808) Ağ ciyərin metastatik şişləri arasında kimyəvi müalicəyə ən yüksək rezistentlik göstərən hansı şişlərin metastazlarıdır?
A) Süd vəzisinin xərçəngi
B) Mədə xərçəngi
C) Ağ ciyərin kiçik hüceyrəli xərçənginin metastazları
D) Xorionepiteliomalar
E) Seminomalar
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
809) Floranın həssaslığı barəsində laborator göstəricilər olmadıqda ağ ciyərin qanqrenası və qanqrenoz abseslərinin müalicəsində seçim preparatlar hansılardır?
A) Gentamisin, kanamisin, tetrasiklin
B) Klindomisin, sulfanilamidlər, rondomisin
C) Ftorxinolonlar, amfenikol, makrolidlər, siprofloksasin
D) Nitrofuranlar, vankomisin, eritromisin
E) Xloramfenikol, sefalosporinlər, amikasin, metronidazol
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
810) Ağ ciyərlərin iltihabi prosesin kəskin fazası və intoksikasiya olduqda seçim immun preparatı aşağıdakılardan hansıdır?
A) Pirogenal, zimozan
B) Levamizol, prodiqiozan
C) Taktivin, timalin
D) Interferon, qammaferon
E) Hiperimmun plazma, qamma-qlobulin
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |