815) Daxili döş limfatik düyünlərinin kazeoz nekrozu zamanı ən radikal müalicə üsulu hansıdır?
A) Limfonodulotomiya və ya limfonodulektomiya əməliyyatı
B) Ən böyük limfatik düyünlərin punksiyası, kazeozun evakuasiyası və vərəməleyhi preparatların yeridilməsi
C) Mediastinoskopiya əməliyyatı, limfatik düyünlərin punksiyası və kazeozun evakuasiyası
D) Vərəməleyhi preparatların endolimfatik yeridilməsi
E) Limfatik düyünlərə vərəməleyhi preparatların yeridilməsi ilə transbronxial punksiya və limfotrop terapiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
816) Prosesin patogenezinə əsaslanaraq ağ ciyərin ocaqlı vərəmində seçim əməliyyatı hansıdır?
A) Ağ ciyərin tipik seqmentar və biseqmentar rezeksiyası
B) Mediastinal limfonodulektomiya ilə aparılan lobektomiya
C) Lobektomiya
D) Ağ ciyərin atipik rezeksiyası
E) Plevrolobektomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
817) Kazeoz pnevmoniyaya görə əməliyyat olunmuş xəstələrdə ən çox rast gəlinən ağırlaşma hansıdır?
A) Ürək-ağ ciyər çatmamazlığı
B) Pnevmoniya
C) Bronxoplevral fistula və plevranın empiyeması
D) Irinli mediastinit
E) Ağ ciyər arteriyasının tromboemboliyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
818) Ağ ciyərin tuberkulomasına görə əməliyyat olunmuş xəstələrdə residiv əleyhinə aparılan antibakterial müalicəyə neçə kimyəvi preparat daxil edilməlidir?
A) 3
B) 5
C) 1
D) 4
E) 2
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |