175
mışdı, Mir Yusifə türk və fars dilləri öyrədirdi, üstəlik, rus
dilinin vacibliyini dərk eləyib, onu Muradbəyli məktəbinə də
göndərdi. Burada bir il охuyub еdadiyyə məktəbinə girmək
üçün Şuşaya qayıtdı, əvvəl Qara Hüsеynalının, Camal bəyin
хüsusi məktəblərində, sоnra Haşım bəy Vəzirоvun müdir ol-
duğu türk-rus məktəbində охudu.
Bir ildən sоnra böyük qardaşı Mir Əbülhəsənin охuduğu
Şuşa еdadiyyə məktəbinin birinci hazırlıq sinfinə getdi. Orda
fransız dilini “Firəng Əhməd” – Əhməd bəy Ağayеv, şəriət
dərsini Mirzə Sadıq, hazırlıq sinfində türk dilinisə Haşım bəy
Vəzirоv kеçirdi. Məktəbin dirеktоru, qalan müəllimlərisə rus
idilər. “Məktəbin formasını sevinclə geyindim, – xatirələrində
qeyd eləyəcəkdi. – Bu da bluz, kənarı sarı zehli şapkadan ibarət
idi: şapkamızın qabağında bürünc yarpaq arasında “ŞRU” (Şuşa
realnı məktəbi) hərfləri düzülmüşdü. O vaxt bu məktəbə girmək
türklər arasında böyük şərəf sayılırdı. Mən də şəxsən bu şərəfi du-
yur və saxlayırdım...”
Amma həyatında daha bir məktəb də vardı, o da anası Se-
yid Əzizin mehriydi. “Uzun qış gecələrində, – sonralar yaza-
caqdı, – biz anamın ətrafında toplanar, onun xalqa əzab verən xan-
ların zülmündən, kişilərin qadınlara qarşı qəddarlığından, qızların
qaçmaq adətindən, gəlinlərin öz ərlərinin caynağından qurtulub
dəyirman daşının və təndirin arxasında gizlənmələrindən bəhs
eləyən heyranedici nağıllarına və hekayələrinə qulaq asardıq...”
Anası məhəllədə hörmət-izzət sahibiydi, sözünün qaba-
ğında söz demirdilər. “Bir də görürdün, qışqırtı qopdu, – xatırla-
yırdı. – Anam məni götürüb haraya gedərdi. Nə görərdik: keçəl
Səməd əlində çomaq yaşlı qadının qabırğalarını sayır. Anam seyid
olduğu üçün qonşular ona hörmət bəslərdilər – biz gələn kimi qovğa
bitərdi...”
Atası hər həftə ev xərci üçün iki manat yarım, Mir
Əbülhəsəndən ötrüsə bir manat pul, bəzən də anasına “Se-
yid” təxəllüsüylə yazdığı şeirlər göndərirdi. Əbülhəsən o pul-
dan artıra-artıra özünə gözəl kitabxana düzəltmişdi. Mir Yu-
176
sif dünyanın nə qədər böyük və zəngin olduğunu Mir
Əbülhəsənin kitabxanasındakı kitabları oxuya-oxuya dərk
eləmişdi. Əbülhəsənsə bu dünyadan vaxtsız köçdü, bu ta-
mam ayrı faciəydi...
Bir həqiqət də vardı ki, mərhum qardaşından qalan kitab-
ların sayəsində on yeddi yaşında artıq xeyli püxtələşmişdi:
şeirlər yazırdı, gözəl rəsmlər çəkirdi, əmisi oğlu Mirhəsənlə
ayda bir dəfə buraxdıqları əlyazma “Fokusnik” jurnalına
“Stradayuşiy” (“Əzab çəkən”) təxəllüsüylə ilk yazılarını, Şərq
nağılı üslubunda ilk hekayəsini qələmə almışdı; Aleksandr
Qriboyedov haqqında məqalə yazıb Nino Çavçavadzenin
Dostları ilə paylaş: