Neyrocərrahiyyə


) Kəllədaxili həcmi artıran beş səbəbdən hansı ekstraselulyar mənşəlidir?



Yüklə 176,11 Kb.
səhifə261/346
tarix02.01.2022
ölçüsü176,11 Kb.
#1116
1   ...   257   258   259   260   261   262   263   264   ...   346
760) Kəllədaxili həcmi artıran beş səbəbdən hansı ekstraselulyar mənşəlidir?
A) Neyrotoksik ödem

B) Serebral qan həcmi

C) Işemik ödem

D) Likvor

E) Hematoensefalitik baryer zədələnməsi (vazogenik ödem)
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh167
761) Aşağıdakılardan hansı kəllə əsası sınığı əlaməti deyil?
A) Otoreya

B) Postaurikulyar hemorragiya

C) Rinoreya

D) Hemiplegiya

E) Periorbital hematoma
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh167
762) Aşağıdakılardan hansı klinik olaraq diffuz aksonal zədələnmənin ən doğru təsviridir?
A) Travmadan sonra huşun 6 saatdan çox müddətə itirilməsi

B) Retroqrad və postravmatik 6 saatı keçən amneziya

C) Travmadan sonra 1 saatdan çox müddətə amneziya

D) Postravmatik 6 saatı keçən amneziya

E) Retroqrad və postravmatik 1 saatı keçən amneziya
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh16
763) Ağır kəllə-beyin travmasının konservativ müalicəsində hansı preparatın təyini effektli deyil, əksinə zərərlidir və ölüm riskini artırır?
A) Hipertonik NaCl məhlulunun

B) Antikonvulsantların

C) Steroid preparatların

D) Mannitolun

E) Furosemidin
Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları, Ankara 2007.səh16
764) Aşağıdakılardan hansı kəllə-beyin travması zamanı kəllə daxili təzyiqi aşağı saldığına görə ilk 24 saatlıq müddətdə tətbiq olunmamalıdır?

A) Ventrikulyar drenaj

B) Sedasiya

C) Hiperventilyasiya

D) Hemodinamik stabilizasiya və başın elevasiyası

E) Mannitol


Ədəbiyyat: M.İbrahim Ziya Nöroşirurji soruları, Ankara 2007.səh168
765) Kəllədaxili təzyiqin artması zamanı müşahidə edilən Kuşinq triadası aşağıdakılardan hansıdır?
A) Taxikardiya,tənəfüs pozulması,hiponatremiya

B) Bradikardiya,hipertenziya,tənəffüs pozulması

C) Hipotenziya,tənəffüs pozulması,hiponatremiya

D) Tənəffüs pozulması,bradikardiya,hipotenziya

E) Hipertenziya,taxikardiya,tənəffüs pozulması
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh17
766) Asimptomatik epidural hematoma zamanı cərrahi müdaxiləyə göstərişlərlə əlaqəli aşağıdakılardan hansı səhvdir?
A) Qalınlıq 1.5 cm artıqdır

B) Hematomanın həcmi;supratentorial 30 ml dən artıq

C) Hematomanın həcmi;subtentorial 10 ml dən artıq

D) Orta xətt dislokasiyası yoxdur

E) Yanaşı başqa kranial patologiyanın olması
Ədəbiyyat: Ədəbiyyat:M.İbrahim Ziyal Nöroşirurji soruları,Ankara 2007.sh17


Yüklə 176,11 Kb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   346




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin