Newsletter


-2012-ci illərin itkiləri



Yüklə 266 Kb.
səhifə26/26
tarix02.01.2022
ölçüsü266 Kb.
#1509
1   ...   18   19   20   21   22   23   24   25   26
2003-2012-ci illərin itkiləri

Səbəblər \ illər

2012

2011

2010

2009

2008

2007

2006

2005

2004

2003

Cəm

Qeyri nizamnamə hadisələri

19

17

16

18

10

15

6

4

10

10

125

Intiharlar

19

12

9

5

11

10

7

4

5

8

90

Avtomobil və təyyarə qəzalar

16

17

15

10

6

7

8

2

1

1

83

Bədbəxt hadisələr

8

17

1

7

14

5

12

3

7

5

79

Erməni gülləsi

16

13

16

8

18

16

12

22

10

16

147

Mina partlayışı

3

1

1

3

-

6

1

2

4

7

28

Xəstəliklər (zəhərlənmə)

14

12

7

8

7

1

1

-

-

7

57

Müəmmalı və ya naməlum ölümlər

1

9

5

4

3

2

1

2

-

3

30

əməliyyat tədbirləri zamanı

1

1

1

1

3

-

-

-

-

-

7

İtkilərin ümumi sayı

97

99

71

64

72

62

48

39

37

57

647

Yaralananlar(xəsarət alanlar)

91

102

71

41

55

72

39

45

20

35

571
Cədvəl: 2003-2012-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin və yaralanların (xəsarət alanlar) müqayisəli göstəriciləri

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin Azərbaycanda KİV və EİV üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, 2003-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 647 hərbi qulluqçusunu itirib. Onun 175 nəfəri döyüş (147 nəfəri erməni gülləsi, 28 nəfər mina və sursat partlayışı), 472 nəfəri isə qeyri-döyüş (7 nəfər əməliyyat tədbirləri, 90 nəfər intihar, 83 nəfər qəza, 125 nəfər qeyri-nizamnamə hərəkətləri, 79 nəfər bədbəxt hadisələr, 30 nəfər müəmmalı və naməlum hadisələr, 57 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-2012-ci illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 571 nəfərdən çoxdur. Qeyd edək ki, itkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində apardığı monitorinq nəticəsində ortaya çıxıb. Lakin araşdırmalar göstərir ki, Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin bir çoxu mətbuata sızmır və məlumatlara görə, bu rəqəm itkilərin ümumi sayının təxminən 25-30 faizini təşkil edir. Beləliklə, təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3700 nəfərdən artıqdır.


İtkilər niyə artır?
Araşdırmalar göstərir Azərbaycan Silahlı Qüvvələrində itkilərin artım tendensiyası son illərdə daha da sürətlənib. Bunun bir sıra səbəbləri mövcuddur:
Ordudaxili problemlər:
- Müdafiə Nazirliyinin rəhbərliyinin orta hesabla 20 il müddətində eyni vəzifədə olması səbəbindən hərbi idarəetmədə problemlərin ortaya çıxması;

- Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin lazımi səviyyədə aparılmaması;

- hərbi qulluqçuların karyeralarının qeyri-qanuni olaraq məhdudlaşdırılması və qeyri-düzgün idarəçilik;

- Hərbi qulluqçular arasında tabeçilik münasibətlərində problemlərin ortaya çıxması. Hərbi qulluqçular arasında münaqişəyə, “dedovşinalığa”, eyni zamanda əsgərlərin intiharına gətirib çıxaran halların öyrənilib aradan qaldırılmaması, ordunun mənəvi-psixoloji durumunu araşdıran real qurumun olmaması;

- Baş vermiş cinayət hadisələrinin bir çox hallarda dərindən araşdırılmaması. Müdafiə Nazirliyinin və Hərbi Prokurorluq orqanlarının fəaliyyətində aşkar olunan ziddiyətlər, hərbi cinayətlərə görə ciddi və səmərəli cəzalandırma sisteminin olmaması;

- Hərbi qulluqçuların sosial təminatının aşağı olması və son illər müdafiə xərclərinin kəskin artımına baxmayaraq bu istiqamətdə diqqət çəkən işlərin görülməməsi. Hərbi qulluqçuların məvacibləri aşağı olaraq qalır. Müdafiə xərcləri sosial yönümlü deyil, yəni çox cüzi şəkildə məvaciblərə, mənzil təminatına, güzəşt və imtiyazlara sərf olunur;

- Orduda xidmət yükünün bərabər paylaşdırılmaması, qeyr-hərbi işlərin əsgərlərin boynuna qoyulması;

- Silahlı Qüvvələrin müasirləşdirilməsi və NATO standartlarına keçidi istiqamətdə qarşıya qoyulan hədəflərin qeyri-müəyyən olması.


Ümumi səbəblər:


  • Ermənistan – Azərbaycan arasında mövcud müharibənin davam etməsi və bu istiqamətdə qeyri-müəyyən perspektivlərin mövcud olması;

  • “Səngər xəstəliyi”, cəbhə xəttində xidmət edən hərbi qulluqçularda ehtiyatsızlıq hallarının artması;

  • Cəbhə xəttinin uzun olması səbəbindən şəxsi heyətin paylaşdırılmasına problemlərin ortaya çıxması;

  • Mühəndis-istehkam işlərinin zəifliyi;

  • Azərbaycan Silahlı Qüvvələrinin peşəkar – müqaviləli sistemə keçidinin ləngiməsi;

  • Cəmiyyət və hərbi-siyasi rəhbərlik tərəfindən müdafiə və təhlükəsizlik sektorunun qayğılarına laqeydlik göstərilməsi, ordu ilə cəmiyyət arasında qarşılıqlı əlaqənin səmərəli qurulmaması.


İtkiləri aradan qaldırmaq üçün vacib hansı addımlar atılmalıdır?
Araşdırmalar göstərir ki, Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda itkilərin sayını azaltmaq üçün bir sıra təxirəsalınmaz addımların atılmasına ehtiyac var. Konkret olaraq aşağıdakılar vacib görünür:


  1. Islahatlar proqramı açıq olmalıdır, İPAP sənədinin mətni elan olunmalıdır;

  2. Müdafiə xərclərinin sosial yönümlü olması, hərbçilərin məvaciblərinin artırılması, güzəşt və imtiyazların bərpa olunması, mənzil təminatı;

  3. Müdafiə Nazirliyin və Hərbi Prokurorluğun orduda cinayət hallarının aradan qaldırılmasına şəffaf fəaliyyəti;

  4. Baş verən neqativ və cinayət hadisələri ilə əlaqədar təxirəsalınmaz araşdırmaların aparılması və nəticələrin ictimaiyyətə açıqlanması;

  5. Hərbi xidmət sistemində tərbiyəvi işlərin gücləndirilməsi, orduda din və psixoloq təsisatlarının tətbiq olunması;

  6. Cəbhə xəttində xidmət edən şəxsi heyətin qısa zaman kəsiyində müqaviləli xidmət sisteminə keçidini nəzərdə tutan mexanizmin hazırlanması və tətbiq olunması;

  7. Hərbi xidmətə çağırılan vətəndaşların xidmətdən öncə məktəblərdə, cəmiyyətdə nizam-intizamlı şəxs kimi yetişdirilməsini nəzərdə tutan kompleks tədbirlərin görülməsi;

  8. Hərbi xidmətə çağırış yaşının 18-dən 20-yə qaldırılması və son həddinin 35-dən 28-ə endirilməsi;

  9. Cəmiyyətdə ordunun nüfuzunun qaldırılması istiqamətində tədbirlərin görülməsi və s.

Güc strukturlarının cəmiyyət qarşısında hesabatlılığı təmin edilməli, ordu üzərində mülki nəzarət mexanizmləri tətbiq olunmalıdır. Güc strukturları rəhbərliyinin parlament qarşısında hesabatlılığı təmin olunmalıdır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin Silahlı Qüvvələrdə baş verən proseslərin aydınlaşdırılmasına yönəlik səlahiyyətləri, orduda nizam-intizam qaydalarının, hərbi qanunvericilyin müasirləşdirilməsi, NATO standartlarına uyğunlaşdırlması istiqamətində fəallığı artırılmalıdır. Qanun yaradıcılığı prosesində hərbi qulluqçuların sosial rifah məsələləri diqqətdə saxlanılmalıdır.


Güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin informasiya siyasətində dəyişiklik edilməli, KİV əməkdaşlarının və cəmiyyətin informasiya təminatında irəliləyişə nail olunması üçün islahatlar həyata keçirilməlidir. Bu baxımdan Güc strukturlarında baş vermiş insan itkiləri, onların əsl səbəbləri və nəticəsində cəzalandırılanların siyahısı informasiya siyasətinə məsul məmurlar tərəfindən aydın şəkildə ictimaiyyətə təqdim olunmalıdır.
Güc strukturlarının rəhbərləri əsgərləri bir-birinə qarşı silah qaldırmağa məcbur edən səbəbləri aşkar etməli, problemin kökündən həlli üçün addımlar atmalıdırlar. Xüsusilə də “dedovşinalığ”ın kökünün kəsilməsi istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır.
Müdafiə Nazirliyinin rəhbərliyinin və SQ-də mümkün vəzifələrin mülkiləşdirilməsinə başlanılmalıdır, ordu idarəetməsi təkmilləşdirilməli, SQ Baş Qərargahı ilə MN aparatı arasında səlahiyyət bölgüləri dəqiqləşdirilməlidir.
Orduda hərbçilər arasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. İlk növbədə hərbi qulluqçuların (gizir və zabitlərin) məvacibləri artırılmalıdır. Ordu leytenentının məvacibi 400-450 manatdan deyil 1000-1500 manatdan başlamalıdır;
Silahlı Qüvvələrdə şəxsi heyətin rotasiyası, yerdəyişməsi məsələləri diqqətdə saxlanılmalıdır. Hərbi çağırış sisteminin dərindən öyrənilməsinə başlanılmalıdır, şəxsi heyətin hərbi xidmətin ağırlıqları üzrə bərabər bölgüsü vacibdir.
Rəhbərlik Silahlı Qüvvələrdə mənəvi ruhun artırılması istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. İldən-ilə orduda qeyri-nizamnamə hadisələrindən həyatını itirənlərin sayının artması qeyd edilən istiqamətdə vəziyyətin gərgin olduğunu göstərən ciddi siqnaldır. Araşdırmalar göstərir ki, Azərbaycan Ordusunda kütləvi qırğına səbəb olacaq qeyri-nizamnamə hallarının sayı getdikcə çoxalır və təəssüf ki, bu vəziyyət getdikcə adiləşir.
Son illər orduda baş verən kütləvi ölüm hadisələri Sülahlı Qüvvələrdə şəxsi heyətlə tərbiyə işinin pis vəziyyətdə olduğunu göstərir. Silahlı Qüvvələrdə mənəvi ruh düşkünlüyü yaranıb, şəxsi heyətin mənəvi, tərbiyəvi hazırlığı məsələsində ciddi problemlər var. Vəziyyətin belə olmasında Müdafiə Nazirliyinin rəhbər vəzifəlilərinin, eyni zamanda Tərbiyə İşlər İdarəsinin də məsuliyyəti var. Dövlət rəhbərliyi bunu ilk növbədə diqqətdə saxlamalıdır.
Silahlı Qüvvələrdə həm psixoloji, həm mənəvi, həm də dini baxımdan ciddi araşdırmalara ehtiyac var: Konkret mexanizmlər yaradılmalıdır. Yeni “zampolit” institutu, yaxud psixoloq təsisatı, dini şöbə yaradıla bilər.
2010-cu ildə təhlükəsizlik və müdafiə sektoru ilə əlaqədar şəkildə baş vermiş avtomobil qəzalarının sayının kəskin artması bu problemin müdafiə və təhlükəsizliyimiz üçün əsas "düşmən"lərdən birinə çevrildiyini göstərir. Orduda avtoxidmət peşəkar əsaslara keçirilməli, orduya ixtisaslaşmış sürücülər dəvət olunmalıdır. Ümumilikdə hərbi sektorda texniki vəzifələr mülkilərə həvalə olunmalıdır.
Doktrina” JHAM bir qrup hərbi jurnalist və hərbi ekspert tərəfindən 2005-ci ilin mayında Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP) sənədinin imzalaması dövründə yaradılıb.Təşkilat 2007-ci ilin dekabrında ictimai birlik kimi dövlət qeydiyyatına alınıb. “Doktrina” JHAM hərbi jurnalistika sahəsində araşdırma aparır, bu sahənin inkişafına dəstək verir, jurnalist fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatları araşdırır və təhlil edir, ictimaiyyətdə müdafiə və vətənpərvərlik sahəsində maarifləndirmə işi aparır. “Doktrina” JHAM-ın fəaliyyət fokusuna Azərbbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin statistikasının, Azərbaycanın NATO ilə razılaşdırdığı “Sülh Naminə Tərəfdaşlıq” proqramı (PfP), bu sənəddən irəli gələn İPAP, PARP, İPP, PAP-T, OCC və s. sənədlər çərçivəsində orduda həyata keçirilən islahatların monitorinqinin aparılması və s. işlər daxildir.

Yüklə 266 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin