1907-ci il 22 avqust – “Yoldaş” qəzetinin ilk sayında “İkinci müəllimlər İctimai” (qurultayı) adlı məqaləsi çap edilir. Məqalədə 1906-cı ildə Bakıda keçirilmiş Birinci Qurultaydan sonra 1907-ci ildə Gəncədə keçirilməsi nəzərdə tutulan 2-ci Müəllimlər Qurultayından bəhs edilir.
1907-ci il 12 oktyabr –“Füyuzat” jurnalında “Həsbi-hal” adlı üsyankar ruhlu şeri çap edilir. O, bu şerində yazırdı:
1907-ci il 12 noyabr –“Nicat” Mədəni-Maarif Cəmiyyətinin idarə heyətinin sədri olan Həsən bəy Ağayevin İrana getməsi ilə bağlı M.Ə.Rəsulzadə cəmiyyətə sədrlik edir.
1907-ci il – Üzeyir Hacıbəylinin tərtib etdiyi “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin “Türki-rusi və rusi-türki lüğəti” kitabının redaktoru olur.
1907-ci il – A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib “Orucov qardaşları” mətbəəsində çap etdirir.
1907-ci il – Bolşeviklərin məram və məqsədləri ilə, xüsusən də onların Rusiya imperiyasının sərhədlərini saxlamaqla yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrundakı mübarizəsi ilə razılaşmayıb RSDFP sıralarından uzaqlaşır, rus müstəmləkə üsul-idarəsinə qarşı milli istiqlal hərəkatı prinsiplərindən yanaşmağa başlayır.