsl ad-soyadını gizlədir,
əlyazmalardan nəyin bahasına olur-olsun, xilas olmaq
istəyir, sözləşmə-filan tələb eləmir, belə görünür, umduğu
da iri məbləğ deyil, mövzu Şərqdisə, həmin məbləği ən adi
kitabdan belə, çıxarmaq olar. Deyəsən, riskə getməyə dəyər.
“İndiki vəziyyətdə riskə gedib sizə ancaq dörd yüz mar-
ka verə bilərəm, – Peter Tal sifətinə mərhəmət əlamətləri
qondurub iltifatla dilləndi. – Adətən əlyazmalarla tanış olur,
sonra müəlliflərlə danışıq aparırıq. Bu dəfə vəziyyətinizi
nəzərə alıb ənənəmizi pozmağa məcburam”.
Təklif olunan iri məbləğ deyildi, amma indiki
vəziyyətində buna da şükür eləməliydi, bu yad şəhərdə
başqa üz tutmalı bir kimsə yox idi. Beynindən qüssəylə ke-
çirdi: “Nolar, bəy verən atın dişinə baxmazlar”, amma ağ-
zından nəzakət dolu sözlər çıxdı:
“İltifatınıza görə çox sağ olun, herr Tal, – dedi. –
Əminəm ki, atdığımız bu addımdan peşman olmayacaqsı-
nız. İndi icazənizlə mən gedim, yol üstündəyəm, qatara çat-
malıyam”.
“Şərq... – naşir ayağa qalxa-qalxa dilləndi. – Şərq həmişə
sirli-sehrlidi. Elə Sizin qəfildən, özünüzü tanıtmadan gəlib
mənə – ilk dəfə qarşılaşdığınız adama iki əlyazma verib,
ünvan qoymadan getməyinizin özü roman mövzusudu,
bəlkə, nə vaxtsa belə bir əsər yazılacaq. İndisə sizə ancaq
uğurlu yol arzulaya bilərəm”.
***
Cəmi iki saat sonra Zentralbahnhof vağzalında Vyana-
Moskva qatarına bilet alıb, ikinci dərəcəli vaqondakı yerini
tutmuşdu. Özündə qəribə rahatlıq duyurdu, elə bil, qəfildən
illərlə çiyinlərini əzən yük götürülmüş, qəddi bir qədər
17
dikəlmişdi. Peter Taldan aldığı dörd yüz markanın yarıdan
çoxunu xəstə tələbəyə vermişdi, hər halda, dava-dərmanına
xərcləyər, bir ay gününü yola verərdi. Onun bir qədər
dirçəlməsi, qalxıb yatağında oturması da əhvalını xeyli du-
rultmuş, elə bu gün yola çıxmaq fikrini daha da
qətiləşdirmişdi. Çamadanı da əməlli-başlı yüngülləşmişdi,
elə bil, o iki əlyazmanın ağırlığı təsəvvür elədiyindən daha
böyükmüş...
Hər şey yoluyla getsə, on günə-iki həftəyə Bakıda ola-
caqdı. Axırıncı dəfə altı il əvvəl, onda da bircə ay qaldığı
şəhər, şübhəsiz, indi başqa havayla yaşayırdı. “Hər şey
dəyişir, hər şey başqalaşır, – fikrindən keçirdi. – Mən də
dəyişdim, daha doğrusu, dəyişmək məcburiyyətində qoydular”.
“Bu gediş daha bir səhvim deyil ki?” Bu sual tez-tez
yaddaşına soxulur, beynini cırmaqlayırdı. Amma artıq çıx-
dığı yoldan qayıtmağa gücü yox idi, o yad məmləkətdə
Ceyhun bəydən və bir neçə nəfərdən başqa üz çevirəsi
adam qalmamışdı. Hər halda, Vətən - vətəndi, başını aşağı
salıb işləyəcək, ev-eşik quracaq, siyasətə qarışmayacaq, ya-
zı-pozusuyla məşğul olacaqdı.
Bayırda yaz başının şaxtasız, amma tutqun havası vardı.
Qatar tərpənəndə yağış çisələdi. Damcıların vaqonun
pəncərəsində saldığı çəpəki izlərə baxa-baxa qüssəylə
gülümsədi: “Nə qədər yolunu düz getmək istəyirsən, kənar
qüvvələr imkan vermir...”
|