XX FƏSİL
NEFT VƏ QAN QOXUSU
Muhamməd Əsəd bəy
Berlin, noyabr 1926-cı-sentyabr 1929-cu illər
O günlərin birində Muhamməd Əsəd bəy Villi Haasla Le-
opold Veys – Muhamməd Əsəd arasındakı bağlantı tapdı.
Təəccüblü də olsa, həmin bağlantı kinorejissor Fridrix Vil-
helm Murnau idi...
Leopold Veys Vyanadan yenicə Berlinə qaçıb gəldiyi, ana-
sından yadigar üzüyü satıb günlərini yola verdiyi vaxtlarda
təsadüf üzündən Murnaunun assistenti olmuşdu. Onda o
Brem Stokerin “Drakula” romanını ekranlaşdırırdı. Daha
doğrusu, Stokerin arvadı Florens əsərin ekranlaşdırılmasına
icazə verməmişdi, Fridrix də romanın adını dəyişmiş, hadi-
sələri Londona köçürmüş, Qraf Orloku Maks Şrek eləmişdi.
Villi Haas isə Tea Harbou ilə birgə Murnau üçün “Yanan çöl”
ssenarisini yazmışdı, aralarında yaxın münasibət vardı. Əsəd
bəyə görə, Villi kinoda daha böyük uğur qazanırdı: vaxtilə
“Film-kuryer”də onun filmlərə yazdığı ressenziyaları oxu-
muşdu. Amma Villi sonralar ədəbiyyat və teatr tənqidilə
297
məşğul oldu, nəhayət, Abraham Reyzenlə birgə “Di literarişe
velt” həftəliyini yaratdı.
Leopold Veys – Muhamməd Əsəd indi çox uzaqlarda İsla-
mın qəlbindədi...
Valter Merinqsə başqa adam idi: tərcüməçi-publisistlə ope-
ra müğənnisinin ailəsində böyümüşdü, məzəli şeirləri
kabarelərdə oxunur, satirik romanları ədəbi aləmi dolaşırdı.
Əsəd bəy müğənni Yadviqa Lyövenşteynin adını əvvəllər
eşitmişdi, onun anası olduğunusa sonralar bildi. Valter o
vaxtlar Parislə Berlin arasında yaşayırdı. Həftəliyi yenicə ya-
ratmış dostu Villi Haasa kömək eləmək üçün tez-tez Berlinə
gəlir, qatarda, kafelərdə, otellərdə yazılmış yazılarını verir,
bir neçə gün ərzində işlərini yoluna qoyur, sonra yenə yox
olurdu. Əsəd bəy onun kabarelərdə məzəli kupletlər ifa
elədiyini də görmüşdü: Valter bunu çox gözəl bacarırdı.
Merinq arada Əlcəzairə də səfər eləmişdi, qayıdanda Əsəd
bəyin təklifilə təəssüratlarını qələmə alıb “Əlcəzair, yaxud
vahənin on üçüncü möcüzəsi” adlı kitab çap etdirdi. Əlbəttə,
Əsəd bəy kitab haqqında ressenziya yazdı, dostunun yazdıq-
larının bir çoxlarının qələmindən çıxmış səfər təəssüratlarından
fərqli və səmimi olduğunu, oxucunu inandırdığını iddia
elədi. Fikrincə, Merinq Şərqin ruhunu duymağı, poeziyasını
eşitməyi bacarmışdı.
Şübhəsiz, bütün bunlar “Əsəd bəy” imzasıyla birgə çox
maraqlıydı, Merinq cavan dostuna, Villi Haas da bu cür
müəllif kəşf elədiyinə görə, dostu Merinqə minnətdarlıq du-
yurdu, Əsəd bəysə yazmaq imkanı yaratdıqlarına görə hər
ikisindən hədsiz dərəcədə razıydı. Bunun sayəsində, hətta,
Haasın sevimli müəllifi olan Valter Benyamini də kölgədə
qoymuşdu: yazmaq ehtirasına qapılıb naqolay ifadələr, ağla-
sığmaz mülahizələr, bəzən açıq-aşkar fantaziyalar yazırdı,
amma oxucuya öz marağını təmin eləmək lazım idi, bu “xır-
dalıqları” nəzərə almırdı.
“Hə, Leo, – Abram Nussimbaum oğlunun yazdıqlarını
oxuyub deyirdi, – get-gedə püxtələşirsən. Amma ehtiyatlı ol,
298
oxucuların etibarını itirməmək üçün fantaziyalarını cilovla-
mağı bacar, oğlum. Bəzən atını çox uzaqlara sürürsən, ordan
qayıtmaq barədəsə düşünmürsən”.
Atasının nə demək istədiyini başa düşürdü. Bununla belə,
iyirmi bir-iyirmi iki yaşlarında Abramın təmkinli olub-olma-
dığını bilmirdi, Leo-Əsəd bəyinsə ağır-ağır düşünüb-daşın-
mağa vaxtı yoxdu, nə qədər ki şöhrəti Veymar Respublikası-
nın hər yerinə yayılmayıb, sərhədləri aşmayıb, dayanmaqdan
söhbət gedə bilməz!
Elə o vaxtlar da Fazanenştrasse küçəsindəki yetmiş iki say-
lı binada münasib şəraiti olan yeni mənzil kirayələdilər, frau
Şulteni gətirmək məsələsi də, əlbəttə ki, ciddi müzakirə möv-
zusu olmadı: hər ikisinin üstündə haqqı-sayı vardı, üstəlik,
get-gedə xəstəhal görkəm alan Abrama həyan olardı.
Şübhəsiz, bu məqamda Əsəd bəy Berlindən çıxa bilməz, işləri
çoxdu, frau Şultenin arxasınca atası getməlidi.
“Frau Şultenin yanında özümü daha rahat, daha inamlı
hiss eləyirəm, – Əsəd bəy ilk dəfə etiraf elədi. – İndiki vaxtda
ona çox ehtiyacım var”.
“Haqlısan, – Abram dərhal razılaşdı. – O dayə ola-ola qul-
luqçu kimi çalışmağı da özünə əskiklik bilmədi. Biz bunu
dəyərləndirməliyik”.
...Cəmi üç gündən sonra frau Şulte onların yanındaydı,
ağır gövdəsini heyrətamiz yüngüllüklə oğlanın üstünə atıb
göz yaşı tökdü:
“Ay səni, Leo, gör nə qədər böyümüsən! – Gonbul əllərilə
onun sifətini qamarlayıb doya-doya üzünə baxdı. – Beş il səni
görmədim, amma hər gün yadımdaydın”.
“Daha heç vaxt ayrılmayacağıq, frau Şulte, – oğlan onu qu-
caqladı. – Çox şadam ki, yenə bir yerdəyik”.
Abram məmnun halda onlara göz qoyurdu: nə olar, axır
ki, hər şey yoluna düşür, oğlunun əli gətirməyə başlayıb, frau
Şulte qayıtdı, daha qayğılar da azalacaq...
299
***
Frau Şultenin gəlişindən sonra sevincinə səbıb olan daha
bir hadisə baş verdi: qəzetdə Sovet dövlətinin ticarət və
sənaye xalq komissarı, eyni zamanda Londondakı ticarət
nümayəndəsi Leonid Krasin vəfat eləmiş, nəşi yandırılıb külü
Kreml divarlarında dəfn olunmuşdu. Onun bu qədər böyük
şərəfə layiq görüldüyü könlünə yatmasa da, həyati vəzifəsinin
birinin artıq başa çatdığını sevinclə qeyd elədi: o “inqilab
Dostları ilə paylaş: |