1946-cı il 5 avqust – Müvəqqəti yaşadığı Mittenvald bölgəsindən dostu, Türkiyənin Rumıniya Böyükelçiliyində 4 il hərbi attaşe olaraq çalışmış, (1940-cı ilin 23 iyunundan 1944-cü ilə qədər) albay Kənan Kocatürkə məktub yazır və özünün də, buradakıların da Türkiyəyə getmək istəyində olduğunu bildirir. O, bu məktubu Türkiyəyə Almaniyadakı düşərgəyə qaçqın işləri üzrə səlahiyyətli nümayəndə olaraq gəlmiş İhsan bəy vasitəsi ilə göndərir.
1947-ci il –Münhendə 30 səhifəlik “Azərbaycan tarixi” kitabını çap edib, azərbaycanlılar arasında yayır. “Azərbaycan-Türkiyə” Cəmiyyəti yaradıb azərbaycanlıların Türkiyəyə getməsini təmin edir.