689) Əldarağı kanalı sindromunda kompleks konservativ müalicəyə nə aid deyil?
A) Stress təsirindən yayınmaq
B) Qeyri steroid iltihab əleyhi preparatların təyini
C) Steroid və diuretiklərin təyini
D) Miorelaksantların tətbiqi
E) Əldarağının immobilizasiyası
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
690) Periferik sinirlərin ən çox rast gələn şişləri hansılardır?
A) Lipoma
B) Periferik sinirlərin bədxassəli şişləri
C) Şvannoma
D) Neyrofibroma
E) Fibrosarkoma
Ədəbiyyat: R.S.Həsənov,S.A.Etibarli Neyrocərrahlıq,S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
691) Periferik sinirlərin zədələnmələrində əsas mikrocərrahi manipulyasiyalar hansılardır?
A) Endonevroliz
B) Neyrotransplantasiya
C) Bütün sadalananlar
D) Nevroliz
E) Neyroqrafiya
Ədəbiyyat: R.S.Həsənov,S.A.Etibarli Neyrocərrahlıq,S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
692) Periferik sinir zədələnmələrində cərrahi müalicənin nəticələri nə vaxt yaxşı və kafi sayılır?
A) Əzələ gücünün 2 bal ,müdafiə hissiyyatının bərpası
B) Əzələ gücünün 5 bal ,müdafiə hissiyyatının bərpası
C) Bütün sadalananlar
D) Müdafiə hissiyyatı ,vətər raflekslərinin bərpası,trofik pozğunluqların reqresi
E) Əzələ gücünün 3 bal və daha çox bərpası
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
Dostları ilə paylaş: |