nımda qalmayasan. Sənin geriyə biletini alaram. İstədiyin vaxt
Berlinə qayıda bilərsən. Burda olduğun müddətdə ixtiyarında yayda
sərin (amma qışda çox soyuq) ərəb evi olacaq. Birgə vaxt keçirəcəyik.
Burda çoxlu kitabım var. Ətrafdakı qeyri-adi mənzərələrə bax-
maqdan yorulanda kitab oxuya bilərsən”. O da çox götür-qoy
eləmədən bu təklifdən yararlanmaq qərarına gəlmişdi.
Yaz özünü yenicə bildirirdi. Leopold indi Qüdsün istidən
qovrulduğunu xəyalına gətirib səfərin münasibliyindən
şübhələnməyə başlayırdı. Əlbəttə, atası ondan inciyib, oğlu
onun bütün zəhmətinin üstündən xətt çəkdi. Amma Leo
bədbəxt elm adamı olmaqdansa, öz arzusunun arxasınca
getməyi daha düzgün sayırdı. Düzdü, hələ əsl arzusunun nə
205
olduğunu da düz-əməlli bilmirdi: qəzetdə işləmək istəyirdi,
bəxti gətirdi, məqsədinə çatdı. Şübhəsiz, tezliklə daha da irəli
gedə bilərdi, amma psixiatr dayısının dəvəti hər şeyi dəyişdi.
Əslində, Qüdsdə bir həftə-on gün qalmaq, sonra həyatını
necə yaşamaq barədə qəti qərara gəlmək fikrindəydi.
Çox istəyirdi, Vyanada qatardan düşüb atasıyla barışsın,
amma əmin idi ki, bu tezliklə günahlarını bağışlamayacaq.
Üstəlik, atasının evlənməsindən xəbər tutandan sonra qəlbin-
də ona qarşı inciklik də baş qaldırmışdı.
Münhendə əyləşdiyi qatar Buxarestdə dayananda Leopold
Veys heyifsiləndi: çox təəssüf, bu şəhəri doyunca gəzmək im-
kanı yoxdu, mənzilə çatmaq barədə düşünməlidi. Konstanti-
nopoldan və Anadoludan keçib-getmək barədə fikirləşmək
olmazdı, orda döyüşlər hələ başa çatmamışdı, İskəndərin
yolu təhlükəliydi.
Axır ki, çıxış yolu tapdı, Konstansa limanına yollanıb
İsgəndəriyyəyə gedən gəmiyə bilet aldı. İsgəndəriyyədən Yaf-
faya, Yaffadan Qüdsə qatarla getdi...
***
...Kiçik dayısı qədim şəhər divarının səkkiz qapısından biri
olan, 1538-ci ildə Qanuni Sultan Süleymanın tikdirdiyi, 1898-
ci ildə Kayzer II Vilhelmin şəhərə rahat girməsi üçün sökül-
müş Yaffa Qapısı yaxınlığında yaşayırdı. Leo Sultan
Əbdülhəmidin ucaltdığı saat qülləsini görmədi: Fələstini ələ
keçirmiş ingilislər onu lap bu yaxınlarda sökmüşdülər ki, gi-
rişin görkəmini pozur.
Dayısı onu vəcdlə qarşıladı. Evi təzəcə tikdirib köçmüşdü,
görünür, işləri də pis getmirdi:
“Harda qaldın, Leo?! – Gəlişindən məmnun halda onu qu-
caqladı. – Səni çox gözlədim”.
“Hər halda, ümidvaram mənim bura köçüb yerləşməyim
üçün gözləmirsən”, – Leo onun təkidli dəvətinin altında nə
gizləndiyini öyrənmək məqsədilə zarafatyana dilləndi.
206
“Niyə də köçməyəsən? – Dorian kefikök halda cavab ver-
di. – Böyük hadisələr ərəfəsindəyik, cavan oğlan. Sənin də
tarixdə qalmaq şansın var!”
“O nə şansdı, elə?” – Leopold hər şeyi dərhal bilmək
istəyirdi.
“Tələsmə, hələ yoldan gəlmisən, dincəl, hər şey öz vaxtın-
da baş verəcək”, – dayısı sirli təbəssümünü üzündən əskik
eləmirdi.
Leonun böyük dayısı oftalmoloq Arye Feygenbaum da bu
şəhərdə yaşayırdı. Qüdsə doqquz il əvvəl köçmüş, iki il əvvəl
ilk yəhudi oftalmologiya jurnalının əsasını qoymuşdu. İndi
Xadassa xəstəxanası oftalmoloji şöbəsinin müdiriydi. Günü
sabah ona da baş çəkəcəkdi...
Əlbəttə, şəhər xoşuna gəldi. Amma onu daha çox ərəblər
maraqlandırırdı. “Frankfurter Zeitunq” qəzeti ştatdankənar
müxbir kimi, ondan həyəcanlandırıcı yazılar və Şərq barədə
vəd verdiyi kitabı gözləyirdi.
Dəvətin əsl səbəbisə bir neçə gün sonra məlum oldu.
“Doktor Veysman səninlə görüşmək istəyir”, – dayısı
təntənəylə xəbər verdi.
Doktor Veysman? Dünya sionistlərinin başçısı doktor
Haim Veysmandısa, əlbəttə, tanıyır, haqqında çox eşidib.
Amma Veysmanın onunla nə işi var axı?
Tərəddüdünü görən dayısı onu cəsarətləndirdi:
“İndi bizə ağıllı, savadlı, qabiliyyətli gənclər daha çox la-
zımdı, Leo. Hədəfimizə çatmaq üçün hələ çox işlər görməliyik,
lap çox”.
Şübhəsiz, hədəfləri Fələstin torpaqlarında İsrail dövləti
qurmaqdı. Amma bütün bunlar necə olacaqdı, Leopold Vey-
sin də bu məsələyə nə dəxli vardı?
...Doktor Veysmanla yerli tanışların birinin evində rastlaş-
dı. Sonra bu görüşü dəfələrlə xatırlayacaq, hətta qələmə ala-
caqdı. Veysman iri və gərgin addımlarla otaqda o baş-bu başa
gedir, bədəninin hərəkətləri sonsuz enerjisini üzə çıxarır,
ağıllı, sirayətedici baxışları adamı, az qala, hipnoz eləyirdi.
207
“Milli dövlət qurmaq üçün bizə pul, həm də çox pul lazım-
dı, – deyirdi. – Amma Avropadakı adamlarımız xəyallarımızı
gerçəkləşdirmək naminə lazımi marağı göstərmirlər”.
Doktor Veysman Berlindən gəlmiş gənclə isti görüşdü,
sonra milli hədəflərinin ümumi mənzərəsini cızdı.
“Yaxşı, bəs ərəblər necə olacaq?” – sual Leopoldun ağzın-
dan qəfil çıxdı.
Görünür, doktorun monoloqunu kəsməsi çox gözlənilməz
idi, o, yavaşca oğlana tərəf döndü, əlindəki qəhvə fincanını
alçaq masanın üstünə qoydu, təəccüblə sualı təkrar elədi:
“Ərəblər necə olacaq?”
“Əlbəttə, hər şeyə rəğmən, ərəblər yenə bu ölkədə çox-
luqda deyillərmi? Onların açıq-aşkar, qətiyyətli etirazları
müqabilində Fələstini öz Vətəninizə çevirməyə necə ümid
eləyə bilərsiniz?” – Leopold doğrudan da buna təəccüblənirdi.
Doktor Veysman çiyinlərini silkələyib istehzayla güldü:
“Ümidvarıq ki, bir neçə iləcən onların çoxluğu-filanı qal-
mayacaq!”
Leopold Veyssə Avropadan, Berlindən gəlmişdi, ağlını və
bacarığını göstərməliydi:
“Ola bilər. Bu məsələyə uzun illərdi məşğul olduğunuza
görə, mövcud vəziyyəti məndən yaxşı bilirsiniz. Tutaq ki,
ərəb müqavimətinin yolunuza çıxardığı maneləri aradan qal-
dıra bildiniz. Bəs məsələnin əxlaqı tərəfi necə olsun? Bu sizi
narahat eləmirmi? Çoxdan bəri bu ölkədə yaşayan adamları
qovmağın sizin tərəfdən böyük haqsızlıq olacağı barədə heç
fikirləşmirsinizmi?
“Amma bura bizim yurdumuzdu, – doktor Veysman qaş-
larını dartıb cavab verdi, – biz yalnız əlimizdən haqsızcasına
alınan bir şeyi geri qaytarmaq istəyirik, vəssalam”.
“Bununla belə, az qala, iki min ildi Fələstindən uzaqda ya-
şayırsınız. Üstəlik, iki min il əvvəl bu ölkədə hakim olduğu-
nuz günləri üst-üstə yığsanız, beş yüz belə eləməz. Əgər
belədisə, ərəblərin də İspaniyaya iddiası ola biləcəyini
208
düşünmək lazımdı, onlar İspaniyada sizdən çox – təqribən
yeddi yüz il hökmranlıq eləyiblər... Üstəlik, o ölkədən çox
yox, cəmi beş yüz il əvvəl çıxıblar”.
Doktor Veysman gözləmədiyi səbirsizliklə dilləndi:
“Səfehlikdi, əməlli-başlı səfehlikdi. Ərəblər İspaniyanı an-
caq fəth yoluyla ələ keçirmişdilər. İspaniya heç vaxt onların
doğma və təninə çevrilmədi, buna görə də axırda ispanlar
tərəfindən qovulmaları qaçılmaz idi.
“Bağışlayın, mənə elə gəlir ki, burda böyük bir tarixi
həqiqət nəzərdən qaçırılır; unutmayaq ki, ibranilər də
Fələstinə fateh kimi giriblər. Onlardan qabaq burda semitik,
konsemitik, bir çox yerli tayfalar vardı... Bütün o qəbilələr İs-
rail və yəhudi krallıqları zamanı bu ölkədə yaşamağa davam
elədilər... Bu gün bizim suriyalı, fələstinli ərəblər kimi tanıdı-
ğımız xalq, əslində, bu ölkənin ərəbləşmiş qədim sakinlərindən
başqa bir şey deyil”.
Doktor Veysman cavan oğlana təəccüblə baxır, mövqeyini
bəyənməsə də onun biliyini təqdir eləyirdi. Odur ki, nəzakətlə
gülümsəyib söhbəti dəyişdi. Bunu Leopold Veys sonralar xa-
tırlayır, ancaq kağıza köçürməyi ağlına belə gətirmirdi.
“Leopold, – o oğlanı qarşısında dayanıb nüfuzedici
nəzərlərini üzünə dikdi. – Bizə indi iki şey çox vacibdi: pul və
sənin kimi qabiliyyətli yəhudi cavanları. Əmin oldum ki,
doktor Dorianın danışdığı qədər varsan. Ümumi mübari-
zəmizdə sənin də müqəddəs bir missiyan ola bilər?”
“Mən sizinçün neyləyə bilərəm axı?” – Leopold
təəccübləndi.
“Əvvəlcə yəhudilər barədə danışanda “siz” yox, “biz”
deməlisən, bunu heç vaxt unutma! – Doktorun xəbərdarlığında
bir qədər də təhdid çaları vardı. – İkincisi, məsələn, eşitmişəm
ki, hansısa xəbər agentliyində işləmisən. Çox yaxşı. Biz sənin
daha nüfuzlu qəzetlərdə işləməyinə şərait yaradarıq, maddi
korluğun olmaz, bütün ərəb aləmini gəzər, müsəlmanlar ara-
sında nüfuz qazanarsan...”
209
Leopold indi ona maraqla baxırdı; deməli, dayısıyla dok-
tor Veysman əvvəlcədən məsləhətləşib onun gələcəyini
müəyyən eləyiblərmiş.
“Hər halda, ümidvaram ki, müsəlmanlığı qəbul eləməyimi
nəzərdə tutmamısınız”, – Leopold yüngülcə istehzayla
dilləndi.
“Böyük məqsədlər naminə dinini də dəyişə bilərsən. Əsas
zahir deyil, cavan oğlan, batindi. Batində yəhudi qalmaqla
müsəlman olub millətinə, onun ideallarına xidmət eləyə
bilərsən”.
“Nə olar, xeyli cəlbedici təklifdi”, – Leopold səsindəki
kinayəni gizlədə bilmədi.
“Əlbəttə, hər şeyin tezliklə baş verəcəyinə ümid bəsləmirik,
düşünmək, götür-qoy eləmək üçün vaxtın var”.
Doktor Veysman Leopoldda ikili hiss doğurdu: onun sio-
nist hədəflərə doğru bu qədər inadla getməsini, çıxdığı yolda
bütün maneələri aradan qaldırmaq ehtirasını həzm eləyə bil-
mirdi; amma Veysman nə istədiyini bilirdi, ona yalnız pul və
ağıllı adamlar lazım idi.
Nə olar, həyatının maraqlı keçməsi naminə özünün ağıllı
sayılmasıyla razılaşa bilər...
***
...Doktor Veysman sözü havayı söyləmirmiş: bir həftəliyə
gəldiyi yerlər artıq onu cəlb eləməyə başlamışdı. Üstəlik,
cəmi iki həftə sonra nüfuzlu “Frankfurter Algemaine Zey-
tunq” qəzetinin Yaxın Şərq müxbiriydi, bunu doktor Veys-
man necə yoluna qoymuşdu, bu ondan ötrü sirr kimi qaldı.
Dərhal da Fələstini gəzmək, hətta, Misirə getmək üçün vəsait
tapıldı. Leopold Veysin yeganə işi gəzmək, görmək, yazmaq,
ərəb dilini öyrənmək, islam dininə bələd olmaq idi. Dayısı
Dorian hey təkrar eləyirdi:
“Heyif ki, sənin kimi cavan deyiləm, Leo, bütün dünyanı
gəzərdim. Bundan gözəl nə var”.
210
...Fələstin və Misirə bir neçə həftəlik səyahəti Leopold Vey-
sin düşüncələrində xeyli dəyişiklik yaratdı: əlbəttə, tarixin
çarxını saxlamaq olmaz, bu torpaqda nə nəzərdə tutulubsa, o
da olacaq; fələstinlilər yəhudiləri qovacaqlar, yəhudilər
fələstinliləri sıxışdırıb zor-güc dövlət quracaqlar, yaxud dil
tapıb birgə yaşayacaqlar – bu gələcəyin işiydi. İndi yəhudilər
təzyiq eləyir, ərəblər müqavimət göstərirdilər, nüfuzlu
qəzetin müxbiri Leopold Veys də obyektiv olmağa çalışmalı,
hətta ərəblərə rəğbətini gizlətməməliydi – gələcək missiyası
belə tələb eləyirdi.
İyulda Berlinə qayıtmaq ehtiyacı yarandı: orda bəzi işlərini
qaydaya salmalıydı, həm də Elzadan ötrü darıxmışdı. Çox da
Elza Şeyman dul qadındı, ondan on beş yaş böyükdü, üstəlik,
üç yaşında oğlu var, bu qadını dəlicəsinə sevir, işlərini yoluna
qoyan kimi, onunla evlənmək barədə düşünür.
Doktor Veysmanla vidalaşmağa imkan tapmadı, eşitdiyinə
görə, Qüdsdən çıxmışdı. Bir də ki, buna ehtiyac yox idi, bir
neçə aydan sonra bura qayıdacaqdı – artıq Şərqdən ayrı yaşa-
ya bilməzdi. Dayısının sözünə qulaq asıb Berlinə daha yaxın
yolla – İsgəndərunacan gəmiylə, sonra Konstantinopola, or-
dan qatarla – gedə bilərdi. Təklif Leopoldun xoşuna gəldi.
“Leo, – dayısı məsləhət verirdi, – getdiyini hər yerdə fürsət
düşən kimi, nüfuzlu adamlarla, ilahiyyatçılarla, şairlərlə
görüşməyə çalış. Ancaq bununla tanınar, nüfuz qazanarsan”.
Nə olar, dayısı ağıllı söz deyir. Adı nüfuzlu bir adamın
adıyla yanaşı səslənsə, hörmət gətirər; nüfuzlu adamın yanı-
na gəldiyini görüb-eşidənlər onun haqqında yüksək fikirdə
olarlar. Bundan sonra gərək bu məsləhəti sırğa eləyib qula-
ğından asın.
...Cəmi bir neçə həftə sonra Konstantinopolda “Şərq
ekspressi”nin birinci dərəcəli vaqonunda əyləşən Leopold
Veys dayısının məsləhətinə əməl eləmişdi. Artıq millətçilərin
əlində olan, dəyişiklik ab-havası yaşayan şəhəri gəzmiş,
əzəmətli saraylara, camilərə, meydanlara, Boğaz mənzərəsinə
211
tamaşa eləmiş, qəhvəxanalarda oturmuş, Şərqin ruhunu duy-
mağa can atmışdı. O payız günlərini çox-çox sonralar belə xa-
tırlayacaqdı:
Dostları ilə paylaş: |