Nəsiman Yaqublu M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinin xronologiyası



Yüklə 3,22 Mb.
səhifə54/54
tarix02.01.2022
ölçüsü3,22 Mb.
#2387
1   ...   46   47   48   49   50   51   52   53   54
1949-cu il 2 fevral – Ankarada “Azərbaycan Kültür Dərnəyi”ni yaradır.

1949-cu il – Ankarada “Azərbaycan Kültür Gələnəkləri” kitabı çap edilir.

1949-cu il – Həmin dövrdən M.Ə.Rəsulzadə Milli Təhsil Nazirliyində Yayım Müdirliyində və Milli Kitabxanada çalışmağa başlayır.

1950-ci il – “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabı çap olunur.

1951-ci il – Türkiyənin elmi ictimaiyyətində böyük marağa səbəb olan “Azərbaycan şairi Nizami” əsərini nəşr etdirir.

1951-ci il 18 yanvar – ABŞ dövlətinin dəstəyi ilə “SSRİ Xalqlarının Azadlığı Uğrunda Amerika Komitəsi” yaradılır və Komitənin rəhbəri İ.Don-Levin M.Ə.Rəsulzadəni İtaliya və Almaniyaya dəvət edib onu əməkdaşlığa çağırır.

1951-ci il – Münhendə “Amerika Komitəsi”nin təşkilatçılığı ilə konfrans keçirilir və M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Azərbaycan Milli Mərkəzi” Məhəmməd Kəngərlinin timsalında tədbirdə təmsil edilir.

1952-ci il 1 aprel – M.Ə.Rəsulzadənin rəhbərliyi ilə “Azər­bay­can” jurnalı nəşrə başlayır.

1952-ci il 11-16 dekabr – Münhendə Ümumqafqaz Konfransı ke­çirilir və M.Ə.Rəsulzadə burada çıxış edir.

1953-cü il may – “Amerika Komitəsi”nin dəvəti ilə M.Ə.Rə­sul­za­də Almaniyaya gedir. Azərbaycanın İstiqlalının 35 illiyi münasibəti ilə “Ame­rikanın səsi” radiosunda çıxış edir və səsi vala yazılıb ona bağış­la­nır.

1953-cü il 30 may – İstanbulda İstanbul Universitetinin böyük qəbul zalında türk dünyasının digər tanınmış şəxsiyyətləri ilə birgə M.Ə.Rəsulzadənin də jurnalist fəaliyyətinin 50 illiyi təntənə ilə qeyd edilir. Tədbiri ilkin olaraq Türkiyənin Xalq Maarif Naziri Rıfki Səlim Burçak açır və M.Ə.Rəsulzadəni, digərlərini salamlayır. Türkiyə Jurnalistlər Cəmiyyətinin sədri Həqqi Tariq, yaxın dostu Həmdulla Sübhi Tanrıövər çıxış edib, M.Ə.Rəsulzadənin fəaliyyətini yüksək dəyərləndirirlər. Sonra özü çıxış edir və səsi lentə yazılır. İki gün sonra keçirilən əsərlərinin sərgisində tamaşaçılar ənənəyə görə onun da səsini dinləyir.

1954-cü il 27 may – Türkiyədə nəşr edilən “Dünya” qəzetinin 5-ci sayında “Stalinlə ixtilal xatirələri”ni çap etdirir. Bu xatirələrin nəşri qəzetin 15-16 iyunda çap olunan 25-26-cı sayına qədər davam edir. Onun bu xatirələri türk ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.

1955-ci il 6 mart – M.Ə.Rəsulzadə Ankarada 71 yaşında dünyasını dəyişir, “Əsri” məzarıstanlığında dəfn edilir.

1955-ci il mart-aprel – Ölümündən sonra “Azərbaycan Kültür Dərnəyi” İdarə Heyəti M.Ə.Rəsulzadənin qəbrini düzəltdirmək, əsərlərini çap etdirmək üçün fond təsis edir. Fondun İdarə Heyətinə aşağıdakılar daxil olur: Rəsul Ünsal, Kərim Odər, Həmid Ataman, T.Cüm. Ziraət Bankası, Ankara Mərkəz müdirliyi nəzdində “Mehmet Əmin Rəsulzadəni Yaşatma Fondu” adı ilə 6021 saylı hesab açılır.
Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin