dəyərli bir nümunə!.. – Məmməd Əmin bəy yazırdı. – Məqsəd
uğrunda Haşım bəy qədər səbatkar, başladığınız işdə bu mərhum
qədər fədakar olunuz!..»
Haşım bəyin atası Mir İmanla babası Mir Abdulla qar-
daş idilər. Mir İman məktəb açıb uşaqları mədrəsəyə hazır-
layırmış, Haşım bəy də ilk təhsilini o məktəbdə almışdı. On
iki yaşında atasını itirəndən sonra Molla Əli və Molla
Həmidin mədrəsəsinə getmiş ərəb-fars dillərini öyrənmiş,
şəhər məktəbini, sonra İrəvan Müəllimlər Seminariyasını bi-
tirirmiş, tələbə vaxtı pyeslər yazmış, bir müddət Böyük Vedi
kəndində müəllimlik olmuşdu, sonra Şuşada “müsəlman-
rus” məktəbi yaradılanda onu həmin məktəbə müdir dəvət
eləmişdilər. Haşım bəy həm də şəhər bələdiyyə idarəsinə
vəkil seçilmiş, realnı məktəbin hazırlıq sinfində ana dilindən
dərs demişdi. Mirzə Həsən bəyin qızı – Əhməd bəy Ağaye-
vin bacısı Sayalı xanımla evlənmişdi, amma Allah onları
oğul sarıdan sevindirməmişdi, hamısı yetkinlik yaşına çat-
mamış tələf olmuşdular...
Haşım bəyin vəfatı ondan ötrü əməlli-başlı sarsıntıydı:
həmişə qolundan tutmuş, məsləhət vermiş, əlindən gələn
yardımı eləmişdi. İndi onun dəfninə getməyə, son borcunu
verməyə belə imkanı yox idi. Fikirləşdi ki, Məmməd Əmin
bəy belə vaxtda ailəni darda qoymaz, həm də Mirhəsən indi
Bakıdadı, yəqin, köməyini əsirgəməz...
21
Az sonra Bakıda “Arvad qiyamı” baş verdiyi barədə
xəbərlər gəlməyə başladı. Qıtlıqdan, bahalıqdan cana doy-
muş qadınlar ayağa qalxıb dükanları, anbarları, dəyirmanları
darmadağın eləmişdilər. Hökumət onlara qarşı polis göndər-
məyə məcbur olmuşdu, ölənlər və yaralananlar vardı.
Fevralın axırındasa Peterburqdan çarın taxtdan salındığı,
Müvəqqəti Hökumətin yarandığı barədə xəbərlər gəldi. O
günlərdə Yusif Vəzir sevincindən özünə yer tapa bilmir,
yeməyi-içməyi belə unudub şəhərdəki dostlarını bir yerə
yığmağa, bundan sonra neyləyəcəkləri barədə məsləhətləş-
məyə can atırdı. Martın ilk günlərində Bakıda fəhlə-əsgər
deputatları Soveti qurulduğu, müsavatçıların islam-türk,
bol şe viklərin Lenin bayrağı altında birləşib hakimiyyətə
yiyələnmək uğrunda mübarizəyə başladıqları barədə həyə-
canlı xəbərlər almağa başladı. Əlbəttə, belə vəziyyətdə əlini
əlinin üstünə qoyub sakit otura biməzdi.
Seçimi barədə fikirləşməyə ehtiyac da yox idi: tələbələri
başına yığıb Türk Ədəmi-Mərkəziyyət – Müsavat firqəsinin
Kiyev təşkilatını yaradanda millətinin istiqlalından başqa
bir şey düşünmürdü: müharibə, səfalət, anarxiya girdabında
boğulan imperiya dağılırdı, nə vaxtdan əsarət boyunduruğu
altında zülm çəkən millətlər azadlığa çıxacaqdılar, belə
məqamda Azərbaycan türkləri də öz müqəddəratlarına sa-
hib çıxmağa hazır olmalıydılar. “Azərbaycan muxtariyyəti”
ideyası da bununla bağlıydı, Azərbaycan Koloniyasına da
ona görə daxil olmuş, Ukrayna Millətlər qurultayına bu
məqsədlə getdi, yaradılan şurada üç əqidə dostuyla millətini,
məmləkətini bu səbəbdən təmsil elədi, təəssüratlarını qə-
ləmə alıb “Açıq söz” qəzetinə göndərdi...
Bakıdasa hadisələr ağlasığmaz sürətlə baş verir, elə hey
həyəcanlı xəbərlər gəlirdi. Ümumrusiya Sovetlər qurulta-
yında Azərbaycanı təmsil eləyəcək nümayəndələr arasında
bir türk belə yox idi; az sonra Bakıda elan olunan Sovet
hakimiyyətinin İcraiyyə Komitəsinə türklərdən bir nəfər
22
belə salınmamışdı, Alyoşa (Prokopiy) Caparidze sədr, Ara-
kelyansa onun müavini idi, Stepan Şaumyan ümumi lider
rolunu oynayırdı; Xan Xoyski Dövlət Dumasının üzvü
seçilsə də, Duma süquta uğradığından yaranmış hakimiy-
yətsiz likdən Şaumyan və dəstəsi bacarıqla istifadə eləmiş-
dilər.
Yusif Vəziri ağrıdan bir də bu idi ki, doğmaca əmisi
oğlu, uzun illərin dostu, qabiliyyətinə heyran olduğu Mir
Həsən də aradakı səddin o tərəfində, solçuların yanındaydı.
Belə görünürdü ki, nə vaxtsa siyasi rəqib kimi üz-üzə
gələcəklər, onda necə hərəkət eləyəcəyini indidən kəsdirə
bilmirdi.
O ilin son ayında Bakı Sovetinə seçkilər keçirilsə də, hələ
vəziyyət çox qarışıq idi: müsavatçılar cəmi 18 yer almışdı-
lar, üstəlik, Şəhər Duması, Müsəlman Milli Şurası, erməni
Milli Şurası da hakimiyyətə iddia eləyir, yeni firqələr yara-
nırdı. Belə vəziyyətdə Yusif Vəzir nikbinliyini itirmir, “Açıq
söz”ə göndərdiyi məqaləsində artıq gələcək milli dövlətin
atributları barədə düşünürdü: “Hər bir millətin özünəməxsus
Dostları ilə paylaş: |