1003) Sinirin üzərində aparılan neyrorafiya əməliyyatı zamanı nə icra edilir?
A) Sinir ətraf birləşdirici toxumalardan ayrılır
B) Sinirin tam və ya hissəvi zədələnməsi zamanı sinir tikilir
C) Sinirlər autotransplantatla plastika edilir
D) Epinevral qişa kəsildikdən sonra, sinir köklərinin çapıqlardan ayrılır
E) Ağrını aradan qaldırmaq üçün sinir kəsilir
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh154
1004) Sinirin plastikası zamanı autotransplantat kimi aşağıdakılardan hansılar istifadə oluna bilməz?
A) orta sinir
B) boyun kələfinin hissi şaxələri
C) mil sinirinin səthi şaxəsi
D) baldır, bazu və saidin medial dəri şaxələri
E) bazu kələfinin hissi şaxələri
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh155
1005) Nevrotizasiya əməliyyatının məqsədi aşağıdakı cavablardan hansında düzgün əks olunmuşdur?
A) Ağrını qaldırmaq məqsədilə sinirin kəsilməsi
B) Sinirin ətraf birləşdirici toxumalardan ayrılması
C) Epinevral qişa kəsildikdən sonra sinir köklərinin ayrılması
D) Zədələnmış sinirin uc - uca tikilməsi
E) Funksional cəhətdən az əhəmiyyətli sinirin zədələnmış sinirin distal ucuna tikilməsi
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh155
1006) Funksional cəhətdən az əhəmiyyətli sinirin zədələnmiş sinirin distal ucuna tikilməsi əməliyyatı necə adlanır?
A) Sinirin transplantasiyası
B) Endonevroliz
C) Nevroliz
D) Sinirin uc - uca tikilməsi
E) Nevrotizasiya
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh155
Dostları ilə paylaş: |