994) Qamış sinirinin zədələnməsi zamanı, aşağıda sadalanan əlamətlərdən hansılar müşahidə olunur?
A) Pəncə açılır və xaricə doğru əyilir, barmaqlar caynaq şəklini alır, aşil refleksi itir
B) Diz refleksinin itməsi
C) Budun 4 başlı əzələsinin parezi, diz refleksinin itməsi, xəstənin budunu qaldıra bilməməsi
D) Pəncə sallanır, içəriyə doğru rotasiya edir
E) Xoruzvari yeriş əmələ gəlir
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh154
995) Zədələnməsi zamanı pəncənin sallanması, içəriyə doğru rotasiya etməsi, barmaqların bükülməsi, paretik “xoruzvari” yerişin əmələ gəlməsi müşahidə olunan sinir hansıdır?
A) Ümumi incik siniri
B) Oturaq siniri
C) Mil siniri
D) Qamış siniri
E) Bud siniri
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh154
996) Ümumi incik sinirinin zədələnməsi zamanı aşağıdakı əlamətlərdən hansılar müşahidə olunur?
A) pəncənin sallanması, içəriyə doğru rotasiya etməsi, paretik “xoruzvari” yerişin əmələ gəlməsi
B) Budun 4 başlı əzələsinin parezi, diz refleksinin itməsi, xəstənin budunu qaldıra bilməməsi
C) Diz refleksinin itməsi
D) Budun ön qrup əzələlərinin parezi
E) Pəncə açılır və xaricə doğru əyilir, barmaqlar caynaq şəklini alır, aşil refleksi itir
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh154
Dostları ilə paylaş: |