931) Hansı halda mədəciklərin punksiya edilməsi məqsədəuyğundur?
A) Sağ alın sümüyünün basılmış sınığında
B) Xroniki subdural hematoma zamanı
C) Falksın ön 1 / 3 meningioması zamanı
D) Arxa kəllə çuxurunun həcmli prosesinə şübhə olduqda
E) Subaraxnoidal qansızma zamanı
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh10
932) Aşağıdakılardan hansıları cərrahı əməliyyata mütləq göstərişdir?
1. Likvor yollarının tutulması ilə gedən patoloji proseslər
2. Onurğa beyninin sıxılma sindromları
3. Kəllə sümüyünün deffekti
4. Fəqərəarası disk yırtığı
A) 1, 4
B) 1, 2
C) 1, 3, 4
D) 2, 3
E) 1, 2, 3
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh16
933) Əsas xəstəliyi cərrahi yolla müalicə etmək mümkün olmadıqda, xəstənin həyatını xilas etmək üçün aparılan əməliyyatlar necə adlanır?
A) Rekonstruktiv əməliyyatlar
B) Radikal əməliyyatlar
C) Preventiv əməliyyatlar
D) Stereotaksik əməliyyatlar
E) Palliativ əməliyyatlar
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh19
934) Görmə sahəsində sektorlu və ya “adacıqlı” korluq (skatoma) nə zaman baş verir?
A) Görmə liflərinin ancaq bir hissəsinin zədələnməsində
B) Xiazmanın çarpazlaşmayan liflərinin zədələnməsi zamanı
C) Görmə sinirinin görmə çarpazına qədər zədələnməsi zamanı
D) Görmə çarpazının (xiazmanın) tam dağılması zamanı
E) Görmə sinirinin nevriti zamanı
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh23
935) Xiazmanın çarpazlaşmayan liflərinin zədələnməsi zamanı (daxili yuxu arteriyasının anevrizmasında) görmə sahəsində hansı şəkildə pozulmanı müşahidə etmək olar?
A) Skatoma
B) İkitərəfli korluq
C) Həmən gözdə amovroz
D) Binazal hemianopsiya
E) Bitemporal hemianopsiya
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh23
Dostları ilə paylaş: |