Nəsiman Yaqublu M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinin xronologiyası



Yüklə 3,22 Mb.
səhifə6/54
tarix02.01.2022
ölçüsü3,22 Mb.
#2387
1   2   3   4   5   6   7   8   9   ...   54
1906-cı il 8 mart – Bakıda “Nicat” mədəni-maarif cəmiyyəti təşkil edilir. M. Ə. Rəsulzadə cəmiyyətin əsas üzvlərindən biri olur. Bu cə­miy­yə­tin üzvləri arasında Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Soltan Mə­cid Qənizadə, Mehdi bəy Hacınski, Sidqi Ruhulla və digər tanın­mış şəxsiyyətlər vardı. Cəmiyyətin başlıca məqsədi azərbaycanlıları sa­vad­landırmaq və maarifləndirmək, yoxsul uşaqlarına kömək etmək, on­la­rı məktəblərə cəlb etmək, ehtiyacı olanlara isə maddi kömək göstərmək idi. Cəmiyyət Bakıda və bəzi Bakı kəndlərində kitabxana, qiraətxana aç­mışdı. Balaxanıda açılan məktəbdə isə tanınmış şair M.Ə.Sabir dərs de­miş­di. 1908-ci ildə “Leyli və Məcnun” operası Bakıda məhz “Nicat” cəmiy­yətinin fəallığı ilə göstərilmişdi. Cəmiyyət həftədə bir dəfə “Nicat” adlı qəzet buraxırdı. Qəzet İsa bəy Aşurbəyovun vəsaiti və redaktorluğu dərc olunurdu. Cəmiyyət benefislər keçirir, şəhər bağında arabir gə­zintilər təşkil edir, toplanan vəsaiti xeyriyyə işlərinə sərf edirdi. M.Ə.Rə­sulzadənin rəhbərliyi ilə təşkil olunan belə gəzintilərin birindən top­la­nan 200 rubl vəsaitlə İ.V.Stalini həbsxanadan qaçırmaq mümkün ol­muş­du.

1906-cı il – Yaratdığı “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi” bu dövr­dən başlayaraq “Müsəlman Demokratik Müsavat Cəmiyyəti” adı ilə giz­li fəaliyyət göstərir. Bu təşkilatın bir xətti də İranda başlanan Məşrutə in­qilabı və inqilabçıları ilə sıx əlaqə qurur.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin