dəllalı” özü də bilmədən Leonun ömür yolunda mənhus rol
oynamış, onu ana sevgisindən məhrum eləmişdi.
İndi digər düşməni – Koba qalırdı. Atasının rus müha-
cirlərindən eşitdiyinə görə, axır illər Krasinlə araları möhkəm
dəyibmiş, Stalin onu “vurmaq” üçün məqam gözləyirmiş,
amma Leninin sevimli silahdaşlarından biri olduğuna görə
toxuna bilmirmiş .
“Yəqin, indi “Nikitiç”in ölümündən Koba da məmnundu,
– fikirləşirdi, – ondan qisasımı özüm alacağam, ümidvaram
ki, əlimə belə bir fürsət düşəcək”.
Köhnə dostlarıyla görüş daha Əsəd bəyi cəlb eləmirdi,
daha doğrusu, istəyirdi ki, ətrafındakı adamlar onun keçmişi
haqqında ya heç bir məlumata malik olmasınlar, ya da yalnız
məsləhət olunanı bilsinlər. Brailovski getdi, ondan xəbər-ətər
yoxdu; Zaderman işləyir, vaxtı çox az olur; pasternakların və
nabokovların evlərindəki axşamlar da seyrəlib. İndi Əsəd
bəyin redaksiyadan kənarda ən çox ünsiyyətdə olduğu adam-
lar Elza Lasker-Şuler və Oskar Kokoşkodu.
Elza bütün Berlində məşhur simaydı: yəhudiydi, alman
dilində şeirlər yazırdı, əynində hərəm şalvarı, başında çalma
olur, uzun müştüyə taxdığı papirosunu xüsusi ədayla
tüstülədirdi, üstəlik, özünü Misir şahzadəsi adlandırır,
qədim yəhudi dilini bildiyini iddia eləyir, dostlarına cürbəcür
məzəli adlar verməyi xoşlayırdı. Yanında filosofdan tutmuş
rəs samacan cürbəcür adamlar olurdu. Əlbəttə, onların ara-
sında Qafqazda, Azərbaycanda doğulmuş, neft milyonçusu-
300
nun oğlu, çalmalı, çuxalı, qurşağı xəncərli Əsəd bəy də vardı,
hətta, yeri gələndə qızın xahişilə maraqlı əhvalatlar da danı-
şırdı.
Amma şübhəsiz, bütün bunlar Əsəd bəydən ötrü Haas və
Merinqi əvəz eləmirdi. Aralarındakı on-on beş illik yaş fərqini
aradan qaldırmağı bacaran, ona şöhrətin əsl yolunu göstərən,
uğurlarını qısqanmayan, keçmişini qurdalamayan bu adam-
lar oğlandan ancaq uğur gözləyirdilər. Bütün Avropadakı
mühacir dairələrindəki dedi-qodulardan xəbər tutan,
Berlindəki qafqalıların, xüsusilə gürcü və erməni qaçqınların
əksəriyyətini tanıyan, başlıcasısa, yazmaq ehtirasıyla alışıb-
yanan Əsəd bəyinsə təxəyyülündən başqa heç nəyi yox idi, o
hüdudsuz təxəyyülünün hesabına da uğur qazanmaq
niyyətindəydi.
1927-ci ildə, Valter Merinqin “Parisdə yanğın” tarixi-satirik
romanı nəşr olunanda ən çox sevinənlərdən biri də Əsəd bəy
oldu. Əlbəttə, dostunun romanını təriflədi, özünəxas ədəbi
məziyyətlərini göstərdi. Merinq də ona borclu qalmadı,
Şairlər və Yazıçılar İttifaqına üzv olmasına kömək elədi, ədəbi
aləmə şəxsən tanıtmaq üçün əlindən gələni əsirgəmədi.
Əsəd bəysə bu yardımın əvəzini ilhamlı yazılarıyla vermək
fikrindədi. Məşhur şair Şota Rustaveli haqqında yazmaq
istəyir, qarşıdan İlya Çavçavadzenin vəfatının iyirminci ildö-
nümü gəlir. Livandan mühacirət eləmiş Sasun deyir, Rusta-
velinin ismi Şatodu, qədim erməni adı olan Aşot adından ya-
ranıb, Nestar-Darejan da təbii ki, mənşəcə eynidi. Deyəsən,
hardasa oxuyub, İlya Çavçavadzenin “Ağa və qulluqçu”,
“Oğru Kano” əsərləri var. Əlbəttə, məqalələri yazacaq, üstəlik,
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının iyirminci
ildönümü də yaxınlaşır, nəsə eləmək lazımdı.
İttifaqın icraçı prezidenti Verner Şendellə də elə o vaxt ta-
nış oldu. Onda bu tanışlığın bütün həyatını dəyişəcəyini bil-
mirdi...
Şendel Əsəd bəyin imzasını tanıyırdı, Şərqlə, o cümlədən
Sovet İttifaqıyla bağlı məqalələrini oxumuşdu, xeyli maraq-
301
lıydı; onun fikrincə, indi Şərq mövzuları çox cəlbedicidi, bu
mövzuda təkcə məqalələr yox, kitablar da çox yaxşı oxunur.
Əsəd bəy onunla razılaşdı: özü lap bu yaxınlarda Qriqol
Robakidzenin “İlan dərisi” romanını çox həvəslə oxumuşdu.
Şərqin təsviri, dil, kolorit çox cəlbediciydi. Kitaba Stefan
Svayqın ön söz yazması təsadüf-filan deyildi. Robakidzenin
bir vaxtlar Bakı universitetində alman ədəbiyyatından
mühazirələr oxuduğunu Şendeldən eşidəndə qəlbində ona
qəribə yaxınlıq duydu: hər halda, eyni şəhərdə yaşamış, eyni
havanı udmuşdular.
Şendel onu bir neçə aydan sonra axtarıb tapdı: redaksiyaya
zəng vurdu, təkbətək görüşüb vacib bir məsələni müzakirə
eləmək istədiyini bildirdi. Əsəd bəy imtina eləmədi, nəsə bu
işgüzar adam könlünə yatmışdı, yaşamağı bacaran, hər şeyin,
hər kəsin yerini bilən idi. Elə ilk ünsiyyətlərində sezmişdi ki,
onunla sanballı işlər görmək olar. Çək-çevir eləmədən “Mel-
pomania” kafesində görüşməyi razılaşdılar.
Əsəd bəy gələndə Verner Şendel iki fincan qəhvə sifariş
eləyib masa arxasında sakit görkəmlə oturmuşdu. Köhnə ta-
nışlar kimi salamlaşdılar, gün-güzərandan, Merinqin son ki-
tabından danışdılar, nəhayət, Şendel mətləb üstünə gəldi:
“Əsəd bəy, işim elədi ki, Berlinin mühacir aləminə
müəyyən qədər bələdəm, – dedi. – O mühitdə Şərqdən, əsasən
Sovet İttifaqından gəlmiş çoxlu qələm əhli var. Əksəriyyəti
istedadlı, yaradıcı adamlardı, güzəran ucbatından qəpik-
quruşa işləməyə məcburdular. Mənə tez-tez yazdıqlarını nəşr
etdirməklə bağlı müraciət eləyirlər. Amma əvvəla, rus dilində
yazırlar, ikincisi, yazdıqlarını alman dilinə çevirib əl
gəzdirmək lazım gəlir. Ən əsası da, – Şendel fasilə verib
mənalı-mənalı onu süzdü, – imzaları oxucularımız üçün
cəlbedici deyil...”
Əsəd bəy onun gətirdiyi dəlil-sübutlar arasında əlaqə ax-
tara-axtara həmsöhbətinə baxırdı: Şendel bununla nə demək
istəyir?
302
“Məndən nə tələb olunur?” – Hələ nəticə çıxarmağa
tələsməyib maraqla soruşdu.
“Əslində, çox şey tələb olunmur, – Şendel bir qurtum
qəhvə içib fincanı masanın üstünə qoydu. – Sizin imzanızı
oxucular sevirlər, rus və alman dillərini mükəmməl bilirsiniz,
Şərqə bələdsiniz, oxucunu cəlb eləyən üslubunuz var...”
“Bəs o əsərləri yazanlar?” – Əsəd bəy artıq Şendeli başa
düşmüşdü, ağlagəlməz uğurun lap yaxında olduğunu duyub
nəfəsi tutula-tutula soruşdu.
“Onlarla bağlı məsələlərin hamısını mən yoluna qoyaram,
– Şendel arxayın görkəmlə dilləndi, – öz haqlarını alacaqlar.
Əlbəttə, mənə də nəsə çatacaq. Sizinsə kitabınız çap olunacaq,
üstəlik, maddi vəziyyətiniz yaxşılaşacaq”.
“Bu barədə fikirkləşmək olar”, – Əsəd bəy öz qədir-
qiymətini bilən adam sayaq təmkinlə dilləndi.
“Ümidvaram ki, bu təklifimi kiminləsə müzakirə
eləməyəcəksiniz, – Şendel gülümsədi, – hətta, dostumuz
Valterlə də. Bu işgüzar söhbət öz aramızda qalacaq”.
“Narahat olmayın, – Əsəd bəy onu arxayın elədi. – Məncə,
yaxın günlərdə bir də görüşəcəyik”.
Görüşdən qayıdanda, elə bil, havalanmışdı. “Belə-belə
işlər, Leo, – fikirləşdi, – deyəsən, məqsədinə nail oldun. Cəmi
iyirmi üç yaşındasan, dünyanın ən yaxşı ədəbi jurnallarından
birində işləyirsən, cəlbedici imzan var, yazıların maraq doğu-
rur, indi də sənə kitab müəllifi olmağı təklif eləyirlər; daha
doğrusu, kiminsə yazdığı kitabı almancaya çevirib, əl gəz-
dirib, artırıb-əksildib üzə çıxaracaqsan, çünki nəşriyyat ların
da, oxucuların da sənə ehtiyacı var, o yazılanları sehrli “Əsəd
bəy” imzasına görə çap eləyəcək, alacaqlar, sənsə daha böyük
şöhrət, daha çox pul qazanacaqsan”.
Cəmi bir həftə sonra Valter Şendellə görüşüb təfərrüatları
razılaşdırmışdılar.
Səliqəli, bişmiş xətlə yazılmış təxminən iki yüz səhifəlik
əlyazmanı Əsəd bəy bir gecəyə oxuyub kəm-kəsirini dərhal
303
gördü: şübhəsiz, bunu yazan savadlı adam idi, Şərqi tanıyır-
dı, görünür, neftlə bağlı məsələlərə də yaxşı bələdliyi vardı;
amma belə əsər oxucunu maraqlandırmazdı – burda macəra,
avantüra, fantaziya çatışmırdı, o da Əsəd bəydə Allah vergisi-
di. Əfqanıstan şahı Əmənulla xanın Berlinə gəlişilə bağlı
silsilə məqalələrinin doğurduğu səs-küy hələ səngiməmişdi.
Əsəd bəyə görə, həmişə düşündüklərinin hamısını olduğu kimi
Dostları ilə paylaş: |