528) Autosümüklə cisimarası spondilodezdən sonra tam sümük döyənəyinin formalaşması müddəti nə qədərdir?
A) 1-2 ay
B) 6-8 ay
C) 4-6 ay
D) 3-4 ay
E) 2-3 ay
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
529) Onurğanın və onurğa beyninin boyun nahiyəsinin travmatik zədəsində ön müdaxilə ilə cərrahi əməliyyatında ən yayılmış fəsad hansıdır?
A) Qayıdan sinirin zədələnməsi
B) Postoperasion yaranın irinləməsi
C) Qida borusu və traxeyanın zədələnməsi
D) Beyinin sərt qişasının zədələnməsi
E) Cavabların hamısı səhvdir
Ədəbiyyat: R.S.Həsənov,S.A.Etibarli Neyrocərrahlıq,S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
530) Gecikmiş dövrdə onurğa beyininin travmatik xəstəliyində dekompressiv-stabilləşdirici əməliyyatlara göstərişlər hansıdır?
A) Zədələnmiş onurğa hərəki seqmantlərində qeyri stabillik
B) Hamısı düzdür
C) Mielopatik sindromun proqressivləşməsi
D) Davamlı ağrı sindromu
E) Onurğa beyninin saxlanılmış kompressiyası
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
531) Onurğa beyninin boyun şöbəsinin zədəsində yüksək letallığa səbəb olan ağırlaşmalar hansılardır?
A) İnfeksion-iltihabı fəsadlar
B) Onurğa sütununun proqressivləşən deformasiyası
C) Mielopatik sindrom
D) Trofik pozğunluqlar
E) Çanaq orqanlarının funksiyasının pozulması
Ədəbiyyat: R.S.Həsənov,S.A.Etibarli Neyrocərrahlıq,S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
Dostları ilə paylaş: |