990) Zədələnməsi zamanı budun 4 başlı əzələsinin parezi, diz refleksinin itməsi müşahidə edilən sinir hansıdır?
A) Qamış siniri
B) Bud siniri
C) Ümumi incik siniri
D) Mil siniri
E) Oturaq sinir
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh154
991) Bud sinirinin (n. femoralis) zədələnməsi zamanı aşağıda sadalanan əlamətlərdən hansılar müşahidə olunur?
A) Pəncə açılır və xaricə əyilir
B) Aşil refleksi itir, ayağın altında hissiyyat pozulur
C) Xoruzvari yeriş əmələ gəlir
D) Budun 4 başlı əzələsinin parezi, diz refleksinin itməsi, xəstənin budunu qaldıra bilməməsi
E) Pəncə sallanır, içəriyə doğru rotasiya edir
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh154
Dostları ilə paylaş: |