1941-ci il 10 avqust – Rumıniyanın Buxarest şəhərində olur, Nizamiyə həsr etdiyi “Azərbaycan şairi Nizami (1141-1209)” əsərini yazır.
1940-1943-cü illər – Buxarestdə yaşayır. Almaniyada olur, azərbaycanlı əsirlərin xilasına çalışır. Almaniya hakimiyyət dairələri ilə danışıqlar aparır, “Azərbaycan Milli Komitəsi”ni yaradır, almanların əsirlərlə bağlı yaratdığı “Azərbaycan Milli Komissiyası”na başçılıq edir.
1943-cü il 5 avqust –Azərbaycan legionerləri qarşısında çıxış edir. Almaniya hökumətinin yürütdüyü siyasətlə razılaşmadığını bildirib bu ölkəni tərk edir.