917) Ağciyər xərçənginin hansı klinik-anatomik formaları ayırd edilir?
A) Endobronxial, peribronxial, parenximatoz
B) Kökətrafı, parenximatoz, qarışıq
C) Ekzofit, endofit, parenximatoz
D) Düyünlü, infiltrativ, qarışıq
E) Mərkəzi, periferik, atipik
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
918) Ağciyərin mərkəzi xərçənginin erkən mərhələsinə hansısı aiddir?
A) T1N0M0 mərhələsində olan xərçəng
B) T1-2N0M0 mərhələsində olan xərçəng
C) Intraepitelial xərçəng
D) Gizli xərçəng
E) Rentgen-neqativ xərçəng
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
919) Şişin aşağıdakı strukturlardan hansına sirayət etməsi ağciyər xərçənginin cərrahi müalicəsinə mütləq əks-göstərişdir?
A) Tək venaya
B) Perikarda
C) Fəqərə cisimlərinə
D) Döş qəfəsi divarına
E) Diafraqmaya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |