Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə40/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   36   37   38   39   40   41   42   43   ...   175
görə, bu “Allahın bəlası”ndan xilas olmaq üçün xalq ayaqyalın, ba-

şıaçıq  Cıdır  düzünə  müsəllaya  çıxmışdı,  Allahın  nəzərini  “cəlb” 

etmək üçün o gün analar südəmər uşaqlara süd verməkdən məhrum 


178

olunmuşdu...  Qorxunc  il  idi,  adamlar  milçək  kimi  qırılırdılar... 

Əlimdə bir parça gilerməni və  sarımsaq taxtapuşda oturub  ətrafı 

seyr eləyərdim – gilerməniylə sarımsaq vəba dərmanı sayılırdı. Evi-

mizin arxa tərəfində yaşayan Qara Aslanla qızı vəbadan ölmüşdülər. 

Bütün qonşularımız qorxu içindəydilər...” 

 Allah üzünə baxdı, o qorxunc ildən sağ çıxdı, yoxsa anası 

Mir Əbülhəsəndən sonra daha bir itkiyə tab gətirə bilməzdi.

 O ilin dəhşətli aclığı da yadındaydı. Bakıdakı iğtişaşlar uc-

batından şəhərə ərzaq gəlib çatmır, qıtlıq, bahalıq baş alıb ge-

dirdi. İş o yerə çatmışdı ki, Şeyxülislam, müfti, qazı məsələyə 

qarışıb Tiflisə, canişinin yanına getmişdilər ki, buna bir əncam 

çəksin. Erməni arvadı Liza Kinikorun sayəsində özünə arxa-

daşlar  tapmış  canişin  də  onları  heç  qəbul  eləməyib  xəbər 

göndərmişdi ki, müsəlmanlara bu da azdı, dinc oturmurlar. 

Şuşanın başbilənlərisə, az qala, günaşırı Hacı Zeynalabdinə 

teleqram  göndərirdilər:  camaat  acından  qırıldı,  bir  çarə  qıl. 

Hacının həqiqi dövlət müşaviri kimi birbaşa canişinə teleq-

ram vurmaq hüququ vardı, yazır ki, şəhər camaatına ərzaq 

karvanı göndərmişəm, göstəriş verin, şəhərə buraxsınlar. Ca-

nişin də Hacının xahişindən boyun qaçıra bilməmiş, beləcə, 

camaat aclıqdan qurtulmuşdu... 

 Bir də o vaxtlarda atasıyla aralarındakı uçurumu həmişə 

ürək  ağrısıyla  xatırlayırdı.  Məşədi  Mir  Baba  həmişə  ondan 

qənaət və nizam-intizam tələb eləyirdi. “Bağçanın bir guşəsində 



şam işığında oturub yazıram, – yaşantılarını gündəliyinə köçü-

rürdü. – Bilirəm, atam işığı görsə, üzümü danlayacaq: gecənin ya-



rısına kimi də, deyəcək, çıraq yanarmı? Belə tələfxərclik olmaz ki, 

sən eləyirsən. Mən bir qəpik qazanınca Allaha can verirəm, sən də 

mənə qəsd eləyirsən... Atamla mənim aramda bir uçurum var; nə 

bunlar bunu keçməyə müstəidi, nə də məndə meyil var. Bunların 

yaralarına duz səpməkdən vaz keçməm yaxşı deyilmi?” 

  Sarsıntılarla  dolu  1905-ci  ilin  yayında Aşqabada  getmək 

üçün otuz manat pul istədiyi yadındadı. Məşədi Mir Babasa o 

qədər pulu oğluna verə bilmədi, Mir Yusif də bir müddət on-




179

dan incik gəzdi. Amma anasının ərini dilə tutması sayəsində 

istəyinə çatdı, on yeddi yaşında ilk dəfə Şuşadan kənara çıxdı. 

 İsti yay günlərinin birində mindiyi gəminin bürkülü hava-

da gedib istidən qovrulan Qızılsu limanına necə yan aldığını, 

sonra  nəfəsi  kəsilə-kəsilə  arabayla,  faytonla Aşqabada  necə 

çatdığını, bazarda xeyli axtarandan sonra xalası əri Kərbəlayı 

Əsədin dükanını hansı çətinliklə tapdığını, xalası, bacılarıyla 

necə görüşdüklərini də tez-tez xatırlayırdı. Şəhər onu elə ilk 

gündən darıxdırmışdı, hətta, bir neçə gündən sonra Bakıya 

qayıtmaq fikrinə də düşmüşdü. Amma adamın beynini əridən 

istiyə  baxmayaraq,  maraqlı  əhvalatlar  baş  verməyə  başladı: 

əvvəlcə xalasıgil onun gəlişi münasibətilə qonaqlıq verdilər, 

xeyli adamın yığışdığı məclisdə xalasının əri açıq-aşkar fəxr 

eləyə-eləyə onu təriflədi, işləri-gücləri ancaq alıb-satmaqdan, 

gün-güzərandan  ibarət  olan  həmyerliləri  oğlana  hörmət  və 

itaətlə  baxdılar;  sonra  bazarda  tələbələrlə,  gimnaziya 

şagirdlərilə tanış oldu, hətta göy zolaqlı paltarlı, ağ döşlüklü 

məktəbli qızlar gördü.

  Xalasının Aşqabadda  da  Seyid  ocağı  yaratdığının  şahidi 

oldu.  Əslində,  ocağın  başçısı  Seyid  Cahan  idi,  xalası  onun 

müridlərindən sayılır, həmişə sağ tərəfində otururdu. Ehsan, 

ya qonaqlıq veriləndə Seyid Cahan mübarək əlilə boşqablara 

plov qoyur, xalası da boşqabı məclisdə gəzdirib savab payla-

yırdı. Amma nə qədər dua oxunub, nəzir verilsə də, binəvanın 

uşağı olmurdu ki, olmurdu. Arvad ərinin xörəyinə ədviyyat 

qatır,  ona  kasnı  və  bədmüşk  arağı  içirdir,  çilləsini  kəsdirir, 

üstəlik, özü də axar su üstünə çıxır, qurd dərisinin altından 

keçir, duaçının-falçının kandarını yağır eləyirdi – bütün bun-

larsa fayda vermirdi ki, vermirdi. Onların ağlagəlməz övlad 

sevgisini  görüb  fikirləşirdi  ki,  yəqin,  Allah  üzlərinə  baxsa, 

pişiklər  kimi  uşağı  istədiklərindən  yeyər,  ya  da  boğub 

öldürərlər.

 Aşqabadda  “İctimaiyyun-inqilabiyyun  firqəsi”nin  üzvlə-

rilə yaxınlaşmışdı. Əlbəttə, məqsədi siyasətə qoşulmaq deyil-



180

di, sadəcə, yeniyetməlikdən gəncliyə keçid dövrünün çalxan-

tılarını  yaşayır,  həyatda  yolunu  arayırdı.  «Aхırda  mənə  çох 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin