593) Əldarağı kanalı sindromunda kompleks konservativ müalicəyə nə aid deyil?
A) Stress təsirindən yayınmaq
B) Qeyri steroid iltihab əleyhi preparatların təyini
C) Əldarağının immobilizasiyası
D) Steroid və diuretiklərin təyini
E) Miorelaksantların tətbiqi
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
594) Periferik sinirlərin ən çox rast gələn şişləri hansılardır?
A) Fibrosarkoma
B) Periferik sinirlərin bədxassəli şişləri
C) Neyrofibroma
D) Şvannoma
E) Lipoma
Ədəbiyyat: R.S.Həsənov,S.A.Etibarli Neyrocərrahlıq,S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
595) Periferik sinirlərin zədələnmələrində əsas mikrocərrahi manipulyasiyalar hansılardır?
A) Neyrotransplantasiya
B) Endonevroliz
C) Nevroliz
D) Neyroqrafiya
E) Bütün sadalananlar
Ədəbiyyat: R.S.Həsənov,S.A.Etibarli Neyrocərrahlıq,S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
596) Periferik sinir zədələnmələrində cərrahi müalicənin nəticələri nə vaxt yaxşı və kafi sayılır?
A) Bütün sadalananlar
B) Əzələ gücünün 2 bal ,müdafiə hissiyyatının bərpası
C) Əzələ gücünün 3 bal və daha çox bərpası
D) Müdafiə hissiyyatı ,vətər raflekslərinin bərpası,trofik pozğunluqların reqresi
E) Əzələ gücünün 5 bal ,müdafiə hissiyyatının bərpası
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
Dostları ilə paylaş: |