956) Onurğa beyninin mərkəzi sindromu zamanı müşahidə olunan nevroloji əlamətlər hansılardır?
A) Patoloji proses tərəfdə hissi, əks tərəfdə hərəki pozğunluq
B) Yuxarı ətraflarda xüsusilə ifadə olunmuş, aşağı ətraflarda da müşahidə olunan parez, naqil tipli hissi pozğunluq və sidik ifrazının ləngiməsi
C) Patoloji proses tərəfdə hərəki, əks tərəfdə hissi pozğunluq
D) Aşağı paraplegiya və naqil tipli hissi pozğunluq
E) Tetraplegiya və naqil tipli hissi pozğunluq
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh143
957) Yuxarı ətraflarda xüsusilə ifadə olunmuş, aşağı ətraflarda da müşahidə olunan parez, naqil tipli hissi pozğunluq və sidik ifrazının ləngiməsi əlamətlərilə özünü biruzə verən sindrom hansıdır?
A) Onurğa beyninin mərkəzi sindromu
B) Onurğa beyninin yarımzədələnmə sindromu
C) Ön onurğa beyni sindromu
D) Onurğa beyninin arxa ciyələrinin zədələnmə sindromu
E) Arxa onurğa beyni sindromu
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh143
Dostları ilə paylaş: |