1917-ci il 26-31 oktyabr – Bakı şəhərində, “İsmailiyyə” binasında “Müsavat” Partiyasının I qurultayı keçirilir və M.Ə.Rəsulzadə partiyanın sədri seçilir.
1917-ci il 1 noyabr – “Açıq söz” qəzetinin 603-cü sayında aşağıdakı məzmunda “Xüsusi teleqraf” çap edilir: “Səmərqənddən idarəmizə böylə bir teleqraf çəkilmişdir: Müsəlmanların oblast (vilayət) ictimailəri Məclisi-Müəssisana namizəd olmaq üzrə Sırdərya oblastından Əlimərdan bəy Topçubaşov, Fərqanədən Məhəmməd Əmin Rəsulzadə və Amur oblastından Nəsib bəy Yusifbəyovun namizədliyini qoymuşlardır”.