Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə100/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   96   97   98   99   100   101   102   103   ...   175
“şişirtmə”, “ağ yalanlar”, “vəhabiliyə çağırış”, “ərəb dilini bilməyən 

müəllif”,  “İbn  Səudu  sərsəri  köçəri  kimi  təsvir  eləyən  yazıçı”, 

“ədəbiyyat  Qudinisi”  (amerikalı  illüziyaçı  və  hipnozçusu  Harri 

Qudiniyə oxşadırdılar)... 

  Bir  tənqidçisə  lap  kəskin  yazacaqdı:  “Əsəd  bəyin 

“Muhamməd” əsəri uğursuz hekayə, populist, təhrif olunmuş fakt-

lar və sadəlövh izahlar toplusudu. Bu əsər heç yazılmamalıydı. Bu 

“bioqrafiya”da səhv olmayan bir səhifə belə çətindi. Bu müəllifini 

Quranın  orijinal  variantını  və  ya  onun  tərcüməsinin  inanmaq 

çətindi”. 

 Əsəd bəy bütün bunları oxuyub yenə sirli təbəssümüylə 

gülümsünəcəkdi:  oxuyurlar,  deməli,  maraqlıdı,  qalanları 

tezliklə ötüb-keçəcək...

 ...Verner Şendel ağqvardiyaçı mühacirin xatirə-qeydlərini 

gətirdi: bu da maraqlıdı, ikicə aya öhdəsindən gəlmək olar, 

təki oxucu ondan kitab gözləsin. “Ağ Rusiya: Vətənsiz xalq” ki-

tabı üç ayın tamamında kitab dükanlarında göründü.

 Mətbuat da öz işindəydi...

  Verner  Şendel  OQPU  –  Rusiyanın  qaynağında  saxlayan 

amansız  cəza  təşkilatı  haqqında  bir  qovluq  qeydlər  gətirdi. 



397

Əsəd  bəy  ağ  qurd  kimi  mövzuya  atıldı:  çox  maraqlıdı, 

təxəyyül  üçün  istənilən  qədər  imkan  var,  üstəlik,  artıq  bu 

barədə əlinə bir kitab keçib, mövcud olan materiallardan və 

fantaziyadan  gen-bol  yararlanmaq  mümkündü.  Üstəlik,  o 

təşkilatın əsas simalarından biri, Şərq bölməsinin rəisi olmuş, 

Ənvər Paşanın məhvini həyata keçirmiş Georgi Ağabəyov iki 

il  əvvəl  qaçıb  Qərbə  sığınmış,  OQPU-nun  iç  üzü  haqqında 

maraqlı  kitab  çap  etdirmişdi,  bəd  ayaqda  ondan  nəsə  “əxz 

eləmək” olar.

 “OQPU – Dünyaya qarşı təxribat” kitabının əlyazması elə o 

ilin payızına hazır idi...

 Bununla belə, Kippenhauer nəşriyyatının çap elədiyi “Ağ 



Rusiya” və “OQPU” gözlənilən səs-küyü yaratmadı, naşirlər 

də bundan bir qədər pərişan oldular; kitablardakı tələsiklik, 

pərakəndəlik, şişirtmə bolluğu irad tutulurdu, əvvəlki kitab-

lardakı sehr xeyli azalmışdı. 

 Üstəlik, yenə həmin Hilal Münşi ortaya çıxdı: Əsəd bəy 

dörd il əvvəl “Der Döyçe Şpigel” qəzetində “Azərbaycan Res-



publikası” adlı məqalə çap etdirib bildiklərini yazmışdı. Bir il 

sonra  da  “Şərqdə  neft  və  qan”  kitabı  da  çıxmış,  onu  bərk 

qəzəbləndirmişdi.  Hilal  Münşi  ona  cavab  kimi,  məqaləylə 

eyni  adda  kitabça  buraxdırıb  Əsəd  bəyin  bir  çox  fikirlərini 

təkzib eləmiş, həm də müəllifliyini şübhə altında qoymuşdu. 

 Amma bütün bunlar onun əlini işdən soyuda bilməzdi... 

***

 Elə həmin vaxtlarda da Verner Şendelin başı qarışıq oldu-



ğundan Əsəd bəyə məktub göndərdi:

 “Sürəti bir qədər azalt. İldə dörd kitab bir qədər şübhəli görünə 

bilər”.

 Nə olar, Əsəd bəy kitab yazmağa bir qədər fasilə verə bilər, 

amma boş otura bilməz: artıq noyabr ayıdı, niyə, tutaq ki, İs-

tanbula  və  Praqaya  getməsin,  Şərq  barədə  bir-iki  mühazirə 

oxumasın.  Amma  Erika  Berlində  qalacaq,  ədəbi  aləmdəki 

dostlarından ayrılmağa heç həvəsi yoxdu...




398

 On bir il əvvəl gördüyü şəhər İstanbul olandan o qədər də 

dəyişməmişdi.  Əsəd  bəy  “Kleopotra”  gəmisindən  düşdüyü 

limanı da, qaldığı “Pera Palas” otelini də xatırladı; amma bu 

dəfə otelin ən yaxşı nömrələrinin birində yerləşdi: elə bil, o 

vaxtkı miskin vəziyyətinin intiqamını alırdı. Qızılbuynuzda 

–  yerlilərin  adlandırdığı  kimi,  Xalicdə  bir  müddət  yaşayıb 

xatirələrini qələmə almağı çox istəyərdi, amma heyif ki, vaxtı 

yoxdu, onu vacib işlər gözləyir. 

 İstanbulda onu tanıyır, hörmət göstərir, kitablarından da-

nışırdılar. Əlbəttə, o ktablar türkcəyə çevrilsəydi, yaxşı olardı 

– indi alman, fransız, ingilis dillərini bilənlərin sayı o qədər 

də çox deyil...

 Qayıdanbaş Praqada dayandı, “Urania” klubunda indiki 

Rusiyanın qəlbi və ruhu haqqında mühazirə oxudu. Avstriya 

mədəniyyət mərkəzindəki mühazirəsinə xeyli adam gəlmişdi, 

Şərq  barədə  fikirlərinə  əl  çalan  da  oldu,  təəccüblənən  də, 

amma başlıcası, kitablarının sorağı çatan şəhərə özü gəlib çıx-

mışdı...

 Türkiyənin “Cümhuriyyət” qəzeti 20 noyabr 1932-ci il ta-

rixli sayında Vyanadan Nadir bəyin “Rusiyadakı türklər haqqın-

da bir konfrans” sərlövhəli xəbərini dərc elədi: “Dünən axşam 

vyanalılar  çox  qiymətli  bir  türk  yazıçısını  alqışladılar.  Əsəd  bəy 

isimli azərbaycanlı arkadaşımız “Rusiyanın bugünkü ruhu” möv-

zusunda konfrans keçirdi. Əsəd bəy Berlində tanınmış yazıçı və jur-

nalistdir...  Əsəd  bəy  əslən  bakılıdır.  Atası  orda  ən  zəngin  neft 

mədənlərinin sahibi olmuşdur...” 

  Bu  əfsanə  getdiyi  yerləri  ondan  əvvəl  fəth  eləyirdi. 

Müxbirlə  də  bir  neçə  kəlmə  türkcə  danışıb  onun  hədsiz 

məmnunluğuna səbəb olmuşdu. Yerli qəzetlərsə onu “Rusiya-



dan  olan  türkmən  Əsəd  bəy”  kimi  tanıtdılar.  Bu  da  pis  deyil, 

haqqında nə qədər çox şayiə olsa, şöhrəti o qədər geniş yayı-

lar – Şendel də bu barədə dəfələrlə xatırladıb.

...Düzdü,  Vyanada  içində  kitabları,  sənədləri,  mühazirə-

lərinin mətnləri olan çamadan və portfelinin oğurlanması qa-



399

nını bir qədər qaraltdı, amma Əsəd artıq buna fikir verəcək 

halda deyildi: Almaniyada hadisələr get-gedə daha təhlükəli 

şəkil alırdı.

 Qoca Gindenburq seçkilərdə cavan Adolf Hitleri qabaqla-

sa  da,  onsuz  ötüşə  bilməyəcək:  Hitler  kütlələrin  hisslərilə 

oyanmağı  bacarır,  açıq-aşkar  görünürdü  ki,  hakimiyyət 

tezliklə  onun  əlinə  keçəcək,  sonra  da  yəhudiləri  və  kom-

munistləri məhv eləmək haqqında əmr verəcək.

 Əsəd bəy Berlinə qayıtmamaq qərarına gəldi, Ümumi İcti-

mai  Təhlükəsizlik  Şurasına  gedib  Avstriyada  qalmaq 

istədiyini  bildirdi.  Şuranın  əməkdaşı  bu  qərarının  səbəbini 

soruşandasa dilləndi.

 “Sadəcə, burda qalmaq istəyirəm, vəssalam”.

  Əməkdaş  da  təəccüblə  çiyinlərini  çəkib  sənədin  üstünə 

yazdı: “Sadəcə, burada qalmaq istəyir”.

  Münasib  mənzil  kirayələdi,  az  qala,  nəfəsini  içinə  çəkib 

hadisələrin gedişini izləməyə başladı.

 Duyumu aldatmadı: 1933-cü ilin yanvarında Gindenburq 

Hitleri  kansler  təyin  elədi.  Cəmi  bir  ay  sonra  nasional-

sosialistlət Reyxstaqı yandırıb günahı kommunistlərin üstünə 

yıxdılar, üstəlik, Veymar Respublikasının varlığına son qoy-

dular, yerində Üçüncü Reyxi qurmağa başladılar...

 Əsəd bəy dərhal Erikaya teleqram vurdu: “Mümkün qədər 



tez yığışıb Vyanaya gəlin”.

 Almaniyada artıq kitabları yandırmağa başlamışdılar...

 Əsəd bəysə ancaq kitab yazmaqla yaşayırdı...



400


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin