947) Şüa müalicəsinə həssas olan şişləri göstərin:
1. Medulloblastoma
2. Pinealoma
3. Astrositoma
4. Qlioblastoma
A) 1, 3, 4
B) 2, 3, 4
C) 1, 4
D) 1, 2, 3
E) 1, 2
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh93
948) Fəqərə sütunu - onurğa beyni travmaları zamanı, daha çox hansı fəqərələr zədələnir?
A) Fəqərələrin zədələnmə tezlikləri bərabərdir
B) C1 - C2, Th5, L4 - L5
C) C5 - C6, Th12, L1 - L2
D) C2 - C3, Th8, L4 - L5
E) C3 - C4, Th10, L3 - L4
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh138
949) Onurğa beyninin tam qırılmasını kliniki olaraq, aşağıda sadalanan hansı patoloji haldan, travmadan sonrakı ilkin mərhələlərdə fərqləndirmək çətindir?
A) Hematomieliya zamanı
B) Onurğa beyninin ön ciyələrinin zədələnməsilə
C) Spinal şokla
D) Boyun nahiyəsində f / a disk yırtığı zamanı
E) Onurğa beyninin yarım zədələnməsi zamanı
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh138
Dostları ilə paylaş: |