Ola bilər...
19
Bəs axırı nə oldu?
Yeni hakimiyyətin adı müstəqil idi, hər şey Moskvadan
idarə olunurdu, Nərimanov və beş-üç tərəfdarının cəhdləri,
əlbəttə ki, bir fayda verməyəcəkdi...
Artıq ölkədə qırmızı terror başlamışdı, milli hökumətin
üzvlərini və tərəfdarlarını sorğu-sualsız güllələyir, həbsxa-
nalara doldururdular. Son nəfəsinəcən bolşeviklərə təslim ol-
mayan Gəncədə müqavimət qan gölündə boğulmuşdu. Bəzi
əqidə yoldaşları qırmızılarla dil tapmış, bir parası mühacirətə
getmişdi...
Belə bir vaxtda hələ də özünü Milli Hökumətin elçisi say-
maq xülyadan başqa bir şey deyildi...
İndi durub-oturub özünü siyasətə qoşulduğuna görə dan-
layırdı...
...1915-ci ildə almanların hücumundan çəkinən hökumət
Kiyev Müqəddəs Vladimir universitetini müvəqqəti Saratova
köçürmüşdü, hüquq fakültəsinin tələbəsi Yusif Vəzirov da
təhsilini orda başa vurub Saratov məhkəmə palatasında
hakimliyə namizəd oldu. Amma vəzifəsi maaşsız idi, buna
görə də iş axtarmaq məqsədilə Kiyevə qayıtdı, amma burda
da üzünə bir qapı açılmadı: cəbhədə uğursuzluqlar davam
eləyir, imperiya get-gedə çökürdü.
Üstəlik, Novoçerkasskda təhsilini yarımçıq qoyan Mir
Həsən gəlib Kiyevə çıxmış, Ticarət İnstitutuna qəbul olunsa
da, oxumağa amanı qalmamışdı. Yusif Vəzirsə həm özünü
dolandırmaq, həm də pulsuz və xəstə Mir Həsənə əl tutmaq
iqtidarında deyildi. Ancaq gücü ona çatdı ki, taleyinə qəzəbli
olan dostunu qatara mindirib Bakıya yola salsın.
Sonra tez-tez fikirləşirdi ki, əgər Mir Həsən onda Bakıya
getməsəydi, yəqin, həyatı başqa cür olardı. Amma taledən
qaçmağın mümkünsüzlüyünü də bilirdi...
Özüsə həmyerlilər təşkilatına girib cəbhəyə getdi, fevral
inqilabını Qalitsiyada qarşıladı, Ukraynada milli hərəkat
genişlənəndəsə təzədən Kiyevə qayıtdı: hadisələr artıq başqa
məcraya yönəlirdi.
20
Aldığı xəbərə görə, Əbdürrəhim bəy və Hüseyn bəy
Tiflisdəydilər, sonra Əbdürrəhim bəy Həştərxana getdiyini
eşitdi, Hüseyn bəysə Tiflisdə qalıb pyeslər yazır, həm də
gürcü dramaturqlarının əsərlərini Azərbaycan türkcəsinə
çevirirdi.
Haşım bəyin ölüm xəbərini də elə o vaxt aldı. Mir Ab-
dulla Aşqabaddan əvvəlki ünvanına məktub yazmış, “Açıq
söz” qəzetinin 1916-cı il fevralın 7-də çap olunmuş
nömrəsindən Məmməd Əmin Rəsulzadənin “Haşım bəy
Vəzirov” adlı yazısını kəsib qoymuşdu: “İştə, ruhlu, məsləkli,
qəlbləri atəşin bir amalpərvərliklə dolu olan cavanlar, iştə, sizə
Dostları ilə paylaş: