883) Döş axarının travmatik cırılmasına görə aparılan əməliyyatlar zamanı aşağıdakılardan hansı özünü daha çox doğruldur?
A) Axarın proksimal ucunun bağlanması
B) Boyun nahiyəsində döş axarının bağlanması
C) Axarın proksimal və distal uclarının bağlanması
D) Limfovenoz anastomozun qoyulması
E) Axarın proksimal və distal uclarının anastomozu
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
884) Zərərçəkmişdə 2 qabırğanın ağırlaşmamış sınığı vardır. Daha çox özünü doğruldan taktika hansıdır?
A) Ambulator müalicə, yaşayış yerində cərrahın müşahidəsi
B) Torakal cərrahiyyə şöbəsinə hospitalizasiya
C) Travmatologiya şöbəsində stasionar müalicə məqsədilə hospitalizasiya
D) Pulmonologiya şöbəsinə hospitalizasiya
E) Ambulator müalicə, yaşayış yerində travmatoloqun müşahidəsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
885) Ağ ciyər vərəminin aktiv formasında aşağıdakılardan hansında vərəm mikobakteriyaları aşkar edilən xəstələr bakteriya ifraz edənlərə aiddir?
A) Qanda
B) Limfa düyünlərindən götürülmüş bioptatda
C) Bronxoalveolyar yuyuntuda
D) Bəlğəmdə
E) Plevral mayedə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |