Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə37/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   33   34   35   36   37   38   39   40   ...   175
 Həyatda elə məqamlar gəlib çatır ki, sənə bircə nəfərdən başqa 

kimsə lazım olmur, elə bil, dünyada ondan başqa bir canlı yoxdu... 

  Mirinin  məktubu  onu  çıxılmazlığın  lap  ortasına  saldı. 

Təhsilini başa vursa da, hələ işə duzəlməmiş, yad məmləkətdə 



172

naçar vəziyyətdə qalmışdı. Tutaq ki, özü Şura hökumətinin 

icazəsilə məmləkətə qayıtdı, orda kimi var? Qardaşı Parisdə, 

bacıları  Aşqabadda,  yaxın  qohumlarının  hərəsi  bir  yanda. 

İbrahimxəlil  xanın  vəzirindən  soyad  götürmüş  tayfa  indi 

pərən-pərən olmuşdu. Əvvəlcə Mir Əbülhəsəni, sonra atası-

nı, on iki il əvvəlsə anasını itirmişdilər, o vaxtdan ailənin bö-

yüyüydü, hamının qayğısına qalmağı özünə borc sayırdı.

 Yaş da ki, otuz beşə çatmışdı. Əlbəttə, ürəyindən evlənmək, 

ailə  yiyəsi  olmaq,  sakit  güzəran  qurub  yaşamaq  keçirdi. 

Amma nədənsə qarşısına Berta, Olya, Asiya çıxmış, hamısı da 

nakam sevgiylə yaddaşını yandırıb həyatından yox olmuşdu-

lar. Məktəbi bitirəndən sonra yolu Peterburqa, Kiyevə düşdü, 

rastına başqa qızlar çıxdı...

 Şübhəsiz, indi yazdığı romanda intizarında olduğu o sev-

gini təsvir eləyəcəkdi. Bu cür sevginin şahidi olmuşdu: realnı 

məktəbin birinci sinfində oxuyanda Hacı Hacıağa Dadaşovun 

Krasnokrestovskaya  küçəsindəki  binasında  bir  otaq  kirayə-

ləmişdi. Gəncliyin  axarına  düşüb  evdə  otura  bilmir,  tez-tez 

gəzməyə çıxırdı. Onda bir neçə dəfə iki məhəllə o tərəfdə – 

Pozenovskaya  küçəsində  faytondan  düşən,  ya  da  harasa 

gedən  cavan,  yaraşıqlı  kişi  və  onun  yanındakı  nərmənazik, 

nəcib görkəmli, gözəl qadınla rastlaşırdı. Zəngin yaşadıqları, 

bir-birinə sonsuz hörmət və sevgiylə yanaşdıqları ilk baxış-

dan  sezilirdi.  Öyrəndi  ki,  Əlipaşa  Əliyev  yetərincə  imkanlı 

adamdı,  Tiflisdə  olanda  gürcü  ailənin  beş  qızından  ən 

gözəlinə – Aleksandraya vurulub, nəcibliyi, nəzakəti, həqiqi 

sevgisilə qızın da könlünə yol tapıb, beləcə, dini sədləri keçib 

evləniblər.  Elə  o  vaxt  düşünmüşdü  ki,  gözəl  hekayətdi  –  o 

vaxtdan əsil-nəcabətli müsəlman oğlanın əsil-nəcabətli xristi-

an gözəlilə sevgi macərasını qələmə almaq istəyirdi. Əlbəttə, 

oğlan elə onun özü kimi realnı məktəbdə, qızsa yaxınlıqdakı 

Müqəddəs Nina məktəbində oxuya bilərdi, bütün çətinliklərə 

sinə gərib vüsala qovuşardılar.

 Sonra gəncliyin axarı düşüncələrini başqa səmtə yönəltdi. 

Amma Əlipaşayla Aleksandranı tez-tez xatırlayır, İçərişəhərin 




173

küçələrində gəzdiklərini, bir-birinə necə böyük sevgiylə bax-

dıqlarını  xəyalında  canlandırırdı.  Hələ  bığının  uclarını  da 

Əlipaşa kimi burub yuxarı qaldırmışdı, üstəlik, onun kimi şıq 

geyinməyə çalışırdı.

 Əlipaşagili bir də Kiyevdən qayıdanda, İstanbula yollan-

maq ərəfəsində gördü. Aradan xeyli keçsə də, həmin nəciblik, 

gözəllik, elə bil, zərrə qədər də əskilməmişdi, amma artıq üç 

uşaqları vardı. Hələ də eyni məhəllədə yaşayan Zeynal bəyin 

dediyinə görə, bu cür sevgi hamıya qismət olmur, uşaqlarının 

adını İslam, Əli və Tamara qoyublar, ailəliklə gəzməyi, dost-

tanışlarını qonaq eləməyi çox sevirlər.

 Sonra da Əlipaşanın Gəncədə öldürüldüyünü təsadüfən 

Xəlil bəydən eşitdi, daha doğrusu, Xəlil bəy Gəncə üsyanında 

öldürülənlər  arasında  onun  adını  çəkəndə  əvvəlcə  fikir 

vermədi,  görünür,  həmin  məqamda  fikri  çox  dağınıq  idi. 

Səfarətin işinə xitam verib yazı-pozuya qayıtdığı günlərdə o 

söhbəti qəfildən xatırlayıb baş verənləri dərk elədi: müsəlman 

oğlanla xristian qızın sevgisi, narahat illər, Cümhuriyyət uğ-

runda  qurban  verilən  həyat  –  bundan  gözəl  mövzu  nə  ola 

bilər!  Əlbəttə,  özü  də  Cümhuriyyət  uğrunda  mübarizənin 

qurbanıydı, Əlipaşa kimi Gəncə körpüsündə həlak olmamış-

dısa, burda – Cümhuriyyətə xidmət üçün göndərildiyi yerdə 

unudulmuş, taleyilə təkbətək qoyulmuşdu.

 Qəhrəmanlarını özüylə “götürüb” saatlarla küçələrdə do-

laşır, Qızılbuynuza enib Boğazın mənzərəsinə tamaşa eləyir, 

Bakının  görüntülərini  yaddaşının  saxlancından  tapıb  üzə 

çıxarır, Qamət Əfəndinin qəhvəxanasında oturub xatırladıq-

larını ipə-sapa düzür, axşamlar Xeyriyyə xanımın göndərdiyi 

qəhvəni  içəndən  sonra  masa  arxasında  əyləşirdi.  Həmin 

məqamlarda xəyalən getdiyi şəhərin neft qoxuyan havasını, 

tozunu,  küləyini  canında  hiss  eləyir,  məktəb  yoldaşlarının 

durğun  fiqurlarını  hərəkətə  gətirir,  illər  arxasında  qalmış 

həyatı  bütün  çalarlarıyla  canlandırmağa  can  atırdı.  Məktəb 

yoldaşları  Rəcəb,  Həsən  və  Mürsəl  də  onun  hökmüylə 

hadisələrə qarışır, kağıza köçürdüyü hekayətdə öz yerlərini 




174

tuturdular. Gündən-günə irəli gedən, şaxələnən hekayət artıq 

iradəsindən  asılı  deyildi,  bəzən  özünün  də  gözləmədiyi 

məqamları ortaya çıxarırdı.

 

***


  ...Aşqabadı  da  tez-tez  xatırlayırdı.  Taleyi  bu  şəhərlə  çox 

bağlıydı. 

  Ağdamda  bitkilərdən  dərman  nüsxəsi  yazıb  ailəsinin 

güzəranını təmin eləyən atası Mirbaba üç dəfə evlənmişdi: bi-

rincini  boşamış,  ikinci  rəhmətə  getmişdi;  üçüncü  kərə  də 

bəxtinə  çıxan,  özü  də  seyid  nəslindən  olan  arvadı  Seyid 

Əzizsə ona üç oğlan, dörd qız bəxş eləmişdi.

 Yusif anadan olanda atası Mir Baba Aşqabaddaymış. Şuşa-

dan teleqram alır ki, bəs hicri təqvimilə 1321-ci il rəcəb ayının 

20-də (1887-ci il sentyabrın 20-də) oğlun dünyaya gəlib. Elə o 

günlərdə  də  qonağı  olduğu  dostunun  qız  övladı  doğulub-

muş.  Sevincək  olub  böyüyəndə  onları  evləndirməyi  əhd 

eləyiblər. Sonra Mir Baba Şuşaya məktub göndərir ki, uşağın 

adını  Mir  Yusif  qoyun.  Atası  İran  təqviminə  də  baxmış, 

rəcəbəl-əl-mərəccəb  ayında  doğulanların  ömrünün  çətin 

keçəcəyini də öyrənmişdi. Bəlkə, elə bu səbəbdən də ortancıl 

oğlunun taleyi sarıdan çox narahatlıq keçirirdi.

  Sonra  hamının  “Kor  Xəlifə”  çağırdığı  Molla  Mehdinin 

məktəbində  oxumağa  getdi.  “O  zaman  məktəblərdə  dərs  fars 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin